Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1357/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytnantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 26 iyun 2024-cü il tarixdə Köhnə Bazar adlanan ərazidə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 27 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şəxs izahatında göstərdi ki, icraatına daxil olan xx.xx.2024-cü il tarixli X6 raportuna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək Masallı Rayon Məhkəməsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Köhnə Bazar ərazisində hərəkətdə olan zaman polis əməkdaşı Nağılı Ülvi ilə rastlaşmış, ondan xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonunda silahlı insidentlə bağlı söhbət aparmış və həmin hadisədə neçə nəfər əməkdaşının şəhid olmasını soruşmuşdur. Daha sonra zarafatlaşaraq Ülvi Nağılıya “Səni də qıracaqlar” “sizdə belə öldürəcəklər” dedim. Sonradan hərəsi öz yoluna davam etdilər. Həmin hadisədən bir gün sonra polis şöbəsinə dəvət olunmuş, özü könüllü şəkildə polis şöbəsinə getmiş və polis əməkdaşlarına qarşı işlətmiş olduğu ifadəyə görə barəsində protokol tərtib edilmişdir. Hazırda tutduğu əməldən peşman olmuş, bir daha belə səhvə yol verməyəcəyinə söz verir. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə ələqədar olmayan qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri polis serjantı əməkdaşı X9 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Sahil Nəbiyev ilə birlikdə 4 nömrəli piyada postda xidmətdə olduqları zaman Masallı rayonu Təzə Alvadı kənd sakini xx.xx.1994-cü il təvəllüdlü Şəxs Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən “Köhnə bazar” ərazisində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində şəhid olmuş polis əməkdaşları haqqında, “Yaxşı edib it kimi gəbərdiblər” sözlərini dediyini eşitmişlər. Bu zaman onlar Şəxs yaxınlaşıb, özlərini təqdim edib, hansı səbəbdən polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr səsləndirdiyini soruşduqda, A.Kişiyev yaxşı edib deyirəm “polisi iti qıran kimi qırsınlar” ifadəsini işlətmiş və uca səslə ictimaiyyətin içində səs-küy salmağa başlamışdır. X8 dəfələrlə nizam intizama dəvət etsələr də o, buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyindən, onu RPŞ-nə gətirmişlər. Şəxs polis şöbəsinə gətirilərkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri polis kiçik serjantı X2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Ülvi Nağıllı ilə birlikdə 4 nömrəli piyada postda xidmətdə olduqları zaman Şəxs Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən “Köhnə bazar” ərazisində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində şəhid olmuş polis əməkdaşları haqqında, “Yaxşı edib it kimi gəbərdiblər” sözlərini dediyini eşitmişlər. Bu zaman biz Şəxs yaxınlaşıb, özümüzü təqdim edib, hansı səbəbdən polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr səsləndirdiyini soruşduqda, A.Kişiyev yaxşı edib deyir “polisi iti qıran kimi qırsınlar” deyib, uca səslə ictimaiyyətin içində səs-küy salmağa başlayıb, nalayiq küçə söyüşləri söyməyə davam etmişdir. X8 dəfələrlə nizam intizama dəvət etsələrdə, öz hərəkətlərinə davam etmişdir. Daha sonra o, polis şöbəinə dəvət edilmiş, lakin müqavimət göstərərək gəlmək istəməmişdir. Lakin onlar Şəxs maşına mindirilib şöbəyə gətirmişlər. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 13:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək qərara gəlir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati xəta məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında X2 barəsində inzibati icraat aparılan şəxsi polis şöbəsinə dəvət etdikdə müqavimət göstərdiyini bildirsə də, barəsində inzibati icraat aparılan şəxs və şahid Ü.Nağılı bu halı təkzib etmişlər. Şahid S.Nəbiyev Şəxs müqavimət göstərərək gəlmək istəmədiyini bildirsə də həmin vəziyyəti tam olaraq təsvir edə bilməyərək izahatında şablon sözlərdən istifadə etmişdir. Qeyd edilən bu hallar göstərir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmamışdır. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən “Köhnə bazar” ərazisində ictimai yerdə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində şəhid olmuş polis əməkdaşları haqqında, “Yaxşı edib it kimi gəbərdiblər” “polisi iti qıran kimi qırsınlar” sözlərini işlətmiş, daha sonra səs-küy salmışdır. Bununla o, da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik etmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcələnin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırlaşdırən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində bir azyaşlı uşağın olması və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halları kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbаycаn Respublikаsı İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Kişizadə X3 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 70 (yetmiş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1357/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1357/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver