Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1330/2025 22.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, protokol tərtib etmiş Masallı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1972-ci ildə İmişli rayonu, Şahverdili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Şahverdili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Şəxs 21 may 2025-ci il tarixdə, saat 22 radələrində Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “İstisu” istirahət mərkəzində sərxoş halda ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuluqanlıq etmiş, həmin vaxt onu intizama dəvət edən Masallı RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 21 may 2025-ci il tarixdə, saat 22 radələrində Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “İstisu” istirahət mərkəzində olan kafedə 0,5 litr araq içmiş və sərxoş olmuşdur. Sonra nə baş verdiyindən xəbəri olmamışdır. Ayıldıqda Masall RPŞ-də olduğunu bilmişdir. Hazırda etdiyi əməldən çox peşmandır. Himayəsində xəstə həyat yoldaşının olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 izahatında göstərdi ki, 21 may 2025-ci il tarixdə, saat 22 radələrində Masallı rayonu, Qəriblər kəndində yerləşən “İstisu” istirahət mərkəzinin yaxınlığında PPXB-nin polis nəfəri Zəkəriyyə Zəkəriyəli ilə birlikdə xidmətdə olarkən istirahət mərkəzindən səs-küy gəldiyini eşidib həmin əraziyə getdikdə orada birneçə nəfərin toplaşdığını görmüşlər. Onlara yaxınlaşdıqda sonradan adını bildikləri İmişli rayon sakini Şəxs sərxoş halda ünvansız nalayiq söyüşlər söydüyünü və vətəndaşların dincliyini pozduğunun şahidi olmuşlar. Onlar Şəxs yaxınlaşaraq özlərini təqdim edib onu intizama dəvət etsələr də, sonuncu onların qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onlar məcbur olub Şəxs Masallı RPŞ-nə gətirmişlər. Şəxs sərxoş olduğu üçün RPŞ-nin növbətçi hissəsində də öz hərəkətlərini davam etmişdir. Daha sonra o, raportla RPŞ-nin rəisinə müraciət edərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X1 şahid X3 ilə eyni məzmunlu izahat verdi. İşə əlavə olunmuş 21 iyun 2025-ci il tarixli, AZA 022157 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 may 2025-ci il tarixdə, saat 00:20-də tutulmuşdur. Məhkəmə prosses iştirakçılarını dinləyib, inzibati xəta haqqında 21 may 2025-ci il tarixli, MN ******* və MN ******* saylı protokolları, həmçinin materiala əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrlə təqsirli bilinərək, İXMnin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olması və ilk dəfə inzibati məsuliyyətə cəlb olunması iş üzrə məsuliyyəti yüngülləşdirən hallardır. Onun inzibati xətanı sərxoş halda törətməsi isə İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə məhkəmə, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunan Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Şəxs inzibati qaydada tutulduğu müddət ona təyin ediləcək cərimə tənbehi zamanı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 112, 114 və 117-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-1330/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1330/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver