Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1371/2025 29.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Masallı Rayon Polis Şöbəsinin sahə rəisi X3 iştirakları ilə, xx xxxx 1998-ci ildə Lənkəran rayonu, Portiliç şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Şəxs 27 may 2025-ci il tarixdə, saat 17:30 radələrində Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən Azərbaycan Respublikası DİN-in BDYPİ-nə bilavasitə tabe olan 726 nömrəli stasionar posta sərxoş halda ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, 27 may 2025-ci il tarixdə yaşadığı Liman şəhərində kafelərin birində bir neçə bakal pivə içərək, qohumuna məxsus “Chevrolet” markalı, **-CH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərinə getmək üçün yola çıxmışdır. Həmin gün saat 17:30 radələrində Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-in stasionar postunda YPX-nin əməkdaşları onu saxlamış, onun spirtli içki qəbul etməsini hiss edərək avtomobildən düşməsini və barəsində protokol tərtib olunacağını bildirmişlər. Polis əməkdaşlarının sözündən sonra əsəbləşərək ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt postda xidmətdə olan digər polis əməkdaşları ona etdiyi əməlin inzibati xəta olduğunu bildirib onu intizama dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələbinə əməl etməyərək ucadan ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra onu Masallı RPŞ-nə dəvət edib barəsində sözü gedən protokollar tərtib olunmuşdur. Hazırda səhvini başa düşür və gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BDYPİin 11-ci tağımının YPX-in inspektoru, polis baş serjantı X4 ifadəsində göstərdi ki, 27 may 2025-ci il tarixdə, saat 17:30 radələrində BDYPİ-nə bilavasitə tabe olan 726 nömrəli stasionar posta YPX-in inspektorları, Sadiq Səfərov, Ceyhun Mirzəyev və Pərviz Yusifli ilə birlikdə xidmətdə olarkən Bakı “Chevrolet” markalı, **-CH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra avtomobilin sürücüsü sonradan adını bildikləri Lənkəran rayon sakini Şəxs aşkar spirtli içkinin təsiri altında olması müəyyən olunmuşdur. O və onunla birlikdə xidmətdə olan polis əməkdaşları Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını və avtomobilinin müvəqqəti dayancağa yerləşdirilməsi üçün avtomobildən düşməsini bildirmişlər. Elnur Abbazadə sprtili içkinin təsiri altında olduğu üçün əvvəlcə avtomobildən düşməyərək uca səslə ünvansız nalayiq ifadələr işlədib onun barəsində heç kimin protokol tərtib edə bilməyəcəyini demiş, daha sonra isə avtomobildən düşərək yenə ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə tabe olmayaraq təxminən 10 dəqəqə ərzində postun iş fəaliyyətini pozmuş və intizamsız hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də onlar Şəxs xidməti avtomobilə mindirərək barəsində tədbir görülməsi üçün Masallı RPŞ-nə aparıb raportla müraciət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş BDYPİ-in 11-ci tağımının YPX-in inspektorları X2, X1 və X5 şahid X4 ilə eyni məzmunlu izahat verdilər. İşə əlavə olunmuş 27 may 2025-ci il tarixli, AZA 022146 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 may 2025-ci il tarixdə, saat 22:30-da tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, prootokol tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati xəta haqqında 27 may 2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı protokolları və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrlə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Onun inzibati xətanı sərxoş halda törətməsi isə İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyətini ağırlaşdıran halların olmasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 27 may 2025-ci il tarixdən, saat 22:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-1371/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1371/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver