Məhkəmə qərarları › İş №3(050)-1339/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1339/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1339/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Şəxs haqqında Masallı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs haqqında Masallı Rayon Polis Şöbəsinin YPX-in inspektoru tərəfindən 22 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333-1.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə sat 02:05 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:05 radələrində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi əsasına görə inzibati qaydada tutulsa da, onun izahatı alınmamış, hüquqları izah edilməmiş, şəxsin müdafiə hüquqları təmin edilməmiş, həmçinin yaxın qohumlarına tutulmuş şəxsin həbsdə olmasına dair hər hansı məlumatın verilməsi barədə qeydlər və sübutlar materiala əlavə edilməmişdir. Bundan əlavə iş materialları ilə müəyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə ictraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:05 radələrində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi əsasına görə tutulsa da, lakin inzibati xəta haqqında protokolda isə şəxsin inzibati xətanı xx.xx.2024-cü il tarixdə saat 02:05 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etdiyi zaman törətməsi qeyd olunmuşdur. Sərxoşluq halının tibbi müayinəsi protokoluna əsasən şəxsin xx.xx.2024-cü il tarixdə saat 02:58-də analizinin cavabının pozitiv çıxdığı qeyd edilmişdir. Göründüyü kimi tarixləri və saatları fərqli olan rəqəmlər protokolda göstərilməklə, baş vermiş hadisənin konkret hansı şəraitdə, hansı tarixdə və vaxtda baş verməsi ilə bağlı məlumatlar inzibati xəta ilə bağlı toplanmış sənədlərə istinad edilməməklə natamam tərtib edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:05-dən xx.xx.2024-cü il tarixdə saat 10:05 radələrinədə inzibati qaydada tutulsa da, qeyd edilən müddət ərzində barəsində heç bir araşdırma aparılmamış, hansısa səbəblərdən həmin müddət ərzində şəxsin izahatı alınmamış, baş vermiş xətaya münasibəti aydınlaşdırılmamış, eyni zamanda inzibati xəta haqqında protokolda Şəxs həmin protokolun surətini alması barədə imza etməmiş, nə də şəxsin protokolu almaqdan imtinası barədə protokolu tərtib etmiş səlahiyətli şəxs tərəfindən müvafiq qeydiyyat aparılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 91.0. Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür: 91.0.1. tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək; 91.0.2. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək; 91.0.3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək; 91.0.4. tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək; 91.0.5. tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq; 91.0.6. tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; 91.0.7. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar