Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1349/2025 25.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayon Təklə Bələdiyyəsinin sədri Şəxs iştirakları ilə, Masallı rayon Təklə Bələdiyyəsinin sədri (xx.xx.1978-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, ali təhsilli, orta məktəbdə müəllim işləyən, Masallı rayonu Sığıncaq kəndində qeydiyyatda olmaqla yaşayan) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında 19 may 2025ci il tarixli, MN ******* nömrəli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Masallı rayon Təklə Bələdiyyəsinin sədri Şəxs tərəfindən Masallı rayon Təklə Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində ki, yaşıllıqların uçotu və hesabatı aparılmamış və hesabat təqdim olunmamışdır. Bu hərəkətinə görə Masallı rayon Təklə Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, bələdiyyə ərazisində olan yaşıllıqlar, yəni hansı sayda, hansı növdə ağacları olnası ilə bağlı uçotu və hesabatı bələdiyyələr tərəfindən idarəyə təqdim olunur, onlar tərəfindən də icra hakimiyyətinə və Ədliyyə Nazirliyinə məlumat verilir ki, bu yaşıllıqların uçotu olunub. O cümlədən Masallı rayonunda da 18 bələdiyyə vardır, bundan 7-si həmin yaşıllıqların uçotunu təqdim etmiş, 11 bələdiyyə isə təqdim etməmişdir. Həmin 11 bələdiyyədən də biri Təklə bələdiyyəsidir ki, hesabatı vermədiyinə görə barəsində inzibati qaydada protokol tərtib olunmuşdur. Uçotun verilməsi mart ayının 20-dək müəyyən olunmuş, sonradan isə aprel ayının 01-dək uzadılmışdır. Təklə bələdiyyəsi tərəfindən göndərilmiş uçot hesabatı isə düzgün tərtib olunmamışdır. Şəxs protokol tərtib olunandan sonra bildirmişdi ki, o, təzə seçilmişdir, həmin vaxtı heç bu işdə olmamışdır. Sonradan gətirib təsdiqdə elətdirmiş, hazırlamış vermişdi. Həmin vaxt seçki dövrü olmuş, ola bilərki həmin vaxt çatdımayıblar sonradan gətirib təqdim etmişdir. Məhkəmənin mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Masallı rayon Təklə Bələdiyyəsinin sədri Şəxs izahat verərək bildirdi ki, protokol tərtib olunmuşdur ki, hesabat verilməmişdir. Lakin protokolda qeyd olunan dövr onun səlahiyyətlərini icra etdiyi dövrdən əvvəlki dövrə aiddir. Belə ki, xx.xx.2025-ci il tarixdə bələdiyyə seçkiləri olmuş, əvvəl bələdiyyə sədri Aysu Şıxəliyeva seçilmiş, sonradan xanım istefa verdiyindən xx.xx.2025-ci il tarixdə o, bələdiyyə sədri vəzifəsinə seçilmişdir. Lakin həmin hesabat maksimum xx.xx.2025-ci il tarixədək verilməli idi. Protokolun tərtib olunmasındada iştirak etməmişdir. O, özü idarənin əməkdaşları ilə əlaqə saxladığı zaman idarənin əmədaşları bildirmişlər ki, hesabat yanvar ayında təqdim olunmalı idi, lakin seçkilərə görə həmin müddəti xx.xx.2025-ci il tarixədək uzatmışlar, sonradan isə yenidən xx.xx.2025-ci il tarixədək vaxtı uzatmışlar. Lakin onların qeyd olunan dövr üçün səlahiyyətləri olmamışdır, ecədə onun özünün həmin dövrdə səlahiyyətləri olmamışdır. Lakin buna baxmayaraq hesabat idarənin elektron ünvanına göndərilmişdir, lakin idarənin əməkdaşları həmin hesabatın düzgün tərtib olunmadığını bildirmişlər. Məhkəmədən işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 may 2025-ci il tarixli, 89845 nömrəli aktından görünür ki, Masallı rayon Təklə Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində ki, yaşıllıqların uçotu və hesabatının aparılaraq məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim olunub olunmaması yerində araşdırılmışdır. Aparılan araşdırma zamanı Masallı rayon Təklə Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və hesabatının aparılaraq qanunla müəyyən olunmuş müddətə müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi müəyyən olunmuşdur. İş materillarında olan 19 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayon Təklə Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və hesabatının aparılmaması və hesabatın təqdim olunmaması aşkar olunmuşdur. İş materillarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi cənab Taleh Quliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-14-40/2-090/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 2018-ci il 15 may tarixli 217 nömrəli Qərarına əsasən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati əraziləri üzrə bələdiyyələrdən 20 fevral 2025-ci il tarixinədək tabeçiliyində olan yaşıllıqların hesabatı 29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərinə görə idarəyə təqdim edilməmişdir. Bu səbəbdən hesabatı idarəyə təqdim etmək üçün bələdiyyələrə əlavə olaraq zaman verilmiş, belə ki, 01 aprel 2025-ci il tarixinədək yaşıllıqların uçot hesabatını təqdim etmələri tələb olunur. Əks halda, qanunvericiliyin tələbləri pozulduğuna görə tərəflərindən müvafiq tədbirlər görüləcəyini nəzərə alaraq aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materillarında olan Masallı rayon Təklə Bələdiyyəsi tərəfindən təqdim edilmiş 07 aprel 2025-ci il tarixli 02 saylı iclas protokolundan çıxarışdan görünür ki, X2 ərizəsi nəzərə alınaraq 07 aprel 2025-ci il tarixdən Təklə bələdiyyəsinin sədrliyindən azad edilməsi və Şəxs Təklə bələdiyyəsinin sədri seçilərək 07 aprel 2025-ci il tarixdən Təklə bələdiyyəsinin sədri kimi fəaliyyətini davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmə qeyd edir ki, baş vermiş inzibati xəta hadisəsi barəsində inzibati icraat aparılmış Şəxs tərəfindən törədilmiş olması işin faktiki vəziyyəti ilə müəyyən edilmir. Belə ki, qeyd olunan inzibati xətanın baş verməsi ehtimal olunan dövrdə Şəxs deyil X1 bələdiyyəsinin sədri olmuşdur. Şəxs ilə bələdiyyənin xx.xx.2025-ci il tarixli iclasında Təklə bələdiyyəsinə sədr seçilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Lənkəran Regional Ədliyyə İdarəsinə ünvanlamış olduğu nəktubdan isə məlum olur ki, 29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərinə görə 01 aprel 2025-ci il tarixinədək yaşıllıqların uçot hesabatını təqdim edilməsi tələb olunur. Bu isə onu göstərir ki, qeyd olunan hesabatı Şəxs deyil həmin vaxt bələdiyyə sədri olmuş X3 təqdim etməli idi. Buda onu deməyə əsas verir ki, törədilmiş inzibati xətanın Şəxs aidiyyəti olmamışdır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1349/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1349/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver