Məhkəmə qərarları › İş №3(050)-1334/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1334/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1334/2024 08.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, heç bir yol hərəkətinin qaydasını pozmadığı halda, işıqforun qadağanedici qırmızı işığında avtomobili hərəkət etdirməsi tələbini pozulmasına görə qanunsuz olaraq heç bir sübut olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında izahatı alınarkən şikayətçi Qalib Əbilov bildirmişdir ki, sözügedən qərarla razı deyil. Belə ki, o, polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşından saxlanılmasının səbəbini soruşduğu zaman ona qəza şəraiti yaratdığı bildirilmişdir. O, isə hər hansı bir qəza şəraiti yaratmadığını, əgər hər hansı qəza şəraiti yaratmışdırsa, bununla bağlı ona sübut təqdim olunmasını bildirmişdir. Lakin hər hansı bir sübut təqdim olunmadığından o, yoluna davam etmişdir. Sonradan isə ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə yəni İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi ilə bağlı protokol tərtib olunmuş və qərar qəbul edilmişdir. O, həmin protokol və qərarı xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Heç bir inzibati xəta törətmədiyinə baxmayaraq, cərimə edilməsi ədalətsizlikdir. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə “Kia Sorento” minik markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin YPX əməkdaşı tərəfindən saxlanılmasını özündə əks etdirən CD diski məhkəməyə təqdim edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, CD diskə baxış keçirib iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Sədərək TM-də yaxınlığında “Kia Sorento” minik markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı “Kia Sorento” minik markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin İşıqforun (qırmızı işığın yanması zamanı) verilərkən hərəkətini davam etdirdiyindən YPX əməkdaşı tərəfindən saxlanıldığı X1 tərəfdən düşərək YPX əməkdaşı ilə söhbət etməsini, sonda isə YPX əməkdaşı tərəfindən barəsində inzibati xəta haqında protokol tərtib olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Videodiskə baxış keçirilərkən məhkəmə iclasında X2 həmin görüntüyə münasibəti öyrənilmiş, o, işıqforun (qırmızı işığın yanması zamanı) hərəkəti davam etdirməsinin ona hazırda aydın olduğunu, inzibati xətanı etiraf etməklə yanaşı, barəsində tərtib olunmuş inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla razılaşdığını qeyd etmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı Kia Sorento” minik markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi, YPX əməkdaşı tərəfindən saxlanılması təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən məhkəmə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, 01. İyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. DİN-nin Qaradağ Rayon Dövlət X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar