Məhkəmə qərarları › İş №3(050)-1332/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1332/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1332/2025 22.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, fərdi əməklə məşğul olan, 2-ci qrup əlil, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Şəxs küçəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Şəxs küçəsi ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 22 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində DYPB-in YPX-in inspektoruları Ruslan Rəhimov, Niyaməddin Həsənov və Vasif Hüseynli ilə Masallı şəhər İsgəndərli dairəsi adlanan yerdə “Khazar” markalı **-CE-*** d.q.n-lı avtomobildə əlavə konstruksiya və nəzərdə tutulmamış örtük olduğu üçün tərəfindən saxlanılmışdır. Avtomobil sürücüsünün Masallı rayonu, Ərkivan qəsəbə sakini Şəxs olduğu və eyni zamanda portal yoxlaması zamanı sürücülük vəsiqəsinin olmadığı məlum olmuşdur. Şəxs yuxarıda qeyd olunmuş hallara görə barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı, avtomobili müvəqqəti dayanacağa yerləşdirilməsi və avomobilinin açarını təqdim etməsini bildirmişlər. Lakin Şəxs idarə etdiyi avtomobildən düşərək, ictimai qaydanı pozaraq, polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Bu səbəbdən polis əməkdaşları tərəfindən Şəxs Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki,o, maşını Masallı rayonu, İsgəndərli adlanan ərazidə körpünün üzərində saxlamışdır. Bu zaman ona polis əməkdaşları yaxınlaşaraq, maşınına qanunsuz örtük çəkdiyini bildirmişlər. Pollis əməkdaşları həmin örtüyə görə maşınını Masallı Rayon Polis Şöbəsində yerləşən nəqliyyat vasitələrinin dayanacağına aparmağı istəmişlər. O buna etiraz edərək, yaranmış problemi yerində aradan qaldıracağını söyləmişdir. O, polis əməkdaşlarına tabesizlik göstərdiyini etiraf edir. Polis əməkdaşları ondan maşının açarını istədikdə verməmişdir. Aralarında mübahisə olduqdan sonra razılığa gəlmişlər və polis maşınına könüllü şəkildə əyləşərək, şöbəyə gətirilmişdir. Polis şöbəsində barəsində müvafiq sənədləşdirmə aparılmışdır. İ Qarabağ muharibəsinin iştirakçısı olmasını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB YPX inspektoru, polis baş serjantı X1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman Masallı şəhəri İsgəndərli dairəsi adlanan yerdə “Khazar” markalı 44- CE-790 d.q.n-lı avtomobildə əlavə konsturiksiya və nəzərdə tutulmamış örtük olduğu üçün saxlanılmışdır. Saxlama zamanı “Khazar” markalı **-CE-*** d.q.n-lı avtomobilin sürüsücünün Masallı rayonu Ərkivan qəsəbə sakini Şəxs olduğu və eyni zamanda portal yoxlaması zamanı sürücülük vəsiqəsinin olmadığı məlum olmuşdur. Etmiş olduğu bu qanunsuzluğa görə Masallı Rayon Polis Şöbəsinə aparılmasını istəmişlər. Lakin Şəxs müqavimət göstərmiş, nəqliyyat vasitəsinin açarını verməyəcəyini bildirmiş və kobud qeyrietik ifadələr işlətmişdir. Şəxs ictimai qaydanı pozduğu və onlara ciddi müqavimət göstərdiyi üçün hadisə yerinə əlavə olaraq post patrul xidməti əməkdaşlarını hadisə yerinə çağırmışlar. Daha sonra Şəxs polis maşınına əyləşdirilərək, polis şöbəsinə gətirilmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB YPX inspektoru, polis baş serjantı X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman Masallı şəhəri İsgəndərli dairəsi adlanan yerdə “Khazar” markalı 44- CE-790 d.q.n-lı avtomobildə əlavə konsturiksiya və nəzərdə tutulmamış ötrük olduğu üçün saxlanılmışdır. Saxlama zamanı “Khazar” markalı avtomobilin sürüsücünün Masallı rayon Ərkivan qəsəbə sakini Şəxs olduğu və eyni zamanda portal yoxlaması zamanı sürücülük vəsiqəsinin olmadığı məlum olmuşdur. Etmiş olduğu bu qanunusuzluğa görə Masallı Rayon Polis Şöbəsinə aparılmasını istəmişlər. Polis Şöbəsinə çağırılmış, lakin şəxs tabesizlik göstərmiş polis şöbəsinə gəlməkdən imtina etmişdir. Şəxs maşının açarını verməmiş, onlara əl-qol atmış, maşının qapısını möhkəm örtmüşdür. Ətrafdakı obyektlərdə olan insanların diqqətini özünə çəkmişdir.O, məcburi şəkildə polis şöbəsinə gətirilmişdir. Əlavə olaraq onu qeyd edir ki, əvvəllərdə Şəxs etdiyi qanunazidd hərəkət nəticəsində barəsində tədbir görülən zaman özünə xəsarət yetirməyə cəhd etmişdir. Bu dəfədə polis şöbəsinə gətirilən zaman qolundan tutmuşdur ki, özünə xəsarət yetirməsin. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 22 may 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlil kimi 330 manat ayrılmışdır. İş materiallarda VMAS axtarış portalından yoxlamasından görünür ki, Şəxs Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beynin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi diaqnozu ilə 3 dərəcəli əlildir. Məhkəmə hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Şəxs təqsiri inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlil olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini və məsuliyyətinin yüngülləşdirən halllarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar