Məhkəmə qərarları › İş №3(050)-1331/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1331/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1331/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati qərarına əsasən inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən 1000 manat cərimə olunmuşdur. Lakin, hesab edir ki, onun əməlində qeyd olunan inzibati xətanın tərkibi mövcud deyildir, buna görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, Masallı rayonu, Təklə kəndində yaşayır. Hərdən kənd ərazisində kanallarda qadağan olunmayan yerlərdə qırmaq vasitəsi ilə balıq tutur, balığa gedərkən özü ilə qanuni olan tüfəngini də götürür, lakin heç vaxt milli park ərazisində hər hansı ov etməmiş, sadəcə kənd ərazisində balaca kanallarda özü üçün balıq tutur. xx.xx.2024-cü il tarixdə də yenə balıq tutmaq üçün getmiş, lakin tuta bilməmişdir, bu zaman xalası oğlu X2 ilə sahədə oturduqları vaxt ekologiya idarəsinin əməkdaşları onlara yaxınlaşmış və üzərlərinə baxış keçirmişlər. Lakin, baxış nəticəsində heç bir ov predmeti və ya qənimət aşkar olunmamışdır. Bununla bağlı akt yazılmışdır. Onun barəsində birinci dəfə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol yazılmış, lakin həmin protokol natamam olduğu üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-2238/2024 saylı qərarına əsasən geri qaytarılmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə yenidən onun barəsində MN ******* saylı qərar qəbul olunmuş və 1000 manat cərimə olunmuşdur. O, qərarla razı deyildir. Ümumiyyətlə ov etməmiş, ov etməsi barədə sübut yoxdur. Qərar qanunsuz və ədalətsizdir. O, xalası oğlu Cavid Baxşiyevlə birgə olmuş və Cavidin barəsində olan işə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)- 2237/2024 saylı qərarına əsasən inzibati xəta haqqında işə xitam verilmişdir. Həmin qərar qüvvəyə minmişdir. Həmçinin, hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş və hazırkı qərar xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur, göründüyü kimi artıq inzibati məsuliyyətə cəlb olunma müddəti olan 4 aylıq müddət bitmişdir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 272- 1-ci maddəsi üzrə qərar qəbul etmək səlahiyyəti məhkəmənin səlahiyyətinə aid olduğu halda, ekologiya idarəsi qərarı özü qəbul etmişdir. Hazırda heç bir sübut olmadan onun qanunsuz ov etməsi barədə protokol və qərar qəbul etmişdir. Protokolda göstərilir ki, o, qanunsuz ov edərkən saxlanılmışdır. Əgər bunu etmişdirsə bununla bağlı həmin əməkdaşlar fotoşəkil və ya videoçəkiliş təqdim edərdilər. Odur ki, göstərilənlərin nəzərə alınaraq qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış şikayət vermiş şəxs X5 və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə inzibati qərardan verilmiş şikayətə şikayət vermiş şəxs X3 və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında 07 may 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 07 may 2025-ci il tarixli, MN ******* nömrəli qərara əsasən X5 23 noyabr 2024-cü il tarixdə Şirvan Milli Parkı “Qırmızıkənd” Ovçuluq Təsərrüfatında ov etmə qaydalarını pozduğuna görə fiziki şəxs qismində Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə 1000 manat inzibat qaydada cərimə edilmişdir. Məhkəmə şikayətçinin barəsində tənbeh qərarının buna səlahiyyəti çatmayan orqan tərəfindən qəbul edilməsi ilə bağlı göstərdiyi dəlillərlə razılaşır və bununla bağlı bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İXM-nin 272-1-ci maddəsi ilə şəxsin barəsində inzibati tənbeh tətbiq etmək səlahiyyətinin olmamasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin maddə ilə tərtib edilmiş protokollara baxılaraq müvafiq tənbeh vermə qərarının qəbul edilməsi məhkəmələrin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189- 1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334- 1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351- 1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538- 1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə inzibati materaiala baxılma səlahiyyəti məhkəməyə aid olmasına baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi səlahiyyəti olmadan həmin maddə ilə X5 barəsində inzibati tənbehvermə qərar qəbul etmiş, nəticədə Səid Əhmədov səlahiyyəti olmayan şəxs tərəfindən əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə 1000 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən İXM-nin 272-1-ci maddəsi ilə Səid Əhmədovun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra baxılması üçün aidiyyati üzrə müvafiq məhkəməyə göndərməli idi. Məhkəmə şikayətçinin ərizəsində göstərdiyi dörd aylıq inzibati məsuliyyətə cəlb edilmə müddətinin keçməsi əsası ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbi ilə bağlı bildirir ki, bu məsələdə şikayətçinin tələbi əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd edilən maddənin məzmundan görünür ki, ümumi qaydada inzibati məsuliyyətə cəlb etmə müddəti 4 ay nəzərdə tutulsa da, bir neçə fəsildə olan inzibati xətalarla bağlı məsuliyyətə cəlb etmə müddəti bir il nəzərdə tutulmuşdur. X3 təqsirli bilindiyi İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta “ətraf mühitin qorunması qaydaları” fəslində nəzərdə tutulduğundan həmin inzibati xəta bir il müddətində məsuliyyətə cəlb etmə müddətlərinə daxil edilməlidir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən qərar səlahiyyəti çatmayan orqan (vəzifəli şəxs) tərəfindən qəbul edildiyindən şəxsin əməlində inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi mümkün deyildir. Lakin, qeyd edilməlidir ki, şikayətçi ilə bərabər saxlanılan digər şəxs X1 barəsində tərtib edilmiş protokola Masallı Rayon Məhkəməsində baxılarkən əməlində inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Səlahiyyətli orqana gələcəkdə həmin halın da nəzərə alınmaqla X3 əməlinə hüquqi qiymət verilməsi tövsiyə edilir. Qeyd edilənlərə əsasən məhkəmə qərarın ləğv edilməsi qənaətinə gəlsə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir; Məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə nəticəyə gəlir ki, mübahisləndirilən qərar səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir. Bu səbəbdən həmin qərar ləğv olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şəxsin əməlində inzibati xətanın tərkib əlamətlərinin olması qənaətinə gəlinərsə, protokol tərtib edərək baxılması üçün müvafiq Rayon (Şəhər) Məhkəməsinə göndərilməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin orqana inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün müvafiq Rayon (Şəhər) Məhkəməsinə göndərilməsi izah edilsin. Şikayət digər hissədə təmin edilməsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar