Məhkəmə qərarları › İş №3(050)-1355/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1355/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1355/2024 25.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Aöayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 iyun 2024-cü il il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasının qarşısında ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan başqa Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 iyun 2024-cü il il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla bağlı Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törədilməsinə istinad edilərək, barəsində qeyd edilən protokollar tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnın sahə rəisi X5 izahatında göstərdi ki, Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Vasif Ağazadənin icraatında olan materialın icrası ilə əlaqədar Masallı rayonu, Qədirli kənd sakini Şəxs və digərləri izahatının alınmasından ötrü Masallı RPŞ-nin inzibati binasına yerləşən xidməti otağa dəvət edilmişdir. X6, Şaməddin adlı şəxsin izahatını aldığı üçün Masallı RPŞ-nin inzibati binasının qarşısında Şəxs bir neçə dəqiqə gözləməli olmuşdur. Buna görə də əsəblərinə tab gətirə bilməyərək ola bilsin söyüşlər söyüb. Qapıda dayanan polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o biz niyə gözləməliyik deyə gileylənməyə başlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Vasif Ağazadənin icraatında olan materialın icrası ilə əlaqədar Masallı rayonu, Qədirli kənd sakini Şəxs və digərləri izahatının alınmasından ötrü Masallı RPŞ-nin inzibati binasında yerləşən xidməti otağa dəvət edilmişdir. Polis Şöbəsinin qarşısında biraz gözləməli olmuş, hava isti olduğu üçün əsəbləşərək öz heyvanlarının ünvanına xoşagəlməz ifadələr işlətmişdir. O, Masallı Rayon Polis Şöbəsinin İnzibati binasının qarşısında olan zaman xidmət aparan polis əməkdaşları onu nizam inzitama dəvət etmişlər. Daha sonra Polis Şöbəsinə apararaq ona su verilmiş, bundan sonra özünə gələrək sakitləşmişdir. Polis şöbəsinin inzibati binasına dəvət olunan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Sonda Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis serjantı X1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-in inzibati binasında 1 nömrəli postda xidmətdə olduğu zaman saat təqribən 12:30 radələrində kimliyi sonradan məlum olan Masallı rayonu, Qədirli kənd sakini Şəxs RPŞ-nin inzibati binanın qarşısında səs-küy salaraq ucadan ünvansız nəlayiq küçə söyüşləri söyməyə başladı. Tam olaraq söyüşün nə olduğunu bilməmişlər. O, konkret şəxslərə və polis əməkdaşlarına qarşı söyüşlər söyməmişdir. Şəxs bu zaman nizam intizama dəvət etsələrdə buna məhəl qoymamışdır. Barəsində protokol tərtib edilməsindən ötrü polis şöbəsinin inzibati binasına dəvət edilmiş, heç bir müqavimət göstərmədən polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis serjantı X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-in inzibati binasında 1 nömrəli postda xidmətdə olduğu zaman saat təqribən 12:30 radələrində kimliyi sonradan məlum olan Masallı rayonu Qədirli kənd sakini Şəxs RPŞ-nin inzibati binanın qarşısında telefonda kiminləsə danışan zaman səs-küy salaraq ucadan ünvansız nəlayiq küçə söymüşdür. O, konkret şəxslərə və polis əməkdaşlarına qarşı söyüşlər söyməmişdir. O, konkret şəxslərə və polis əməkdaşlarına qarşı söyüşlər söyməmişdir. Şəxs nizam intizama dəvət etsələr də, buna məhəl qoymamışdır. Barəsində protokol tərtib edilməsindən ötrü polis şöbəsinin inzibati binasına dəvət edilmiş, heç bir müqavimət göstərmədən polis şöbəsinə gəlmişdir. İş materiallarında olan; 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 25 iyun 2024-cü il il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasının qarşısında ucadan ünvansız küçə söyüşləri söyərək İXM-nin 510-cu maddəsinin tələbini pozmuşdur. 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 25 iyun 2024-cü il il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş protokollara və əlavə olunmuş sənədlərə baxaraq, qənaətə gəlir ki, şəxsin əməllərində inzibati xətanın tərkib əlamələri mövcud olmadığından hər iki maddə ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi, həmçinin polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması nəinki sübut olunmur, əksinə onun həmin özünün, həm də hadisə vaxtı orada olmuş şahidlərin ifadəsi ilə təkzib edilir. Belə ki, araşdırma zamanı hadisənin baş verdiyi zaman hadisə yerində olmuş şahidlər polis əməkdaşları Məhəddin Alışov və Əlisa Novruzov ifadəsi ilə təsdiq edilir ki, Şəxs Elmidar oğlu konkret şəxslərə və polis əməkdaşlarına qarşı söyüşlər söyməmiş, polis əməkdaşının ictimai vəzifəsini yerinə yetirilməsinə maneçilik törətməmiş, bundan başqa şahidlərin hər ikisi şablon ifadələr işlədərək Şəxs söyüş söydüyünü, lakin işlətdiyi ifadənin nə olmasını məhkəmədə əsalandıra bilməmişlər. Məhkəmə xırda xuliqanlıq növündə inzibati xətanın tərkib əlamətləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu”nun qərarında qeyd edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Göründüyü kimi ictimai qaydanın pozulması üçün aşağıdakı şərtlər mövcud olmalıdır

1. Şəxs tərəfindən cəmiyyət üzvləri arasında təşəkkül tapmış adət ənənələr, əxlaq normaları və qanunvericilikdə əks edilmiş birgəyaşayış qaydaları pozulmalı

2. Şəxs bu kimi əməllərə yol verərkən özünü cəmiyyətin fövqündə hesab etməklə başqalarına qarşı hörmətsizlik etməli və yol verdiyi əməllərin hər hansı səbəbi olmamalı, yəni təsadüfi olaraq bu əməlləri törətməli.

3. Nəhayət qeyd edilən əməllər qərəzli olaraq törədilməlidir. Məhkəmə polisə müqavimət göstərilməsi ilə bağlı tərtib edilmiş protokolla bağlı aşağıdakıları qeyd edir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, maddədə qeyd edilmiş ictimai qaydanın mühafizə vəzifələrini icra edən şəxsin qanuni tələblərinə tabe olunmadığı halda, həmin maddənin tərkib əlamətlərinin yaranması mümkün olduğu göstərilir. Polis haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin İİ bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ bəndində göstərilir ki, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Lakin hazırki iş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həm də şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri izahatlarına əsasən Şəxs polis əməkdaşlarına hər hansı müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək kimi hərəkətlərə yol verməməsi müəyyən edilmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar