Məhkəmə qərarları › İş №3(050)-1337/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1337/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1337/2024 24.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Şəxs barədə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmiş ona görə ki, xx.xx.2023-cü il tarixdə NAZ LİFAN LF7132/2-320 minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddənin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X2 izahatında göstərdi ki, Şəxs iştirakı ilə xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törədilmişdir.Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılmış İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati qaydada tədbir görülməsini nəzərdə tutuan sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, O özünü baxılan iş üzrə təqsirli bilmir, odur ki, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində işdə iştirak edən şəxsləri dindirib və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində iştirakı ilə yol nəqliyyat hadisənin baş verməsi ilə bağlı Masallı Rayon Məhkəməsinin (hakim Coşqun Abdullayev) icraatında cinayət işi vardır. Həmin cinayət işində olan xx.xx.2024-cü il tarixli, ********* saylı sübutların qiymətləndirilməsi barədə qərarla inzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli, ********* saylı sübutların qiymətləndirilməsi barədə qərar arasında ziddiyyətlər vardır. Belə ki, cinayət işində olan xx.xx.2024-cü il tarixli, ********* saylı sübutların qiymətləndirilməsi barədə qərarda Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsindən ötrü qəbul olunmuş qərarın Masallı RPŞ-nin DYPB-nə göndərilməsi qərar alınmış, lakin inzibati xəta haqqında materialda olan eyni tarixli, eyni saylı sübutların qiymətləndirilməsi barədə qərarda isə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tədbir görülməsindən ötrü qəbul olunmuş qərarın Masallı RPŞ-nin DYPB-nə göndərilməsi qərar alınmışdır. Qeyd edilən ziddiyyətlər səbəbindən hazırda inzibati xəta haqqında materiala baxmaq mümkün deyil, təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati protokol və protokola əlavə edilmiş sənədlər Masallı Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar