Məhkəmə qərarları › İş №3(050)-137/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-137/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-137/2025 15.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Şəxs haqqında Masallı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin DYPB-nin rəisi, polis kapitanı X1 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2 və 327.8-ci maddələri ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Masallı-Yardımlı yolunun Qəriblər kəndi ərazisində “Mercedes Benz 240” minik markalı, ** VO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.8-ci maddələrində nəzərədə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi əsasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolun barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxslə tanış edilməsi və protokolun surətinin şəxsə təqdim edilməsi müəyyən edilməmiş, Şəxs həmin protokolun surətini alması barədə imza etməmiş, nə də şəxsin protokolu almaqdan imtinası barədə protokolu tərtib etmiş səlahiyətli şəxs tərəfindən müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda şəxsin sürücülük vəsiqəsini təqdim etməməsi ilə bağlı tərtib edilmiş arayışın məzmunundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Qeyd edilən hadisə isə 2024-cü ilin may ayında törədilmişdir. Bu səbəbdən də hadisə baş verdiyi tarixdə Şəxs sürücülük vəsiqəsinin olub-olmaması məsələsi araşdırılmalı, bundan sonra onun əməlinə hüquqi qiymət verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə məsuliyyət nəzərdə tutur. Yəni, 327.8-ci maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsi üçün 327.1 - 327.6, 328 və 330-cu maddələrdə nəzərdə tutulan xətaların törədilməsi nəticəsində yüngül zərər vurulmanı nəzərdə tutur. Yəni 327.2-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 327.8-ci maddə ilə əhatə olunmuşdur. Buna baxmayaraq, səlahiyyətli orqan tərəfindən protokol tərtib edilərkən şəxs tərəfindən 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı qeydlər aparılmışdır. Bununla da, protokolda İXM-nin 327.2-ci maddənin qeyd edilməsi düzgün olmamışdır. Göründüyü kimi, xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol natamam tərtib olunmuşdur. Bu səbəbdən də protokola baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olmaqla baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106,109 və 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar