Məhkəmə qərarları › İş №3(050)-1383/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1383/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1383/2023 12.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Zərərçəkmiş şəxs X3 iştirakları ilə 08 avqust 1996-cı ildə Masallı rayonu, Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs 26 iyul 2023-ci il tarixdə, saat 10:00 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Təzə bazar”ın qarşısında X4 məxsus “Mercedes” 190 markalı **- VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön kapot hissəsinə yumruqla vuraraq ona 120 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Eyni zamanda işə baxılmasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 62.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. “Mercedes” 190 markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtşmaşını etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 10:00 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Təzə bazar”ın qarşısında avtomobil ilə dayandığı zaman onun avtomobilindən qarşıda dayanan “Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili arxaya idarə etməsini görmüş, həmin avtomobil yaxın məsafədə olduğu üçün əli ilə həmin avtomobilin arxa hissəsinə yavaş vuraraq avtomobilini saxlamasını istəmiş, həmin vaxt avtomobilin sürücüsü sonradan adı ona məlum olan Şəxs avtomobildən yerə düşərək, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şəxs onu söyüb təhqir edərək yumruğu ilə onun avtomobilinin qabaq kapot hisəsinə vurmuşdur. Şəxs onun avtomobilinin kapotuna qəsdən yumruqla vurması nəticəsində ona 120 manat maddi ziyan vurmuşdur. Hal-hazıradək həmin ziyan ona ödənilməmiş və Şəxsla da barışmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində ağır tənbeh tətbiq edilməsini və ona dəymiş ziyanın alınıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə olunmuş Masallı RPŞ-nin TB-nın təhqiqatçısı, polis kapitanı X2 05 avqust 2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində toplanılmış material üzrə cinayət işi başlanılmasının cinayət tərkibi olmadığına görə rədd edilməsi, Masallı rayonu, Şərəfə kəndində yaşayan Eldar Quliyevə məxsus “Mercedes” 190 markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin kapotuna qəsdən yumruqla vurması nəticəsində ona 120 manat maddi ziyan vurmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barəsində inzibati tədbir görülməsindən ötrü qərarın surətinin Masallı RPŞ-nın X1 göndərilməsi qərar alınmışdır. İşə əlavə olunmuş Masallı şəhəri "xxxx" MMC-nin 05 avqust 2023-cü il tarix, 0118 saylı arayışdan görünür ki, Mercedes markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 120 manat ziyan dəymişdir (qabaq kapotun bərpası 30 manat, rənglənməsi 90 manat). Məhkəmə zərərçəkmiş şəxsi dinləyib, inzibati xəta haqqında 19 avqust 2023-cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasına əsasən vurulmuş ziyanın bir misli məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini, eyni zamanda vurduğu ziyana görə 120 manat tutularaq zərərçəkmiş şəxsə verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vurmuş olduğu zərərin bir misli məbləğində, yəni 120 (bir yüz iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs vurduğu ziyana görə 120 (bir yüz iyirmi) manat məbləğində pul alınaraq X4 verilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar