Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1329/2024 05.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abbasov Vəfadar Balazər oğlunun iştirakı ilə, 23.03.1991-ci ildə Yardımlı rayonu, Horavar kəndində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Horavar kəndində qeydiyyatda olmaqla Masallı rayonu, Qəriblər kəndində yaşayan, Abbasov Vəfadar Balazər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Abbasov Vəfadar Balazər oğlu 19.06.2024-cü il tarixdə saat 03:05 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “VAZ 2107” minik markalı, 40 BC 418 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sürücü işıq sistemindən düzgün istifadə etmədiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Abbasov Vəfadar Balazər oğlu bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Abbasov Vəfadar Balazər oğlu izahatında göstərdi ki, 19.06.2024-cü il tarixdə saat 03:05 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “VAZ 2107” minik markalı, 40 BC 418 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılmış, alkoltestin müayinəsindən keçirilmiş, yoxlama zamanı alkoqollu içkidən istifadə etməsi müəyyən edilmişdir. Həmin günü 2 bakal pivə içmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 19.06.2024-cü il tarixli, seriya İXP 6342194 nömrəli protokoldan görünür ki, Abbasov Vəfadar Balazər oğlu 19.06.2024-cü il tarixdə saat 03:05 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “VAZ 2107” minik markalı, 40 BC 418 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 642705 saylı alkoltestin nəticəsindən görünür ki, Abbasov Vəfadar Balazər oğlunda 0,310 % promildə alkoqolun miqdarı aşkar olunmuş, o, “2 bakal pivə içib maşın sürmüşəm” qeydi apararaq imzası ilə təsdiq etmişdir. Abbasov Vəfadar Balazər oğlu inzibati xəta törətməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətini təyin edilməsi barədə alkoltesterin nəticəsi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Abbasov Vəfadar Balazər oğlunun əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Abbasov Vəfadar Balazər oğlu İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Abbasov Vəfadar Balazər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1329/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1329/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver