Məhkəmə qərarları › İş №3(050)-1375/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1375/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1375/2025 10.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclasa katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, X1nun iştirakı ilə X2 Bakı şəhər X8 İdarəsinin polis kapitanı Kənan Müzəffərli tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək TP seriyalı ******* nömrəli, 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək göstərdi ki, 13 may 2025-ci il tarixdə, saat 17:54 radələrində “Mercedes Benz E220 CDİ” minik markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobil ilə ünvan 1 ünvanda svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Lakin o, həmin qərarla razı deyildir. Ona görə ki, o işıqforun qırmızı işığını keçməmişdir. Yolun hərəkət hissəsində tıxac yarandığı üçün digər avtomobillə yanaşı onun idarə etdiyi avtomobil ilə birgə dayanmışlar. O, heç bir inzibati xətanı törətmədiyi halda X8 əməkdaşı özünü onun idarə etdiyi avtomobilin üzərinə atmış və saxla işarəsini vermişdir. Bakı şəhər X9 İdarəsinin əməkdaşı X3 ona qarşı haqsızlıq edərək ona cərimə yazmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Baş X9 İdarəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər X8 İdarəsinin polis kapitanı Kənan Müzəffərli tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 13 may 2025-ci il tarixdə, saat 17:54 radələrində “Mercedes Benz E 220 CDİ” minik markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 ünvan 1 ünvanında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi görə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinin İİİ hissəsinin 5-ci bəndinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara mane yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. X4 qırmızı rəngli işığda yolu keçməməsini və svetoforun siqnalları qaydasını pozmadığını iddia etsə də, məhkəmə iclasında qərardan şikayət verən şəxsin iştirakı ilə baxış keçirilmiş videogörüntüdən görünür ki, svetoforun qadağanedici işarəsi verilərkən, yəni qırmızı rəngli işığın yanması hərəkəti qadağan etdiyi halda “Mercedes Benz E 220 CDİ” minik markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü kəsişən yolun hərəkət hissəsi qarşısında dayanmalı olduğu halda hərəkətini davam etdirmişdir. Ona görə də, Bakı şəhər X8 İdarəsinin polis kapitanı Kənan Müzəffərli tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X1 TP seriyalı ******* nömrəli, 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan 30 may 2025-ci il tarixdə məhkəməyə şikayət etdiyindən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər X8 İdarəsinin polis kapitanı Kənan Müzəffərli tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar