Məhkəmə qərarları › İş №3(050)-1326/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1326/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1326/2025 21.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Evin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Masallı rayonu, Tüklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-464/2024 saylı icra sənədi Şəxs tərəfindən icra edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-464/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmuş, borcun könüllü şəkildə ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Sonuncu dəfə borclu icra sənədi üzrə borcunda 2024-cü ilin avqust ayında tələbkara 21.000 manat ödəniş etmişdir. Hazırda icra sənədi üzrə borclunun 166477 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Borclunun əmlak vəziyətinin yoxlanılması ilə bağlı sorğular göndərilmiş, borclunun Bakı şəhərində mülkiyyətində mənzili olsa da, lakin onun yeganə mənzili olması səbəbindən əmlakın üzərinə həbs qoyulması mümkün olmamışdır. Tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş, bu gün tutularaq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-464/2024 saylı icra sənədindən məlumatlıdır. Belə ki, Zərərçəkmiş şəxsla şərik işləsələr də, lakin bir müddət sonra aralarında borc yarandığından münasibətləri pozulmuşdur. Belə ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qətanməsinə əsasən Zərərçəkmiş şəxs 187000 manat məbləğində borc ödənilməsi qət edilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, hazırda iş fəaliyəti ilə bağlı maddi çətinliklər yarandığına görə borcunu ödəyə bilməmişdir. Lakin, 2024-cü ilin avust ayında qardaşının vasitəsilə tələbkara 21000 manat borcundan ödəniş etmişdir. Hazırda isə bank hesabından tələbkarın xeyrinə 2025-ci ilin aprel ayında 5093 manat Masallı rayon İcra və probasiya şöbəsinin depozit hesabın tutulma aparılmışdır. Hazırda maddi imkanı olmadığından icra sənədi üzrə borcunu tam şəkildə ödəmək iqtidarında deyildir. Lakin, bir ay müddətinə tələbkara 10000 manat ödəyəcəyəcəyinə söz verir. Sonda R.İ Süleymanov məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu indiyədək icra sənədi üzrə borcundan 21.000 manat ödəniş etmiş, hazırda 166477 manat borcu ödənilməmiş qalmışdır. Borclu sahibkarlıq fəaliyyəti məşğul olmaqla maddi və ticarət dövriyyəsi olduqca yüksək həddədir. Baxmayaraq ki, adına heç bir daşınar və ya daşınmaz əmlak rəsmiləşdirilməmişdir. Borculunun Bakı şəhərində fərdi yaşayış evi olsa da, bilərəkdən banka olan borcuna girov qoymuşdur ki, tələb həmin evə yönəldilməsin. X4 sahibkarlıq fəaliyəti ilə məşğul olmaqla, icra sənədi üzrə borcunu ödəmək iqtidarındadır, lakin qətnamənin icrasından qəsdən yayınır. Əvvəllər Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilməsinə baxmayaraq, lakin icra sənədi üzrə 21000 manat ödəniş etməsi nəzərə alınaraq məhkəçmə qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icrata xitam verilmişdir.Bu səbəbdən borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu borc məbləğini ya tam şəkildə ödəsin, ya da ödəmədiyi təqdirdə barəsində qanunamüvafiq qaydada inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İş materiallarında olan: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-464/2024 saylı icra sənədindən görünür ki, Şəxs 187.000 manat pul vəsaiti və 477 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarında görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-464/2024 saylı icra xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icraatında daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş ünvanlanmışdır. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin və Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən borclu Şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-464/2024 saylı icra sənədi üzrə tələbin icra edilməsi barədə rəsmi xəbərdalıqlar ünvanlanmışdır. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 464/2024 saylı icra sənədi üzrə tələbin icra edilməsi üçün borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)-2134/2024 saylı qərarından görünür ki, borclu Şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-464/2024 saylı icra sənədi üzrə borcundan 21000 manat tələbkara ödəməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(050)-367/2024 saylı qərardadından görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-464/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs əmlakının üzərinə həbs qoyulması barədə icra məmuru X2 təqdimatı təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-464/2024 saylı icra sənədi üzrə tələbin icra edilməsi üçün borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş üzrə sübutların qiymətləndirilməsi Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-464/2024 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. İcra məmuru tərəfindən onun barəsində bütün mümkün olan məcburi icra tədbirləri görülmüşdür. Hələ onun barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmiş, lakin Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)-2134/2024 saylı qərarı ilə borclunun icra sənədi üzrə tələbkara 21000 manat ödənişi nəzərə alınaraq, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilmişdir. Həmin qərar çıxarıldıqdan sonra hazırki vaxtadək borcu tərəfindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Azemis” elektron məhkəmə sistemi vasitəsi ilə borlcunun vergi məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, onun vergi ödəyəcisinin eyniləşdirmə nömrəsi (VÖEN) olmaqla bir neçə istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bütün qeyd edilənlərə əsasən demək olar ki, borclunun kifayət qədər imkanları olmasına baxmayaraq, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməməklə qərəzlilik göstərmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə, yuxarıda qeyd edilənləri əsas götürəərk Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh növünün təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 21 may 2025-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar