Məhkəmə qərarları › İş №3(050)-1355/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1355/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1355/2023 17.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, şikayət verən şəxs X2 vəkili Vəkil, qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 X15 Xidməti Lənkəran-Astara regional şöbəsinə qarşı 09 avqust 2023-cü il tarixli, seriya MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən edilsin: X7 məhkəməyə müraciət edərək, X15 Xidməti Lənkəran-Astara regional şöbəsinin 09 avqust 2023-cü il tarixli, seriya MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09 avqust 2023-cü il tarixli, seriya MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ilə 4000 manat məbləğində cərimə edilmişdir. İnzibati xətanı törətməmişdir. O, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mehrim” gözəllik salonunda fərdi sahibkar kimi fəaliyyət göstərir. Onun bir neçə işçiləri var, hamısı ilə də əmək müqaviləsi əsasında xidmət göstərir. X11 da onun işçisidir və onunla xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Salonda müştəri olmuş X4 adlı şəxs 2023-cü ilin iyun ayında Masallı Rayon Prokurorluğuna müraciət edərək guya salonda onun üzündə görülmüş işlər nəticəsində ona ziyan dəyməsini göstərmiş və bununla bağlı şikayət etmişdir. Həmin şikayət əsasında araşdırma aparılmışdır. Araşdırma nəticəsində guya əmək müqaviləsi olmadan işçi işlətdiyi müəyyən olunmuş və bununla bağlı Əmək Müfəttişliyinə məktub göndərilmişdir. Əmək müqaviləsi olmadan hər hansı işçi işlətməmişdir. İlhamə Məmmədova adlı işçisi ilə də xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi bağlanmış və lazeroloq kimi fəaliyyət göstərmişdir. Qeyd olunan inzibati xəta 2023-cü ilin iyun ayında aşkara çıxarılmışdır, lakin ümumiyyətlə belə bir inzibati xəta hadisəsi yoxdur, çünki onunla işçi arasında müqavilə xx.xx.2023-cü il tarixdə mövcud olmuşdur. Yəni, inzibati xətanın olması üçün onunla işçisi arasında əmək müqaviləsi olmamalıdır, lakin əmək müqaviləsi olduğu halda İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri yarana bilməzdi. Ümumiyyətlə inzibati xətanın olmasını təsdiq edən sübutlar olmalıdır, həmin sübutlar şahid ifadələri, videoçəkiliş və digər sübutlar ola bilər. Lakin hazırkı olmayan inzibati xəta hadisəsini sübut edəcək şahid və ya digər sübut yoxdur. Sübut olmadığı halda qəbul edilmiş qərarın hüquqi qüvvəsi yoxdur və məsuliyyət yarada bilməz. Vəkil şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, şikayətin baxılması ilə əlaqədar Mətanət Salayevaya məlumat verilməmiş, onun iştirakı və məlumatı olmadan araşdırma aparılaraq xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərarla Mətanət Salayeva İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Halbuki, material araşdırılarkən Mətanət Salayevanın iştirakı təmin edilməli, müzakirə aparılmalı, sonda yekun qərar qəbul edilməli idi. Bundan başqa, qərar qəbul edilərkən şəxsin xətasını yüngülləşdirilən halın olubolmaması nəzərə alınmadan 4000 manat məbləğində cərimə edilmişdir. Sonda Vəkil şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək, bildirdi ki, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə icraatın başlanması haqqında Masallı rayon X10 Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 156-C-23 nömrəli qərarına şöbədə baxılmışdır. X15 Xidmətin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-S-28544/2023 nömrəli məktubu ilə X5 və xx.xx.2023-cü il tarixli, 3-17-5/2-W- 28545/2023 nömrəli məktubu ilə X8 inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında Masallı Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 156-C-23 nömrəli Qərarı ilə inzibati xəta haqqında işə baxilması xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə xəbərnaməli poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lənkəran regional poçt filialı tərəfindən daxil olmuş poçt bildirişlərinin verilməsi haqqında xəbərnaməyə əsasən həmin məktub X5 şəxsən xx.xx.2023-cü il tarixdə çatdırılmış, lakin o, bilərəkdən xx.xx.2023-cü il tarixdə şöbəyə gəlməmişdir. Gəlmədiyindən və işə baxılmanın təxirə salınması barədə vəsatəti olmadığından inzibati xəta haqqında işə baxılaraq M.X13 Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən barəsində Masallı Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 156-C-23 nömrəli qərarına əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmiş və həmin qərarla 4000 manat cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və cərimə rekvizitləri şöbənin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-S-29544/2023 nömrəli rəsmi xəbərnaməli müşayət məktubu ilə onun ünvanına göndərilmişdir. Sonda Nümayəndə şikayətin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X20 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Masallı Rayon Prokurorluğuna ünvanldığı 13 iyul 2023-cü il tarixli məlumatın təqdim olunması haqqında məktubdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində X2 vergi ödəyicisi kimi ********** saylı VÖEN-lə uçota alınması barədə məlumat mövcuddur. X11 aparılmış araşdırma ilə əlaqədar Masallı rayon prokurorunun köməkçisi Sulduz Məmmədova verdiyi xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, 2005-ci il də Loğman tibb kollecini bitirmişdir. Bu barədə diplomu vardır. Təxminən 5 ildir ki, Masallı şəhərində yerləşən “Mehrim” gözəllik salonunda lazeroloq kimi işləyir. İlhamə Məmmədova müstəntiqin verdiyi suala cavab olaraq bildirmişdir ki, şəxsən mənim “Mehrim” gözəllik salonunda işləməyim ilə əlaqədar olaraq işlədiyim gündən əmək müqaviləm yoxdur. X7 aparılmış araşdırma ilə əlaqədar Masallı rayon prokurorunun köməkçisi Sulduz Məmmədova verdiyi xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, “Mehrim” gözəllik salonunda işləyən İlhamə Məmmədova ilə əmək müqaviləsi bağlamamışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, 156-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilməsi, X1 X6 əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi faktı ilə əlaqədar olaraq Mətanət Salayevanın barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə, həmçinin müvafiq lisenziyası olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji) məşğul olduğuna görə həmin Məcəllənin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması məsələsinə baxılmasından ötrü toplanmış materialın Masallı rayon prokuroruna təqdim olunması qərara alınmışdır. Masallı rayon prokuroru, baş ədliyyə müşaviri Vəli Mustafayev tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X9 göstərmişdir ki, 14 ildir ki, Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Mehrim” gözəllik salonunu işlədir. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və VÖEN-ni var. “Mehrim” gözəllik salonunda müxtəlif kosmetoloji xidmətlər göstərirlər. Hazırda həmin salonda Rüqəyya, Mirsurə, İlhamə, Cəmalə, qızı Mehriban və Bəsdi adında xanımlar işləyir. Həmçinin özü də gəlin bəzədilməsi xidməti göstərir. İlhamə Məmmədova ilə əmək müqaviləsi bağlamamışdır. 156-C-23 saylı material üzrə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə şikayət verən şəxsin vəkilini, qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət qismən təmin edilməlidir: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların türədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) türətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta türədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin güstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 134.1. və 134.1.2.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2.-135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İXM-in 192.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə iş materiallarından görünür ki, Mətanət Salayevə xx.xx.2023-cü il tarixdə X11 ilə əmək müqaviləsi bağlasa da o, sonuncunu əmək müqaviləsi bağlamadan əvvəl işlətdiyi “Mehrim” gözəllik salonunda lazeroloq kimi işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, İlhamə Məmmədova öz izahatında 5 ildir ki, həmin gözəllik salonunda işlədiyini bildirmişdir. Həmçinin, X9 da izahat verən zaman İlhamə Məmmədova ilə əmək müqaviləsi bağlamadığını etiraf etmişdir. Buna görə də, X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması istisna edilmir. Lakin işin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati qərar qəbul edilən orqan tərəfindən qərarda şəxsin hansı səbəbdən məhz 4000 manat məbləğində cərimə edilməsi, əməlində inzibati tənbehini yüngülləşdirən halın olub-olmaması araşdırılmamış, həmçinin məhkəmə iclasında iştirak edən nümayəndəsi tərəfindən də həmin hala aydınlıq gətirilməmişdir. Halbuki, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin araşdırıılması zamanı şəxsin Göstərilənlərə əsasən və İXM-in 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 09 avqust 2023-cü il tarixli, seriya MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilsin, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 (üç min) məbləğində inzibati qaydada cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar