Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1364/2025 27.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1988-ci il tarixdə Cəlilabad rayonu, Yusublu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Cəlilabad rayonu, Yusublu kəndində qeydiyyatda olan, Cəlilabad rayonu, Qarazəncir kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 26 may 2025-ci il tarixli protokola əsasən Şəxs 26 may 2025-ci il tarixdə, saat 18:00 radələrində Qəriblər kənd ərazisində uca səslə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 26 may 2025-ci il tarixli protokola əsasən Şəxs 26 may 2025-ci il tarixdə, saat 18:00 radələrində Qəriblər kənd ərazisində uca səslə ünvansız nalayiq ifadələr işlədərkən onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X2 izahatında bildirdi ki, 26 may 2025-ci il tarixdə saat 18 radələrində Masallı rayonu Qəriblər kəndi ərazisində X12 bölməsinin Yol patrul xidmətinin inspektoru, baş polis serjantı Şahid1la Yol patrul xidmətinin inspektoru, polis serjantı Nəriman Həsənov xidmətdə olarkən “VAZ 2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Viləş” restoranın qarşısından Ərkivan qəsəbəsi istiqamətində hərəkətdə olarkən sürücü Cəlilabad rayon sakini X5 təhlükəsizlik kəmərindən istifadə etmədiyindən tərəflərindən saxlanılmışdır. Yol patrul xidmətinin əməkdaşı Şahid1 həmin vaxtı sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra təhlükəsizlik kəmərindən istifadə qaydalarını pozulmasını bildirmək istəyərkən X11 və sərnişin qismində kimlikləri sonradan məlum olan Cəlilabad rayon sakinləri Şəxs, X6 və X9 avtomobildən düşüb heç bir səbəb göstərmədən uca səslə səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışlar. Samir Abiyev, Şəxs, Elməddin Əmişov və Əli Həmidov ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə Yol patrul xidmətinin baş polis serjantı Şahid1 və Yol patrul xidmətinin polis serjantı Nəriman Həsənov onları nizam intizama dəvət etdikdə, həmin şəxslərdən Şəxs onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hüquqazidd hərəkətlərini təxminən 15-20 dəqiqə davam etmişdir. Bu səbəbdən, Yol patrul xidmətinin əməkdaşları Samir Abiyevi, Şəxs, Elməddin Əmişovu və X10 rayon Polis şöbəsinə gətirmişlər. Şəxs Masallı rayon Polis şöbəsində də, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla yanaşı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib olunmuş və digər zəruri olan sənədləri toplayaraq məhkəməyə təqdim etmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, 26 may 2025-ci il tarixdə, saat 18:00 radələrində Masallı rayonu, Qəriblər kənd ərazisində olan vaxtı “VAZ 2107” markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobili Samir Abiyev idarə etmişdir. O isə sərxoş olduğu üçün həmin hadisəni dəqiq xatırlamır. Özündə olmamış, əsəbi olduğu üçün qeyri-qanuni hərəkətlərə yol vermiş, lakin gələcəkdə belə bir səhvlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirmişdir ki, 2009-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına, 2016cı ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, 2021-ci ildə isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 1 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin X12 bölməsinin Yol patrul xidmətinin inspektoru, baş polis serjantı Şahid1 izahatında bildirdi ki, 26 may 2025-ci il tarixdə saat 18 radələrində Masallı rayonu Qəriblər kəndi ərazisində X12 bölməsinin Yol patrul xidmətinin inspektor polis serjantı Nəriman Həsənovla xidmətdə olarkən, “VAZ 2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Viləş” restoranın qarşısından Ərkivan qəsəbəsi istiqamətində hərəkətdə olarkən sürücü Cəlilabad rayon sakini X5 təhlükəsizlik kəmərindən istifadə etmədiyindən onun tərəfindən saxlanılmışdır. O, həmin vaxtı sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra təhlükəsizlik kəmərindən istifadə qaydalarının pozulmasını bildirmiş və sürücülük vəsiqəsini təqdim etməsini bildirmişdir. X11 sürücülük vəsiqəsini təqdim etdiyi vaxt sərnişin qismində kimlikləri sonradan məlum olan Cəlilabad rayon sakini Şəxs sürücülük vəsiqəsini polis əməkdaşı Nəriman Həsənovun əlindən almış və müqavimət göstərməyə başlamışdır. Şəxs sərxoş olduğu üçün özünü idarə edə bilməmiş, nəlayiq ifadələrdən işlətməyə başlamış, onu sakitləşdirməyə cəhd etsələr də, Şəxs əl-qol ataraq sərxoş vəziyyətdə müvazinətini itirdiyi üçün yerə yıxılmışdır. Onu ayağa qaldıraraq, xidməti maşına aparmışlar. Digər sərnişin qismində kimlikləri sonradan məlum olan Cəlilabad rayon sakinləri X6 və X9 avtomobildən düşüb heç bir səbəb göstərmədən uca səslə səs-küy salaraq nalayiq ifadələr işlətməyə başladılar. Samir Abiyev, Elməddin Əmişov və Əli Həmidov ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə o və Yol patrul xidmətinin polis serjantı Nəriman Həsənov onları nizam intizama dəvət etmişlər. Ətrafda səs-küy nəticəsində 20 nəfərə yaxın insan toplanmış, maşınlar dayanmışdır. Ona görə də, həmin şəxsləri polis şöbəsinə gətirmişlər və barəsində qanuna müvafiq tədbir görülməsi üçün raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bölməsinin Yol patrul xidmətinin inspektoru, polis serjantı Şahid2 Şahid1 izahatına uyğun, eyni məzmunlu izahat verərək Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu və polisin qanuni tələbinə qəsdən tabe olmadığını təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZA seriyalı 022147 nömrəli 26 may 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 may 2025-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. - AZA seriyalı 009306 nömrəli 26 may 2025-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərində 26 may 2025-ci il tarixdə, saat 22:45-də şəxsi axtarış aparılmışdır. - Alkotester məlumatından görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,603 promildir. - inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 26 may 2025-ci il tarixli protokola əsasən X6 26 may 2025-ci il tarixdə, saat 12-18 radələrində xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. - inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 26 may 2025-ci il tarixli protokola əsasən X5 26 may 2025-ci il tarixdə, saat 12-18 radələrində xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. - inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 26 may 2025-ci il tarixli protokola əsasən X9 26 may 2025-ci il tarixdə, saat 12-18 radələrində xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq ediləcək inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini və inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, əvvəllər dəfələrlə məhkum olunmasını, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbsinin başlanğıcı 26 may 2025-ci il tarixdən, saat 22:30-dan hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 26 may 2025-ci il tarixdən, saat 22:30-dan hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1364/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1364/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver