Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1366/2023 28.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlipənah oğlunun iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Rusiya Federasiyasında doğulmuş, Masallı rayonu, Qəriblər kəndində yaşayan, Rusiya Federasiyasının vətəndaşı, fərdi əməklə məşğul olan, Şəxs Əlipənah oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Əlipənah oğlu 28 avqust 2023-cü il tarixdə saat 00:50 radələrində “Vaz-21213” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman işıq cihazlarından düzgün istifadə etmədən avtomaşını idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, etibarnaməsiz və narkoloji vasitənin təsiri altında idarə etdiyi aşkar edilmişdir. Bu səbəbdən Şəxs Əlipənah oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlipənah oğlu ifadə verərək bildirdi ki, dostları ilə görüşdüyü zaman narkotik vasitədən istifadə etmişdir. Həmin vaxtdan müəyyən müddət keçmişdir. Əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı vardır. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Şəxs Əlipənah oğlunun barəsində polis baş serjantı X2 tərəfindən 28 avqust 2023cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 28 avqust 2023-cü il tarixli 000474 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs Əlipənah oğlunun kannabinoiddən istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlipənah oğlunun təqsiri özünün səmimi etirafı ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Əlipənah oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlipənah oğlunun əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs Əlipənah oğlu barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə təyin edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əlipənah oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334- 1.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1366/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1366/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver