Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1373/2025 29.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə. xx.xx.1974-cü ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(050)-1034/2020 saylı icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz ) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(050)-1034/2020 saylı icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz ) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin borclu barəsində 2020-ci ildə inzibati qaydada protokol tərtib edilmiş və o, həmin vaxt 300 manat ödəniş etdiyindən iş üzrə icraata xitam verilmişdir. Sonradan borclu ödəniş etmədiyi üçün 2021-ci ildə barəsində inzibati qaydada protokol tərtib edilmiş və o, məhkəmə qərarı ilə 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Daha sonra borclu yenidən yaranmış borcunu ödəmədiyi üçün 2023-cü ildə barəsində inzibati qaydada protokol tərtib edilmiş və o, məhkəmə qərarı ilə 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclu həbsdən çıxdıqdan sonra borcunun ödənilməsi ilə bağlı onunla əlaqə saxlanılmış borclu xəstə olduğunu bildirmişdir. Daha sonra borclu ilə əlaqə yaradılmasına cəhd olunmuş olsada mümkün olmamışdır. Bu səbəbdən də borclu barəsində axtarış elan edilmişdir. Borclu polis əməkdaşları tərəfindən tutularaq bu gün icra şöbəsinə təqdim olunmuş və barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə verilmişdir. Hazırda borclunun aliment öhdəliyi üzrə 8550 manat ödənilməmiş borcu vardır. Tələbkar borcludan borcunun ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, həyat yoldaşı öldükdən sonra uşaqları qaynanasının himayəsinə verilmişdir, oda müvafiq qaydada aliment ödəmişdir. Qaynanası öldükdən sonra isə onun xəbəri olmadan uşaqları qeyri-qanuni olaraq qaynatasının himayəsinə verilmişdir. Halbuki qanunla uşaqları onun himayəsinə verilməli idi. Ona uşaqları ilə görüşməyə icazə vermirlər. Uşaqları təsir altında saxlayırlar. Tələbkarın evində xəstə qızı vardır. Alimentini xəstə olduğu üçün ödəyə bilməmişdir. Bununla bağlı icra məmurunada məlumat vermişdir. Artıq iki aydır ki, işləməyə başlamışdır. Rəsmi heç bir yerdə işləmir, iş yeri yoxdur. Fəhləlik edərək qazanc əldə edir. Hazırda yaranmış borcundan 400 manat ödəyə biləcəkdir. Həmin məbləğidə borc etmişdir. Qalan borcunudan bundan sonra işləyib ödəyəcəkdir. Hazırda bir əli şikəstdir. Lakin rəsmi olaraq heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmədən onun nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 3(050)-580/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 3(050)-1333/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilmişdir. Müəyyən edilir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 29 may 2025-ci il tarixdən, saat 12:35-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1373/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1373/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver