Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1340/2024 25.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Masallı rayonu Yol patrul xidmətinin inspektoru polis serjantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxx 1976-cı ildə Masallı rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Hüseynhacılı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətdə “MERCEDES BENZ C180 MİNİK” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tələblərini pozmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Masallı rayonu Yol patrul xidmətinin inspektoru polis serjantı X3 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Şəxs avtomaşını yol kənarında saxladığını görmüşdür.Bu zaman ona yaxınlaşaraq sənədlərini yoxlamış, yoxlama zaman onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi aşkar olunmuşdur. Buna görədə Masallı Rayonu Polis Şöbəsinə gətirilmiş, onun nəfəsindən alkoqollu içki qoxusu gəldiyi üçün sərxoş olub-olmaması ilə bağlı şöbənin həyətində müayinə edilmiş və müayinə zamanı, onun nəqliyyat vasitəsinin idarəetmə hüququnun olmaması ilə yanaşı, sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmişdir. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, barəsində tərtib edilmiş inzibati protokolla razı deyildir. O, ümumiyyətlə spirtli içki qəbul etmir, polis tərəfindən alcotestrlə aparılmış sərxoşluğun müayinəsi ilə razı deyildir. Belə ki, o, polis şöbəsindən çıxdıqdan sonra dərhal sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı həkim müayinəsindən keçmiş və onun sərxoş vəziyyətdə olmaması öz təsdiqini tapmışdır. Bundan başqa o polis şöbəsində olan zaman aldadılaraq alcotestrin nəticəsini əks etdirən kağız daşıyıcısına “nəticə ilə razıyam” qeydini aparmış və qol çəkmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Şəxs bildirdi ki, o, sipirtli içkini bir gün əvvəl axşam qəbul etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə sipirtli ikçi qəbul etməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli, seriya, İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1cü maddəsi ilə protokol tərtib edilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 642539 saylı alkotesterin nəticəsindən əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 0,835 % promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Şəxs alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısına “nəticə ilə razıyam” qeydini yazaraq, imza etdirmişdir. xx.xx.2024-cü il tarixli, 000409 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs alkoqoldan sərxoşluq vəziyyəti yoxdur. Məhkəmə iclasında CD diskə keçirilmiş baxış zamanı videonun “40-cı” saniyəsində müəyyən edilmişdir ki, yol patrul xidmətinin əməkdaşı Şəxs sərxoş olub-olmamasını alkotesterlə yoxlamış, onun sərxoş halda olması aşkar olunmuşdur. Şəxs axşam üç nəfərə yarım litr içdiyini bildirmiş və yol patrul xidməti əməkdaşının iştirakı ilə sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkotesterin nəticəsinə əks etdirən kağız daşıyıcısına “nəticəsi ilə razıyam” qeydi aparmış və imza etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 642539 saylı alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısı, CD disk, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 000409 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokoluna münasibətdə qeyd edir ki, Şəxs həmin aktı necə və hansı şəraitdə alması məlum deyil ona görədə məhkəmə aktı mötəbər sübüt hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan tərəflər 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1340/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1340/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver