Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1354/2024 25.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Masallı rayonu Qədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, bədən tərbiyyəsi müəllimi işləyən, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə X4 işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 25 iyun 2024-cü il tarixdə saat 11 radələrində Masallı RPŞ-nin inzibati binasının həyətində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. X4 Protokola görə Şəxs eyni tarixdə Masallı RPŞ-nin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində olan şikayətlə bağlı Masallı RPŞ-yə çağırılmışdır. Oda Masallı RPŞyə getmişdir. RPŞ-də olduğu zaman polis əməkdaşları şikayətlə bağlı ona məlumat vermişlər. O, barəsində olan şikayətin əsassız olduğunu bildirmiş və özündən aslı olmayaraq əsəbləşərək uca səslə danışmağa başlamışdır. Hərəkətlərindən peşmandır. Lakin qeyd olunmuş inzibati xətanı törətməmişdir. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. Ailəyə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən barəsində cərimə cəzası tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixində Masallı RPŞ-in inzibati binasında öz xidməti otağında olduğu zaman Masallı rayonu Qədirli kənd sakinləri Şəxs və X1 izahatlarını aldığı vaxt anidən izahat verməyə və barələrində daxil olmuş müraciətə etiraz olaraq uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Bu vaxt digər xidməti otaqda olan Masallı RPŞ-in İTB-in polis sahə rəisi Orxan Balakişiyev otağa yaxınlaşmış, vətəndaşlara sakitləşməsini və ictimai qaydanı pozduğunu bildirmişdir. Onlar dəfələrlə vətəndaşa sakitləşməsini və nizam-intizamlı olmasını bildirsələr də, həmin şəxslər onların tələblərinə məhəl qoymayıb öz hərəkətlərinə davam edib polisin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Daha sonra onlar qeyd olunan şəxsləri sakitləşdirib, barələrində rəbərliyə raportla məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X3 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Şahin Mehrabov tərəfindən 25 iyun 2024-cü il tarixdə MN ******* və ******* saylı X4 protokollar tərtib edilmişdir. Barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri şahidlərin izahatı, X4 protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1354/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1354/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver