Məhkəmə qərarları › İş №3(050)-1341/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1341/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1341/2024 24.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Masallı Rayon Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X1 iştirakı ilə, xx.xx.2008-ci ildə Masallı rayonu Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs dişləyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X1 iştirakı ilə dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Aynurəni döyməmişdir. Aynurənin qardaşı Toğrul yaba ilə onun üzərinə hücum çəkmişdir. Aynurə ona şər atır “ördəyinin-qazının” oğurlanması ilə bağlı. O, həmin gün evdə olmuş, yatmışdır. Axşamçağı oyanmış və görmüşdür ki, onların həyətinə gəlmişlər birinin əlində lom, birinin əlində isə yaba olmuş atasının üzərinə hücum çəkmişlər. Oda vurmuşdur. Toğrul yaba ilə onu vurmuşdur. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, həyat yoldaşı evdə olmamışdır. İki körpə uşağı vardır. Atası təzə rəhmətə getdiyi üçün uşaqlarınıda götürüb atasıgilə getmişdir. Evə qayıdan zaman görmüşdür ki, çayın üzərindəki körpüdə əlində benzin ördəklərini sudan çıxarıb məktəbin həyətinə qovmuşdur. Əlində benzin olduğundan və onunda körpə uşağı olduğundan yeriyə bilmədiyi üçün ördəklərin dalıycan getməmişdir. Qorxmuşdur ki, benzini atar spiçkanı vurar. Axşamçağı uşağına gedib ördəkləri gətirməsini demişdir. Uşaq getmiş və qayıtdıqdan sonra ördəklərin yoxa çıxdığını demişdir. Oda axtarmayın ördəklər əldən getdi demişdir. Daha sonra o, qonşuluqda yaşayan bibisi oğluna zəng vurmuşdur ki, Samirin atasına zəng vursun ki, onun ördəklərini gətirsin. Gecə saat 12-də qapısı döyülmüşdür. O, kim olduğunu soruşmuşdur, lakin səs verən olmamışdır. Sonra oğluna “dayına zəng vur” demişdir. Qapının arxasından ona nalayiq sözlər demiş və “qapını aç mənəm Şairə” demişdir. Qapını açması ilə “sən mənim uşağıma şər atırsan” demiş və yenidən nalayiq ifadələr işlədərək əl atıb onun saçından tutub onu hamam tərəf sürümüşdür. Bu zaman ona nəsə dəymişdir. Amma nə dəydiyini bilməmişdir. Özündən getmiş yerə dəymişdir. Daha sonra özünə gəlib ayağa qalxmış. Uşağa qapını ört demişdir. Eləcədə dekabr ayında uşağının velosipedini doğramışlar. Zəng böyük qardaşına vurub demişdir ki, nə həyətinə gəlsinlər, nə uşağının velosipedini sındırsınlar. Ayın onunda yumruqla sifətimdən vurdu. Atası əsasının onun başına vurmuşdur. Barışmamışdır. Şikayətçidir. Haqqını tələb edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Masallı Rayon Prokurorluğunun nümayəndəsinə işə baxılmasının yeri və müddəti barədə məlumat verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 520 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs alının tüksüz hissəsinin və sol yanaq nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 10 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Simran Haxverdiyev tərəfindən 24 iyun 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə əlavə edilmiş VMAS vasitəsi ilə yoxlamanın nəticəsindən görünür ki, Şəxs baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, üzvi pozuntular diaqnozu qoyulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar