Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1330/2024 21.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Masallı rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, SOCAR şirkətində işləyən, Masallı rayonu Mollahəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Masallı rayonu Mollahəsənli kəndində uca səslə söyüş söyərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şəkər xəstəsidir. Bir səhvdir etmişdir. Üç gündən sonra işə çıxacaqdır. Həyat yoldaşından boşanmışdır. Ayda 400 manat aliment ödəyir. Bir uşağı Türkiyədə oxuyur, onunda tələbatlarını ödəyir. anası xəstədir. Dünən huşunu itirdiyi üçün təcili tibbi yardıma bir neçə dəfə zəng etmişdir. Hər dəfə Təcili tibbi yardımdan həkimlərin başqa ünvanda olduğunu bildirmişlər. Bu səbəbdən 102 xidmətinə zəng vurmuşdur ki, ona kömək etsinlər. Çünki əvvəllərdə analoji hall olmuş və Masallı RPŞ-nin əməkdaşları ona köməklik etmişlər. Polis əməkdaşları yaşadığı ünvana gələrək DİN-nin 102 xidmətinə zəng vurduğuna görə Masallı RPŞ-yə gələrək izahat verməli olduğunu bildirmişlər. Oda polis əməkdaşlarına anası xəstə olduğundan kömək məqsədi ilə 102 xidmətinə zəng vurduğunu, bir səhv etdiyini bildirmişdir. Qardaşı xəstədir. Anasına o qulluq edir. Məhkəmədən ona cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu Mollahəsənli kəndində qeydiyyatda olan Şəxs AR DİN-in 102 xidməti zəng mərkəzinə dəfələrlə zəng vurub, müxtəlif yersiz məlumatlar verməklə, TTY-a ehtiyacı olduğunu bildirmişdir. Masallı RPŞ-in Növbətçi Hissəsinə 102 xidmətindən daxil olmuş məlumata əsasən PPXB-ün polis nəfəri, polis serjantı Zəkəriyyə Zəkəriyyəli və polis serjantı Afiəddin İsmayılovla birlikdə onunla profilaktiki söhbətlərin aparılmasından ötrü onun yaşadığı ünvana yaxınlaşmışdır. Qeyd olunan tarixdə Şəxs saat 23 radələrində sərxoş vəziyyətdə yaşadığı ünvandan mərkəzi küçəyə çıxaraq heç bir səbəb olmadan uca səslə ünvansız küçə söyüşləri söyərək, səsküy salaraq ictimai qaydanı pozmuşdur. Bu zaman onlar vətəndaş Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, lakin o, onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini təxminən 15-20 dəqiqə davam etdirmişdir. Bundan sonra onlar Şəxs RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahidlər qismində dindirilmiş X1 və X2 şahid X4 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Emin Cavadov tərəfindən 21 iyun 2024-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli 022234 saylı protokoldan görünür ki, Şəxs 21 iyun 2024-cü il tarixdə saat 01:15-də inzibati qaydada tutulmuş, 21 iyun 2024-cü il tarixdə saat 10:05-də azad edilmişdir. İşə əlavə edilmiş 21 iyun 2024-cü il tarixli alkotestrın nəticəsindən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmuşdur (alkoqolun miqdarı 0,418%). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri şahidlərin izahatı, inzibati xəta haqqında protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1330/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1330/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver