Məhkəmə qərarları › İş №3(050)-1392/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1392/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1392/2025 20.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X13 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirkları ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional ərazi şöbəsi tərəfindən barəsində qəbul edilmiş 17 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Republikası X10 Xidmətinin X3 rəis müavini Nümayəndə Mustafa oğlu tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Republikası X10 Xidmətinin X3 rəis müavini Nümayəndə Mustafa oğlu tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1250 (min iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, guya onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin tələbləri pozularaq işçilərə müəyyən edilmiş minimum əmək haqqından az əmək haqqı verilmişdir. Qəbul edilən qərarla razı deyil və hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bildirmək istəyir ki, o, artıq uzun müddətdir ki, göstərilən sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Sistemdə onun işçiləri kimi qeyd edilən və əmək haqları müəyyən olunmuş mimnimum məbləğdən az göstərilmiş şəxslər hal-hazırda onunla çalışmırlar. Sadəcə olaraq başı qarışıq olduğu üçün və bu işlərlə məşğul olan əməkdaş vəfat etdiyi üçün onlarla imzalanmış əmək müqavilələrinə xitam verilməmişdir. Lakin inzibati xəta haqqında qərarı qəbul etmiş vəzifəli şəxs bu halları araşdırmadan, guya apardıqları təhlillər əsasında belə bir nəticəyə gəlmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bildirmək istəyir ki, iş üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən bir çox pozuntulara yol verilmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində ona məlumat verilməmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokol ehtimal olunan inzibati xətanın aşkar edilməsindən uzun müddət sonra tərtib edilmişdir. X2 məhkəmə iclasında bildirdi ki, bu qurum birinci dəfə haqsız olaraq ona cərimə yazmışdır. Çünki həmin vaxt qrumun əməkdaşları onunla əlaqə saxladıqları zaman xəstə olduğunu, gəlib gedə bilmədiyini bildirmiş, lakin bunun nəzərə almamışlar. İkinci dəfə isə qərəzli şəkildə, niyə qərəzli çünki 2020-ci ildə Bakı şəhərində dükan açmışdır. Dükanı açdıqdan bir ay sonra ölkə ərazisində pandemiya ilə əlaqədar karantin elan olunmuşdur. Həmin vaxt işçilərin işə gedib gələmələri üçün portal forması yaradılmış və həmin işçilərlə müqavilə bağlanılmışdır. Bir il onları işləməyə qoymamışlar. O, mühasibə həmin işçilərlə olan müqaviləyə xitam verilməsini bildirmişdir. Çünki müflis olmuşlar, dükanı bağlamışlar, VÖENİ-nin fəaliyyətinidə Vergilər Nazirliyində dayandırmışlar. Mühasibi ölmüşdür. 4 il ərzində həmin mühasib bu işçilərin əmək müqavilələrinə nəyəsə görə xitam verə bilməmişdir. 4 ildən sonra məlumatı olur ki, ona 1000 manat cərimə yazılmışdır. O, qrumun əməkdaşları danışıqlar apardığı zaman qrumun əməkdaşları onun səhhətini nəzərə almayıb ikinci dəfə ona cərimə yazmışlar. 4 il ərzində qrumun əməkdaşları nə ona zəng vurmuşlar, nə əmək müqaviləsinin olması barədə ona məlumat verməmişlər. Həmin işçilərin biri hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Həmin şəxslər hazırda onu yolda görsələr belə tanımazlar, bu adamlar onun işçisi deyillər, onun obyekti bağlanmışdır, müflis olmuşdur, VÖEN-i dayandırılmışdır. 4 il ərzində ölkə Prezidenti tərəfindən iki dəfə minimum əmək haqqı qaldırılmışdır. Yadlarına düşməyib. Xəstə olmuş başında şiş olmuş, bununla bağlı müəyyən prosedurlardan keçmiş dərmanlar qəbul etmişdir. Həmin vaxt qrumun əməkdaları ona zəng vurmuşlar 4 dəfə ona zəng vurmuşlar o, həmin əməkdaşlarla aqresiv danışmış, gələ bilmədiyini bildirmişdir. Çox gumanki qrumun əməkdaşları onun danışıq tonundan xoşları gəlməyib onu cərimələmişlər. Sonuncu cərimə ona yazılmazdan əvvəl ona dəvət məktubu göndərilmişdir. Lakin məktub ona gec çatmışdır. Məktubda yazılmış saatdan 4 saat sonra ona çatmışdır. Səhəri gün ona bir başqa məktub gəlmişdir ki, artq 10 gün öncə ona protokol tərtib olunmuş və ona cərimə yazılmışdır. Qeyd olunan tarixdə ora getmiş olsaydı belə bir şey dəyişməzdi. Məhkəmədən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Əmək və Məşğulluq alt sistemi yaradılmışdır. Bununda əsas məqsədi əmək müqavilələrinin həmin o elektron informasiya sisteminə qeydiyyata alınmasından ibarətdir. Əvvəllər əmək müqaviləsi kağız üzərində bağlananda tərəflər onu imzaladıqdan sonra qüvvəyə minirdi. Dəyişiklik edildikdən sonra isə artıq işə götürən elektron imzaya sahib olur və elektron imza vasitəsi ilə kağız üzərində bağlanmış müqaviləni elektron informasiya sisteminə daxil edib və daxil edildiyi gündən həmin işə götürən elektron qaydada məlumat daxil olduqda həmi əmək müqaviləsi qüvvəyə minmiş sayılır. Son dəyişiklikdən artıq elektron sənəd formasında əmək müqaviləsi qüvvəyə minmişdir. Artıq burda hər ikisi, istər işə götürən istər işçinində asan imzası, gücləndirilmiş elektron imzaya sahib olmalıdır ki, həmin əmək müqaviləsi imzalandıqdan sonra qüvvəyə minsin. Yəni sahibkar işə götürən əmək müqaviləsi ilə bağlı məlumatları elektron informasiya sisteminə daxil edib onu həmin sistem üzərindən işçinin elektron kabinetinə göndərir və işçidə həmin əmək müqaviləsi ilə bağlı məlumatlarla tanış olur, məlumatlarla tanış olduqdan sonra özünə məxsus olan ASAN imza və yaxudda SİMA üzərində təsdiq olunmuş imza vasitəsi ilə həmin məlumatları təsdiq edir və işə göndərənə göndərir. İşə götürəndə onu təsdiq etdikdən sonra həmin məlumatlar, yəni əmək müqaviləsi qüvvəyə minmiş sayılır. 2020-ci ildə işə götürən X7 4 işçi ilə əmək müqaviləsi bağlamışdır. Həmin müqaviləsi elektron informasiya sisteminə özünə məxsus gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmişdir. O vaxtı həmin işçilərin əsas iş yeri olub və tam iş vaxtı ilə 250 manat əmək haqqı göstərilmişdir. 2023-cü ilin yanvar ayının 1-də ölkə prezidentinin fərmanı ilə əmək haqqı 345 manat çatdırılmışdır. Aaparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki, bir sıra işə götürənlər 2024-cü ilin sentyabr ayının 3-də xəbərdarlıq məktubu göndərmişlər və məhtubda onlara izah olunmuşdur ki, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamı ilə 2023-cü ilin yanvar ayının birindən respublika üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Həmçinin Əmək Məcəlləsinin 155ci maddəsində göstərilmişdir ki, aylıq iş normasında işləyən işçi əsas iş yerində çalışırsa onun əmək haqqısı minimum əmək haqqından aşağı ola bilməz və eyni zamanda ona bununla bağlı məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur ki, əgər bu xəta aradan qaldırılmazsa İXM-nin 193.2.3-cü maddəsi səbəb olacaqdır. Burdada yazılmışdır ki, müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqının verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə edilir. Eləcədə qeyd olunur ki, qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq 10 iş günü müddətində xətanı aradan qaldırsın və bununlada bağlı X6 xidmətinin Lənkəran-Astara şöbəsinə məlumat verilsin və həmdə aşağıda qeyd olunmuşdur ki, uyğunsuzluq aradan qaldırılmadıqda və tələb olunan məlumatlar təqdim edilmədikdə məsuliyyətə cəlb olunmaqla bağlı müvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda elektron informasiya sistemində həmin işçilərin məlumatlarıda ona göndərilmişdir. Göndərildikdən 1 aydan çox vaxt keçdikdən sonra yenidən sistemə baxılmış və sistemdə heç bir uyğunsuzluq olmamışdır. Bundan əlavədə onunla dəfələrlə əməkdaşları tərəfindən də telefonla əlaqə saxlanılmış qanunvericiliyin tələbləri izah olunmuşdur. Yenidən həmin elektron informasiya sisteminə baxış keçirilən zaman məlum olmuşdur ki, sistemdə heç bir dəyişiklik olmayıb, işçilər yerində əmək müqaviləsidə 250 manatdır. Bununla bağlı olaraq protokola dəvət göndərilmiş protokolun vaxtı və yeri barədə məlumatı olmuş, yəni xəbərnaməli poçt vasitəsi ilə çatdırılmış, eyni zamanda ƏMAS üzərində də onun şəxsi kabinetinə məlumatlar göndərilmiş, gələ bilmədiyi halda ZOOM platforması əsasında ZOOM linkidə ona göndərilmişdir ki, bir başa video konfrans vasitəsi ilə qoşula bilər. xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş protokolun vaxtı isə təyin olunmuş xx.xx.2025-ci il tarixə. Demək bir aya yaxın ona yenidən müddət verilmişdir ki, protokola qədər bu xəta aradan qaldırılsın. Bildirişdədə bu məlumatlar ona çatdırılmış, aydınlıq gətirilmişdir. Poçt xəbərnaməsidə vardır ki, göndərilmiş bildirişi xx.xx.2025-ci il tarixdə almışdır. Gəlmədiyinə, vəsatət vermədiyinə görə protokol tərtib olunmuşdur. Ondan sonra həmin protokol və qərar poçt vasitəsi ilə onun ünvanına göndərilmiş, həmin ünvanada çatdırılmışdır. Ondan sonrada vəsatət və yaxud hər hansı bir məlumat daxil olmadığından onun iştirakı olmadan, yenə həmin bildirişdə ona zoom linki vasitəsi ilə daxil olması üçün link göndərilmişdir, video konfrans vasitəsi ilə qoşulmaq üçün şəxsi kabinetinə. Gəlmədiyindən şöbə tərəfindən onun iştirakı olmadan baxılmışdır. Artıq bundan əvvəldə eyni xətalar üzrə, yəni İXM-nin 9-cu maddəsinə əsasən, həmin maddədə göstərilir ki, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin bu halda artıq bu uzanan inzibati xəta olduğuna görə, xəta davam edir 400 manat əmək haqqı olduğu haldada 200 manat və 350 manat əmək haqqı sistemdə qalmışdır. Ona görədə artıq orda yumuşaldıcı hal kimi qərar qəbul deyil, 1000 manatdan 1500 manatadək cərimə olduğuna görə orta bir rəqəm seçib 1250 manat cərimə tətbiq edilmişdir. Həmin qərarda ona xəbərnaməli poçt vasitəsi ilə göndərilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra könüllü ödəmədiyinə görə məcburi icra üçün Masallı rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Masallı rayon icra və probasiya şöbəsi həmin qərarı icraata qəbul etmişdir. Məhkəmədən qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə işə götürən Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci və 3-cü hissələrinin tələbləri pozularaq işçilərə dövlətin müəyyən etdiyi minimum əmək haqqı məbləğindən aşağı məbləğdə əmək haqqı ödənildiyi əsasına görə X10 Xidməti Lənkəran- Astara regional ərazi şöbəsinin baş əmək müfəttişi X5 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. İş materiallarında olan 17 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 1 və 3-cü hissələrinin təəblərini pozaraq işçilərə dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı əmək haqqı ödədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin pozduğuna görə 1250 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində qeyd edilmişdir ki, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsində qeyd edilmişdir ki, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Eyni Məcəllənin 42-ci maddəsində qeyd edilmişdir ki, Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 44-cü maddəsində qeyd edilmişdir ki, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, 17 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. Odur ki, həmin qərar qanuni və əsaslı hesab olunmaqla qüvvədə saxlanılmalı və şikayət təmin edilməməlidir. Bu səbəbdən göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Masallı regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 17 aprel 2025ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar