Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1346/2023 30.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. X3 Azərbaycan Respublikası DİN-nin BDYPB-nin 07 avqust 2023-cü il tarixli, EQ/16137305 protokolu üzrə inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-in DYPB-nin 07 avqust 2023-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. X1 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Hava yolu Olimpiya satdionu yaxınlığında “VAZ 21214 minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən DİN BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə olunmuşdur. Cərimənin yazılmasına səbəb kimi Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-901/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə ilə təqsirli bilinib 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılması olmuşdur. Lakin o, həmin qərar üzrə protokol cərimə və dəbbə pulu ödədikdən sonra məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, xx.xx.2023-cü il tarixli, 3(050)- 901/2023 saylı qərarın icrasına xitam verilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin BDYPB-nin 07 avqust 2023-cü il tarixli, EQ/16137305 protokolu üzrə inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 və DİN-nin BDYPB-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında X5 və DİN-nin BDYPB-nin nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-901/2023 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüüququ məhdudlaşdırılmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-901/2023 saylı qərarından görünür ki, inzibati xəta törətmiş şəxs X3 vəsatəti təmin edilmiş, inzibati xəta törətmiş şəxs X3 barəsində Masallı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, 3(050)-901/2023 nömrəli qərarının icrasına xitam verilmişdir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 134-cü maddəsində İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərarlar nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsində qeyd olunmuşdur ki, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; -bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş Azərbaycan Respublikası DİN-nin BDYPB-nin 07 avqust 2023-cü il tarixli, EQ/16137305 protokolu üzrə inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, həmin qərarına yazılmasına əsas kimi göstərilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-901/2023 saylı qərarın icrasına həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(050)-901/2023 saylı qərarı xitam verilmişdir. Odur ki, şikayət təmin olunmalıdır. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxs tərəfindən X3 barəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPB-nin 07 avqust 2023-cü il tarixli, EQ/16137305 protokolu üzrə inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1346/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1346/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver