Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1330/2023 18.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev Firdovsi Zülfü oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat, Nazirliyinin Tabeliyində Azərbaycan X2 X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat, Nazirliyinin Tabeliyində Azərbaycan X2 X1 İdarəsinin müdiri Mirelvin Hüseynov tərəfindən Şəxs barəsində 10 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında ******* saylı protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirib hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.3, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üzrə zəruri olan başqa məlumatlar göstərilməlidir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Sadalanan qanunvericiliyin tələbinə görə protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, onun izahatı və inzibati xəta haqqında iş üzrə icraat üzrə zəruri olan başqa məlumatlar göstərilməli, həmçinin ona İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməli və bu barədə protokolda müvafiq qeyd aparılmalıdır. Lakin inzibati xəta haqqında protokolu nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat, Nazirliyinin Tabeliyində Azərbaycan X2 X1 İdarəsinin müdiri Mirelvin Hüseynov tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, ******* saylı protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında məlumat və onun izahatı göstərilməmiş, həmçinin onun hüquq və vəzifələrin izah edilməsi barədə müvafiq qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6 maddələri ilə müəyyən edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat, Nazirliyinin Tabeliyində Azərbaycan X2 X1 İdarəsinə qaytarılsın. Hakim:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-1330/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1330/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver