Məhkəmə qərarları › İş №3(050)-1395/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1395/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1395/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X17, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı icra sənədinə əsasən X5 hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək uşaqları xx.xx.2016-cı ildə doğulmuş X12 və xx.xx.2017-ci ildə doğulmuş X18 ilə ünsiyyətdə olmasına icazə verilməlidir. Bundan başqa Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X2 Rəsmiyə Nüsrət qızınan alınaraq anaları X6 verilməlidir. Borclu Şəxs hər iki icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən tam olaraq yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X20 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı və xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədləri Masallı Rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, dəfələrlə borclulara uşaqların anaları ilə ünsiyyətdə olmalarına şərait yaratması, uşaqların anaları ilə yəni tələbkar İlahə Niftiyevaya verilməsi barədə icra sənədlərinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu Şəxs heç bir üzürlü səbəb olmadan bilərəkdən uşaqların anaları ilə ünsiyyət saxlamalarına maneçilik törətmiş, uşaqlara psixoloji təsir göstərmiş, uşaqları icra şöbəsinə gətirməkdən imtina etdiyinə görə hər iki icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Tərəflərin bir neçə dəfə icra sənədi ilə bağlı İcra və Probasiya şöbəsində görüşləri keçirilmiş, həmin vaxt borclular qarşı tərəflər mübahisə yaratdıqlarından icra baş tutmamışdır. Bu hal isə dəfələrə təkrar olunmaqla məhkəmə qərarları icrasız qalmışdır. X1 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək uşaqlarının ona qaytarılmasını tələb etmişdir. Qeyd edilən səbəblərdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, tələbkar 5 il öncə otağında əmisi tərəfindən yad kişi ilə tutulmuşdur. Uşaqlarda bunu görmüşdür. Bundan sonra uşaqları atıb getmişdir. Övladının yadigarlarıdır, saxlamışdır. İndi kimsə İlahəni öyrədib ki, əgər uşaqları himayəyə götürsələr aliment verəcəkdir. Ona görə tələb edir ki, “mən uşaqlarımı istəyirəm”. Uşaqlar gözü ilə gördüklərinə görə imtina edirlər. Neçə dəfə icra şöbəsinə dəvət etmişlərsə onlarda getmişlər. Nə vaxtda uşaqları gətir deyiblərsə onlarda gətirmişlər. Uşaqlar barmağını belə uzatmağa qoymurlar icra məmurları özləridə şahid olublar. İcra məmuru Habil müəllim bütün baş verənləri kamerayada çəkmişdir. Yəni uşaqlar analarını özlərinə yaxın buraxmırlar. Sonuncu dəfə isə tələbkar anası ilə birlikdə uşaqların üzərinə hücum çəkmişlər, uşaqlar qışqırmışlar, tələbkar böyük uşağın ayağından tutmuş, tələbkarı anası isə əl atdığı zaman balaca uşağın üzünü cırmaqlamışdır, zorla uşağı almağa çalışmışlar. Həmin vaxt uşaqların babası olan həyat yoldaşının vəziyyəti pisləşmiş və icra şöbəsinə təcili tibbi yardım çağırılmışdır. Bundan sonra uşaqlar xəstələnmişlər, bir neçə kurs uşaqlara müalicə etdirmişdir. Uşaqlar xoşluqla getmək istəyirlərsə o, etiraz etmir, lakin zorla uşaqları özündən ayıra bilməz, zorla olmaz. Hətta uşaqları qaçırmaq üçün adam belə gətirmişdir. Uşaqların atasızlıq pulunu belə tələbkar alıb xərcləyir, uşaqlara vermir, dəfələrlə şikayət etmişdir ki, uşaqların atasızlıq pulunu ödənişini dayandırsınlar, uşaqlar böyüyərlər özləri həmin pulu götürüb xərcləyərlər. Tələbkar kənddə olan evini atıb Bakı şəhərində yaşayır, avtomobil idarə edir. Əxlaqsız bir insana uşaq verərlərmi. Tələbkar hətta onların xəbəri olmadan məktəbə getmişdir, lakin uşaqlar onunla getməyiblər, müəllimlərinə bildiriblər ki, “müəllim qoyma bizi aparsın, bizə elə ana lazım deyil”. Əgər uşaqlar getmək istəsəydilər həmin vaxt getmiş olardılar. Uşaqlar həyətə düşdükləri zaman həyət qapısını açarlayırlar. Uşaqların pixologiyası pozulmuşdur. Hər dəfə çağırıblar gəlmişdir, indidə çağırıblar gəlmişdir. Lakin uşaqlar artıq gəlmirlər. Uşaqlar özləri getmirlər. Hər hansı bir cəza verilməsi ilə razı deyildir. Zərərçəkmiş şəxs (tələbkar) X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı icra sənədindən görünür ki, X5 hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək uşaqları xx.xx.2016-cı ildə doğulmuş X12 və xx.xx.2017-ci ildə doğulmuş X18 ilə ünsiyyətdə olmasına icazə verilməsi müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X3 Minəxan Mirzəxan oğlundan və Şəxs alınaraq anaları X6 verilməlidir. xx.xx.2023-cü il tarixli icraata başalamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə Masallı rayon İcra şöbəsinin icraatında daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başalamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə Masallı rayon İcra şöbəsinin icraatında daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli rəsmi xəbərdarlıq məktublarından görünür ki, borclular Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı icra sənədinin icrasını təmin edilməsi barədə icra məmuru tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra işində olan tərtib edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, borclular X8 və X9 icra sənədinin icrası ilə əlaqədar azyaşlı uşaqları Masallı rayon İcra və Probasiya şöbəsinə gətirmələrinə baxmayaraq X1 ilə mübahisə yaratmaqla icra sənədinin icrasına mane olduqlarına görə icra baş tutumamış, qeyd edilən tarixlərdə icra məmuru tərəfindən akt tərtib edilmişdir. İcra işində olan tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin inzibati binasına xx.xx.2024-cü il tarixdə təyin edilmiş icra işi ilə əlaqədar X1 icra şöbəsinə gəlsə də, lakin borclular X8 və Şəxs əvvəlcədən xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, azyaşlı Elmir və Elmin adı uşaqları şöbəyə gətirmədiklərinə görə icranı təmin etmək mümkün olmamış, icra məmrur tərəfindən akt tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. İcra işində olan tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədinə əsasən X12 və X18 adlı uşaqların anaları X6 qaytarılması məqsədi ilə Masallı rayon İcra və probasiya şöbəsinin inzibati binasına icra təyin edilmiş, uşaqlarla analarına qaytarılması istiqamətində icra məmuru tərəfindən fərdi qaydada söhbətlər aparılmış, lakin bütün profilaktiki söhbətlərə baxmayaraq, Elmir və Elmin adlı uşaqlar anası ilə getməkdən qəti olaraq imtina etdiklərindən, icra məmuru tərəfindən həmin tarixdə akt tərtib edilmişdir. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinin icrasına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh növünün aşağı həddində tənbehin tətbiq edilməsi məqsədəyğun və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X22

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar