Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1372/2025 29.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı rayon Polis şöbəsinin Boradigah polis bölməsindən daxil olmuş olunmuş inzibati xəta haqqında materialı araşdırıb MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən 02 may 2025-ci il tarixdə Masallı rayonu Türkoba kəndində Şəxs üzərindən 0,660 qram qurudulmuş marixuana aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb hesab edirəm ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan MN seriyalı ******* nömrəli, 29 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon Polis şöbəsinin Boradigah polis bölməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan: - Masallı rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahmar Mənsimovun 02 may 2025-ci il tarixli qərarından görünür ki, Şəxs narkotik vasitələr qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan onun barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. - Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayevin 02 may 2025-ci il tarixli əmrindən görünür ki, Şəxs narkotik vasitələr qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan onun cinayət əməllərinin ifşa olunması məqsədi ilə Masallı rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili X7, X5 və baş təhqiqatçı X4 ibarət əməliyyat qrupu yaradılmışdır. - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Şəxs 02 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və üzərində saxlamaqda kifayət qədər şübhəli bilindiyindən 02 may 2025-ci il tarixdə saat 18:55-də şübhəli şəxs qismində tutulmuşdur. - Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirmə və götürmə haqqında 02 may 2025-ci il tarixli protokoldan görünür ki, videoçəkilişlə üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şəxs vəkil X6 iştirakı ilə üzərində gəzdirməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olarsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Şəxs tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu demişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və büküm ilə birlikdə ümumi çəkisi 0,85 qram təşkil etdi. Baxış saat 19:05-də başlanmış, saat 19:15-də başa çatmışdır. - 02 may 2025-ci il tarixli 200 nömrəli vəkil orderinin surətindən görünür ki, Masallı rayon Vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 03 may 2025-ci il tarixli, 19/183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,660 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,610 qram qalıq qalmışdır”. - Şəxs 02 may 2025-ci il tarixdə təhqiqatçıya verdiyi izahatından görünür ki, 02 may 2025-ci il tarixdə axşam saatlarında Masallı rayonu Türkoba kəndi ərazisində olduğu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitə istifadə etməsində şübhəli olduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində vəkilin iştirakı ilə üstünə baxış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofanda bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0.85 qram təşkil etmişdir. - Masallı rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili X2 və X1 02 may 2025-ci il tarixdə təhqiqatçıya verdikləri izahatdan görünür ki, Şəxs üzərində narkotik vasitələri saxlaması barədə əməliyyat müvəkkili X3 daxil olmuş məlumat əsasında onu 02 may 2025-ci il tarixdə, saat 18 radələrində Masallı rayonu Türkoba kəndi ərazisində saxlamışlar. Özlərini təqdim etdikdən sonra onu Masallı rayon Polis şöbəsinə dəvət etmişlər. Şöbədə vəkilin iştirakı ilə üzərində gəzdirməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olarsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Samir Məmmədov tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu demişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs üzərində bir ədəd şəffaf sellofan bükümdə 0.660 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana gəzdirməsi dair əməldə cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi yarandığından həmin maddə ilə inzibai qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. - Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. İ nömrəli siyahıya əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarı: Qərarda qeyd olunmuşdur ki, əməliyyat-axtarış tədbiri məhkəmə qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirilidiyi halda da, həmin qərarda əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyat axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır. Burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Şəxs narkotik vasitələr qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan onun barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Masallı rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahmar Mənsimov tərəfindən 02 may 2025-ci il tarixdə əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bununla bağlı Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayevin 02 may 2025-ci il tarixli əmrinə əsasən Masallı rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili X7, X5 və baş təhqiqatçı X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Şəxs əməliyyat-axtarış tədbirinin gedişində 02 may 2025-ci il tarixdə, saat 22 radələrində Masallı rayonu Türkoba kəndi ərazisində saxlanıldığı halda əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən həmin yerdə şübhəli şəxsin üstü yoxlanılmamış, ondan iş materiallarında qeyd olunan 0.660 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və ya digər narkotik vasitələrin, psixotrop maddələrin, predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi hərəkətləri həyata keçirilməmiş və qeyd olunun tədbirin fasiləsiz videoçəkilişi aparılmamış, həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməmişdir. Bu isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında qeyd olunduğu kimi əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasına əsas verməklə, əldə olunan materiallara kənar müdaxilələr olunmasını, şübhəli şəxsdən iş materiallarında qeyd olunan çəkidən artıq, yəni xeyli, külli və ya xüsusi ilə külli miqdarda narkotik vasitə və ya psixotrop maddə aşkar edilməsi, aşkar olunmuş maddənin dəyişdirilməsi və sənədlərin təhrif edilmə imkanlarını istisna etmir. Belə ki, Şəxs əməliyyat-axtarış tədbirinin gedişində saxlanıldığı halda əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən həmin yerdə şübhəli şəxsin üstünün yoxlanılması, ondan iş materiallarında qeyd olunan 0.660 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın götürülməsi hərəkətləri həyata keçirilərək fasiləsiz videoçəkilişi aparılmamışdır. Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və üzərində saxlamaqda kifayət qədər şübhəli bilindiyindən 02 may 2025-ci il tarixdə saat 18:55-də şübhəli şəxs qismində tutulmuş və videoçəkilişlə vəkilin iştirakı ilə üzərində yoxlama və götürmə aparılmış, nəticədə 1 ədəd şəffaf sellofan bükülüdə 0,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmaması, ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkilişinin aparılaraq protokola əlavə edilməməsi, cinayət törətməkdə şübhəli şəxs qismində tutulması, üzərindən aşkar edildiyi qeyd olunmuş narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından az olduğu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə hüquqularının müdafiəsi üçün vəkil təyin olunması, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayətinin tərkib əlamətlərinin olması şübhəsi yaradır. Hesab edirəm ki, Şəxs əməliyyat-axtarış tədbirinin gedişində saxlanıldığı və baş təhqiqatçı həmin əməliyyat tədbirinin keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun tərkibində olduğu halda Şəxs üstünün həmin yerdə yoxlanılmaması, ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı fasiləsiz videoçəkilişi aparılmaması həqiqəti əks etdirmir və iş materialları ilə ziddiyət təşkil edir. Ona görə də, qeyd olunan protokol və əlavə edilmiş sənədlər geri qaytarılaraq Şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı araşdırma aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəyə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85 və 109.1.6-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 29 may 2025ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon Polis şöbəsinin Boradigah polis bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1372/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1372/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver