Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1374/2025 30.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, yetkinlik yaşına çatmayan uşağı olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında ******* nömrəli, 30 may 2025-ci il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən Şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq müxtəli bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Vasif Ağazadə tərəfindən 27 may 2025-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X2 tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Masallı rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 09 may 2025-ci il tarixdə 102 xidmətinə zəng edərək, əri Şəxs tərəfindən döyülməsi və bıçaqla hədələnməsi barədə məlumat vermiş və 09 may 2025-ci il tarixdə Masallı rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin Masallı rayonu, Meşəkənarı kəndində yaşayan Zərərçəkmiş şəxs2 14 may 2025-ci il tarixdə Masallı rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, 10 may 2025-ci il tarixdə saat 07 radələrində tanışı Şəxs onu vuraraq xəsarət yetirməsini göstərmişdir. Aparılmış araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, 09 may 2025-ci il tarixdə saat 22 radələrində Masallı rayonu, Təzə Alvadı kənd ərazisində Şəxs övladı X6 ilə aralarında baş verən şəxsi münasibətlər zəmnində münaqişə zamanı sonuncunu qəsdən vuraraq sağ dirsək çuxuru nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığla zərərvurmayan xəsarət yetirmişdir. Həmçinin, 10 may 2025-ci il tarixdə saat 07 radələrində Masallı rayonu, Təzə Alvadı kənd ərazisində Şəxs tanışı Zərərçəkmiş şəxs2 ilə aralarında baş verən şəxsi münasibətlər zəmnində münaqişə zamanı sonuncunu qəsdən vuraraq sol əlin İİ barmağının dırnaq falanqasının nahiyəsinin ocuv hissəsi kəsilmiş yarası ilə nəticələnən sağlamlığla zərərvurmayan xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, o, 09 may 2025-ci il tarixdə saat 22:00 radələrində evə gəldiyi zaman Zərərçəkmiş şəxs2 onun evindən çıxmasını görüb ondan onun evinə hansı səbəbdən gəlməsini soruşmuşdur. Ataxan isə Zərərçəkmiş şəxs1 (Şəxs yoldaşı) maşında pulu qaldığı üçün pulu gətirdiyini bildirmişdir. O, Ataxanı evə dəvət etsə də, sonuncu tez bir şəkildə maşına minib çıxıb getmişdir. Evə keçdikdən sonra övladı Fəridə Nəsirovadan həmin şəxsin evə hansı səbəbdən gəlməsini soruşmuş, qızı isə Ataxanın mobil telefonunun evdə qaldığını, onu götürmək məqsədilə gəldiyini bildirmişdir. Həmin an özündən çıxdığı üçün yoldaşı Zərərçəkmiş şəxs1 ilə mübahisə etmiş, əsəbi olduğu üçün onu vurmuş ola bilər, lakin həmin hadisəni dəqiq xatırlamır. Növbəti günü səhəri isə evdən mətbəx bıçaqını götürərək Masallı rayonu, Təzə Alvadı kəndinin əsas yolunda Ataxanı gözləmişdir. Zərərçəkmiş şəxs2 kənddə olan fəhlələri “Qazel” markalı avtomobil ilə daşıdığı üçün həmin yoldan keçəcəyini bilmişdir. Ona əli ilə işarə vermiş, Atxan Mirzəyev maşını saxlamış, maşından ona enməsini xahiş etmiş, endikdən sonra həmin məsələni aydınlaşdırmaq üçün ona təkrar evinə hansı səbəblə gəlməsini soruşmuş, həmin vaxt arxa cibində olan bıçağı çıxardın Ataxanı vurmaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs2 bıçağın uc hissəsindən tutaraq onun qolunu qatlayıb əlindən bıçağı almı və həmin vaxt Ataxanın barmağı kəsilmişdir. Ataxan onu boğaz nahiyəsindən tutaraq sıxmışdır. Həmin vaxt ərazidən kədçilər piyada işə getmişlər və təxminən 5-6 nəfər adam olmuşdur.Ətrafda olan insanlar onun xəstə olduğunu bildirərək onu buraxmasını demişlər. Ondan sonra Ataxan onu buraxmış və maşına minib hadisə yerindən uzaqlaşmışdır. Onun fikri arvadını və Ataxanı öldürmək olmuşdur, hazırda da, həmin fikirdədir. Məhkəmədən qanuna müvafiq qərarın çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Şəxs onun həyat yoldaşıdır, onunla düşmənçilik və ədavəti yoxdur. 09 may 2025-ci il tarixdə saat 21:00- 22:00 radələrində övladı Fəridə Nəsirovanın telefonunu düzəltmək üçün Zərərçəkmiş şəxs2 30 manat məbləğində pul gətirmişdir. Lakin yoldaşı evə gəldiyində qızı Fəridə Nəsirovanın dediklərini düzgün başa düşməmiş, nəticədə onunla mübahisə etmiş, onu vurmuş, evdə dava-qırğın olmuşdur. Vüsalın bacısı gəlmiş, lakin onu sakitləşdirə bilməmişdir. Növbəti günün səhəri Vüsal mətbəx bıçağını qızının yanında itiləyib, onu öldürəcəyi ilə hədələmiş, həmçinin onun üstünə bıçaq çəkmişdir. Lakin övladı Fəridə Nəsirova onun qarşısını almış, ondan sonra övladları ilə evi tərk etmiş, bıçaqla Ataxanı öldürməyə gedəcəyini demişdir. Sonradan tanış adamlar ona, Vüsalın Ataxana bıçaq çəkdiyi barədə məlumat vermişlər. Barışmaq üçün ərizə verə bilər, nikahın pozulması ilə bağlı Məhkəməyə müraciət etmişdir. Ona görə də, barəsində qanuna müvafiq qərarın çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, Şəxs onun tanışıdır, onunla düşmənçilik və ədavəti yoxdur. Hadisədən əvvəl 09 may 2025-ci il tarixdə saat 16:00 radələrində Elmiranın qızı Fəridə Nəsirova ona zəng etmişdir. Zərərçəkmiş şəxs1 ilə bir yerdə işlədiyi üçün onun qızı Fəridəni tanıyır. Fəridə telefonun ekranının sındırdığını və düzəltmək üçün 30 manat məbləğində pula ehtiyacı olduğunu bildirmişdir. Həmin gün saat 17:40 radələrində onların evinin yanından keçəndə pulu verib evlərindən çıxarkən Şəxsla qarşılaşmışdır. Vüsal ondan nə üçün evə gəldiyini soruşmuş, o isə uşağın telefonunun ekranı qırıldığı üçün 30 manat pul verdiyini deyərək çıxıb getmişdir. Növbəti gün səhər 08:20 radələrində Vüsalı Masallı rayonu, Təzəkənd kəndinin əsas yolunda görmüş, ona işarə vermiş, maşını kənarda saxlamış və enmişdir. Vüsal onun yaxınlaşmasına 5 metr məsafə qalmış əlini sol arxa cibinə aparıb bıçaq çıxartmışdır. Vüsal təkrar ondan evə nə səbəblə gəldiyini soruşmuş və onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, Vüsala çatanda bıçağı hərəkət edirərək onun sol tərəfindən vurmaq istəmişdir. Bu zaman o, bıçağın kəsici hissəsindən sol əli ilə tutmuş və sağ əli ilə qolunu buraraq bıçağı əlindən almışdır. Sonra isə Vüsalı boğazdan tutmuş, Vüsal isə boğazında mil olduğunu deyərək buraxmasını demişidr. Ona görə də. Vüsalın boğazından buraxaraq onu sinəsindən itələmişdir. Bıçağı özü ilə aparmış və hadisə yerindən dərhal uzaqlaşmışdır. Hadisə vaxtı yoldan bir “Mercedes” marlkalı avtomobil keçmişdir, başqa şəxslərin olmasına fikir ferməmişdir. Vüsal ilə hər-hansı ədavəti yoxdur. Ona görə də, barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 14 may 2025-ci il tarixli 350 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs2 sol əlin İİ barmağının dırnaq falanqası nahiyəsinin ovuc hissəsinin kəsilmiş səthi yarası müəyyən olundu, müəyyən olunan xəsarət kəsiçi əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 10 may 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 14 may 2025-ci il tarixli 354 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs1 hər-hansı bir xəsarət aşkar olunmadı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 14 may 2025-ci il tarixli 354 nömrəli rəyindən görünür ki, vət.X3 dirsək çuxuru nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 09 may 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından həmin maddə ilə inzibai qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan MN seriyalı ******* nömrəli, 30 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon Polis şöbəsinə qaytarılmalıdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 84.1-ci maddəsinin tələbinə müvafiq olaraq araşdırılmış sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün kifayət deyildir və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olması onun özünün, yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, inzibati işin materiallarında olan digər sübutlarla sübuta yetirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs 10 may 2025-ci il tarixdə saat 08:20 radələrində Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən magistral yolda insanların sıx hərəkət etdiyi və ətrafda sıx məskunlaşdığı yaşayış sahəsi və ictimai yer olmasına əhəmiyyət vermədən ətrafdan keçən şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamışdır. Ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı şəxslərin gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 zor tətbiq etmək hədəsi ilə vurmaq istəmişdir. Sonuncu onun qanunazidd davranışının qarşısını alarkən bıçaq Zərərçəkmiş şəxs2 əlini kəsmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlar Şəxs əməlində inzibati xəta tərkibinin yox, xuliqanlıq cinayətinin tərkib hissəsinin olmasını ehtiva edir. Lakin təhqiqat orqanı bunula bağlı ətraflı araşdırma aparmalı, iş üzrə hadisəni görən şahidlər müəyyən olunaraq dindirilməli və iş üzrə zəruri olan digər araşdırmalar aparılmalıdır. Bundan başqa təhqiqat orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığı əsası ilə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarına əsasən əməldə cinayət tərkibinin olmaması hadisənin olmasını ehtiva edir, lakin qərarda hansı cinayət hadisəsinin olması da, öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanliq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanliq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3-cü maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.7-ci maddəsinə əsasən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 85-ci maddəyə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85 və 109.1.6-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 30 may 2025ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1374/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1374/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver