Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1347/2023 21.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Protokolu tərtib etmiş-Masallı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, kapitanı X1, zərərçəkmiş şəxs X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakları ilə xx xxxxxxx 1982-ci ildə Masallı rayonu, Tüklə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olmaqla yaşayan X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X13 30 may 2023-cü il tarixdə, saat 09 radələrində Masallı rayonu, Tüklə kəndi ərazisində yerləşən çəltik əkin sahəsində X8 nalayiq söyüşlər söyərək xırda xuluqanlıq etmişdir. Bu hərəkətləri ilə N.T.Mehtiyev Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Masallı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 izahatında göstərdi ki, 30 may 2023-cü il tarixdə, saat 09 radələrində Masallı rayonu, Tüklə kəndi ərazisində yerləşən əkin sahəsində X14 ilə X13 arasında mübahisə baş vermiş, müübahisə zamanı X22 Əbilovu nalayiq söyüşlərlə söyərək içtimai qaydanı pozmuşdur. Bu səbəbdən də T.Mehtiyev barəsində sözügedən protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 2015-ci ildən çəltik əkini ilə məşğul olur. X14 ilə əvvələr arasında heç bir düşmənçiliyi və münaqişəsi olmamışdır. 30 may 2023-cü il tarixdə, saat 08 radələrindən əkdiyi çəltik sahəsində olarkən Masallı rayon Su İstismarı İdarəsinin nəzarətçisi Əligüşad Gözəlov da orada olmuşdur. Bir müddət sonra oraya Su İstismarı İdarəsinin mühəndisi vəzifəsində işləyən X14 gəlmişdir. Sahəsinə su gəlmədiyi üçün əsəbi olduğundan Əsailə çəltik sahəsinə su verə bilməcəyi halda bu işi niyə öhdəsinə götürdüyünü, onun və idarəsinin şərəfsizlik etdiyini, bu səbəbdən də torpaq sahəsindən çıxmasını bildirmişdir. Bundan sonra Əsail ondan şikayət edəcəyini deyib oradan çıxıb getmişdir. Hazırda əməlindən peşman olmasını və Əsail Əbilovdan üzr istəməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, 2017-ci ildən Masallı rayon X23 İdarəsinin mühəndisi vəzifəsində işləyir. Masallı rayonu, Tüklə kənd sakini X10 tanıyır və onula əvvələr arasında heç bir düşmənçiliyi və münaqişəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Babaser kəndinin ərazisində yerləşən su abarından suya nəzarət üçün su kanalının qıraq hissəsi ilə suya nəzarət etməklə Tüklə kəndində yerləşən çəltik əkin sahəsinə getmişdir. Əkin sahəsinin yaxınlığında X10 və su idarəsinin nəzarətçisi X3 görmüşdür. Həmin vaxt Təbib Mehtiyev ondan suyun niyə az gəldiyini soruşduqda, o, Təbibə ondan başqa bu gün iki nəfərin də su kanalından istifadə etdiyini, suyun günortaya qədər həmin iki nəfərə gedəcəyini, günortadan sonra isə suyun ancaq onun çəltik sahəsinə gələcəyini və həmin zaman suyun güclənəcəyini bildirmişdir. Təbib onun bu sözündən sonra nalayiq söyüşlərlə onu söyüb təhqir etməyə başlamış, onu birdə buralarda görərsə öldürüb kanala atacağını demişdir. O, Təbib Mehtiyevin yanından ayrılaraq ondan polisə şikayət edəcəyini dedikdə, Təbib yenə onu söyüb təhqir etmişdir. X15 barışmadığı üçün barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Masallı rayon X23 İdarəsinin nəzarətçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Təbib Mehtiyevin çəltik əkin sahəsində olarkən idarənin mühəndisi Əsail Əbilov onların yanına gəlmişdir. Həmin vaxt X22 Əbilova niyə suyun az gəlməsini soruşduqda, sonuncu Təbibə ondan başqa həmin günü iki nəfərə də suyun getdiyini, lakin günortadan sona suyun onun əkin sahəsinə veriləcəyini demişdir. Bundan sonra Təbib Əsailə çəltik sahəsinə su verə bilməcəyi halda bu işi niyə öhdəsinə götürdüyünü, onun və idarəsinin şərəfsizlik etdiyini, bu səbəbdən də torpaq sahəsindən çıxmasını bildirmişdir. Bundan sonra Əsail Əbilov oradan çıxıb getmişdir. Məhkəmə prosses iştirakçılarını dinləyib, inzibati xəta haqqında 21 avqust 2023-cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X7 əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş X2 ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş X4 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-1347/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1347/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver