Məhkəmə qərarları › İş №3(050)-1385/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1385/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1385/2023 28.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Reyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin Boradigah PB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Masallı rayonu, Türkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində həmkəndlisi Zərərçəkmiş şəxs söyüşlər söyməklə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin Boradigah PB-nin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yaşayan Canıyev X1 PB-yə müraciət edərək ona məxsus “VAZ 21011” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilinin həmkədlisi Şəxs sürmək üçün aldığını, avtomaşını sürüb avtoqəza törətdiyini və avtomaşını əzib yararsız hala saldığı barədə bildirmişdir. Zərərçəkmiş şəxs müracəti əsasında Boradigah PB-nin əməkdaşları Masallı rayonu, Türkoba kənd sakini Şəxs yaşadığı kənddə olmuş, daxil olmuş müraciət əsasında Şəxs Boradigah PB-yə dəvət etmişlər. Buna baxmayaraq, Şəxs uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyməyə başlamış, polis əməkdaşları onu nizam-intizama dəvət edərək bu hərəkətlərinə son qoymağı tələb etsələr də, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərinə davam etmişdir. Buna görə Şəxs xidməti avtomobillə Boradigah PB-yə gətirilmiş, bu səbəbdən də barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışı və həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək avtoqəza törətmiş, Zərərçəkmiş şəxs şikayət etdiyinə görə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Baş vermiş hadisəyə görə əsəbiləşdiyindən Zərərçəkmiş şəxs ünvanına söyüş söymüş, polis əməkdaşları yaxınlaşaraq onu intizama dəvət etsələr də, hüquqazidd hərəkətlərinə davam etdiyindən onu Masallı Boradigah PB-yə gətirmişlər. Barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Sonda Şəxs qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 27 avqust 2023-cü il tarixdə həmkəndlisi Şəxs ona məxsus “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşınla avtoqəza törətdiyinə görə qardşı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Qardaşının müraciəti əsasında Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları hadisə baş verən yerə gəlmişlər. Hadisə yerində Şəxs əsəbiləşib onunla mübahisə etmiş, onu söyüb təhqir etmiş, polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək hüquqa zidd hərəkətlərini davam etdiryindən onu Bordagiah PB-yə aparıb, barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Hazırda Şəxsla barışdığını, onsa qarşı şikayət və tələbinin olmadığını bildirib barədində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin Boradigah PB-nin sahə rəisi X4 tərəfindən xx.xx.2023-cü il tarixli, seriya MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri, özünün etirafı ilə yanaşı, protokolu tərtib etmiş şəxin və zərərçəkmiş şəxs izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran hal yoxdur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Cəfərov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar