Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1372/2024 01.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib inzibati protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs döyərək sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclasında göstərdi ki, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə Masallı RPŞ-nə müraciət edərək, qonşuları tərəfindən döyüldüyünü bildirməklə, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin materialla bağlı RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Masallı rayonu Həsənli kəndində X5, X9 və Şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qonşuları Zərərçəkmiş şəxs döymüşlər. Araşdırma zamanı toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin, Şəxs Zərərçəkmiş şəxs döyərək ona qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi, həm də qonşusudur. Bir müddətdir ki, aralarında narazılıqlar yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs təsərrüfatında saxladığı ördəklər itmiş, Aynurə isə ördəklərin onun oğlu Samir tərəfindən oğurlanması barədə kənddə yalan məlumatlar yaymışdır. X12 ördəklərinin oğurlanması ilə bağlı böhtan atdığı üçün irad bildirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Aynurənin yaşadığı ünvana getmişdir. Həmin vaxt Samirlə Tağı yanında olmamışdır. Bundan sonra Aynurə ilə aralarında sözlü mübahisə yaranmışlakin həmin vaxt Aynurəyə heç nə deməyərək çıxıb getmişdir. Masallı RPŞ-yə çağırıldıqdan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ona böhtan və şər atmaqla onun tərəfindən döyülməsi barədə polisə əsassız şikayət etmişdir. Halbuki, Aynurəni döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Sonda Şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs qonşusudur. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə 14 ədəd ördəyi itmiş, ördəkləri axtarsa da, lakin tapa bilməmişdir. Bir müddət sonra ördəklərin Şairənin oğlu Samir tərəfindən harasa aparılması barədə məlumat əldə etmiş, məlumatı aydınlaşdırmaq üçün Şairənin əri Tağıya zəng edərək ördəklərin harda olduğunu soruşdurmuşdur. Tağı isə örədklərini görmədiyini ona demişdir. Bundan sonra həmin gün saat 23:30-da qonşuları Şairə və Samir hay-küylə həyətinə daxil olmuş və gözləmədiyi anda ilk öncə Şairə saçından yapışmış və onu sürüməyə başlamışdır. Həmin vaxt Samir isə göz nahiyəsinə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Bu vaxt Tağıda gəlmiş və əlindəki ağacla (çəlik) alın nahiyəsinə vuraraq onu döymüşdür. O, həmçinin dava-dalaş zamanı bir cüt sırğasının itməsi nəticəsində ona 700 (yeddi yüz) manat maddi ziyan dəydiyini qeyd etmişdir. Bundan sonra Şəxs barəsində polis şöbəsinə şikayət etmişdir. Hazırda Şəxs ilə barışmaq niyyətində deyildir, onun barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, Şəxs onun bacısı olmaqla qonşuluqda yaşayır. Əvvəllər aralarında ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində evdə olduğu vaxt bacısı Aynurənin həyətində səs-küy eşitmiş, səsə çıxdıqdan sonra Şəxs, onun oğlu Samirin, əri X6 həyətindən kənara çıxdığını görmüşdür. Dərhal bacısının həyətinə keçdikdən sonra Aynurənin alnında xəsarətlər olduğunu, saçının dağınıq olduğunu, göz nahiyəsinin isə göyərdiyini görmüş, Aynurəni sakitləşdirmişdir. Məlum olmuşdur ki Aynurənin ördəklərinin itməsi səbəbindən aralarında yaranmış narazılığa görə Şəxs bacısının həyətinə hücum çəkərək saçından tutub sürümüş, Şairənin oğlu Samir və əri Tağı da, mübahisə zamanı bacısı Aynurəyə xəsarət yetirmişlər. Bu səbəbdən Aynurə onların barəsində şikayət etmişdir. Cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X7 X13 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 520 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alının tüksüz hissəsinin və sol yanaq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün, dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxsnun döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə cəza təyini ilə bağlı məsələyə baxarkən müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs heç bir qanuni əsas olmadan Şəxs oğlunu onun ördəklərini oğurladığı ilə bağlı günahlandırmış, bu barədə məlumatı qonşular arasında yaymış, bu səbəbdən də Şəxs oğlunun etmədiyi hərəkətə görə günahlandırıldığından sonuncunun yaşadığı ünvana gedərək qeyd edilən mübahisəni yaratmışdır. İXM-nin 32.1.6-cı maddəsinə əsasən inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən hallardan biridir. Ona görə də qeyd edilən bu hal şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün aşağı həddində cəzalandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1372/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1372/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver