Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1396/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ kim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X15, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Masallı rayonu, Tatyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı icra sənədinə əsasən X4 hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək uşaqları xx.xx.2016-cı ildə doğulmuş X11 və xx.xx.2017-ci ildə doğulmuş X16 ilə ünsiyyətdə olmasına icazə verilməlidir. Bundan başqa Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədinə xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü doğulmuş X2 Minaxan Mirzəxan oğlu və X5 alınaraq anaları X6 verilməlidir. Borclu Şəxs hər iki icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən tam olaraq yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X18 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı və xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədləri Masallı Rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, dəfələrlə borclulara uşaqların anaları ilə ünsiyyətdə olmaılarına şərait yaratması, uşaqların anaları ilə yəni tələbkar İlahə Niftiyevaya verilməsi barədə icra sənədlərinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu Şəxs heç bir üzürlü səbəb olmadan bilərəkdən uşaqların anaları ilə ünsiyyət saxlamalarına maneçilik törətmiş, uşaqlara psixoloji təsir göstərmiş, uşaqları icra şöbəsinə gətirməkdən imtina etdiyinə görə hər iki icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Tərəflərin bir neçə dəfə icra sənədi ilə bağlı İcra və Probasiya şöbəsində görüşləri keçirilmiş, həmin vaxt borclular qarşı tərəflər mübahisə yaratdıqlarından icra baş tutmamışdır. Bu hal isə dəfələrə təkrar olunmaqla məhkəmə qərarları icrasız qalmışdır. X1 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək uşaqlarının ona qaytarılmasını tələb etmişdir. Qeyd edilən səbəblərdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı və xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədləri icra sənədlərindən məlumatlıdır. Azyaşlı uşaqlara heç bir təzyiq göstərməmiş, dəfələrlə icra sənədlərinin icrası ilə əlaqədar uşaqları Masallı rayon İcra və Probasiya şöbəsinə gətirmiş, lakin uşaqlar anaları ilə ünsiyyət saxlamaqdan imtina etmişlər. Ona görə ki, anaları xəyanət etmiş, onları ataraq çıxıb getmişdir. Bu səbəbdən uşaqlar anaları ilə üz-üzə gəlməkdən imtina edirlər. Dəfələrlə uşaqları anaları ilə ünsiyyət saxlaması üçün icra şöbəsinə aparmış, uşaqlar analarına getməkdən imtina etdikləri üçün icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Hətta tələbkar bir neçə dəfə uşaqları ondan xəbərsiz məktəbdən götürüb aparmaq istədə də, uşaqlar etiraz edərək tələbkarla getməkdən imtina etmişlər. Bu barədə icra məmuru tərəfindən akt da tərtib edilmişdir. Bu isə onun günahı deyildir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı icra sənədindən görünür ki, X4 hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək uşaqları xx.xx.2016-cı ildə doğulmuş X11 və xx.xx.2017-ci ildə doğulmuş X16 ilə ünsiyyətdə olmasına icazə verilməsi müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü doğulmuş X2 Minaxan Mirzəxan oğlu və X5 alınaraq anaları X6 verilməlidir. xx.xx.2025-ci il tarixli icraata başalamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə Masallı rayon İcra şöbəsinin icraatında daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı və xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli rəsmi xəbərdarlıq məktublarından görünür ki, borclular Şəxs və X7 Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)- 830/2021 saylı icra sənədinin icrasını təmin edilməsi barədə icra məmuru tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İcra işində olan tərtib edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, borclular Şəxs və X9 icra sənədinin icrası ilə əlaqədar azyaşlı uşaqları Masallı rayon İcra və Probasiya şöbəsinə gətirmələrinə baxmayaraq X1 ilə mübahisə yaratmaqla icra sənədinin icrasına mane olduqlarına görə icra baş tutumamış, qeyd edilən tarixlərdə icra məmuru tərəfindən akt tərtib edilmişdir. İcra işində olan tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin inzibati binasına xx.xx.2024-cü il tarixdə təyin edilmiş icra işi ilə əlaqədar X1 icra şöbəsinə gəlsə də, lakin borclular Şəxs və X9 əvvəlcədən xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, azyaşlı Elmir və Elmin adı uşaqları şöbəyə gətirmədiklərinə görə icranı təmin etmək mümkün olmamış, icra məmrur tərəfindən akt tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. İcra işində olan tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-40/2022 saylı icra sənədinə əsasən X11 və X16 adlı uşaqların anaları X6 qaytarılması məqsədi ilə Masallı rayon İcra və probasiya şöbəsinin inzibati binasına icra təyin edilmiş, uşaqlarla analarına qaytarılması istiqamətində icra məmuru tərəfindən fərdi qaydada söhbətlər aparılmış, lakin bütün profilaktiki söhbətlərə baxmayaraq, Elmir və Elmin adlı uşaqlar anası ilə getməkdən qəti olaraq imtina etdiklərindən, icra məmuru tərəfindən həmin tarixdə akt tərtib edilmişdir. İş üzrə sübutların qiymətləndirilməsi: Məhkəmə Şəxs məhkəmə iclası zamanı verdiyi izahatına qiymət verərək qeyd edir ki, o, izahatında keçmiş gəlini X1nın başqa şəxslə ona məxsus evdə görüşdüyünü aşkar etmiş, bu hərəkəti ilə onu kənddə biabır etmişdir. Onun uşaqlarla görüşmək kimi haqqı yoxdur. Uşaqlar analarının xəyanət etməsi səbəbindən anaları ilə qalmaq istəmədiklərini bildirmişdir. Onun izahatından məlum olmuşdur ki, İlahə Niftiyeva 2020-ci il tarixdə başqa şəxsi evə gətirərək xəyanət etmiş, həmin vaxt uşaqların birinin 4, birinin isə 3 yaşı olmuşdur. Qeyd edilməlidir ki, 3 və 4 yaşlı uşaqların əgər elə bir hadisə baş vermiş olsa da, hətta həmin hadisənin şahidi olsalar da belə həmin hadisələri yaddaşında saxlamaları qeyri-mümkün kimi görünür. Hazırda tələbkarın uşaqların analarının xəyanət etdikərinin şahidi olduqlarını və ona görə anası ilə qalmaq istəmədiklərini bildirməsindən məlum olur ki, tələbkar uşaqlara anaları ilə bağlı məlumatları verərək, ona qarşı qıcıq yaratmış və çox güman ki göstərilən səbəbdən də icra probasiya şöbəsində uşaqların alınıb anasına verilməsi üçün keçirilən görüş zamanı uşaqlar anaları ilə getmək istəmədiklərini bildirmişdilər. Bütün bu hallar uşaqlara tələbkar tərəfindən təsir göstərilərək icranın baş tutmasına süni maneələrin yaradılması təsəvvürünü yaratmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-830/2021 saylı və xx.xx.2022-ci il tarixli 2(050)- 40/2022 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs uzun müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməmişdir. Bu isə borclunun öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxsın qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini və yaşını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh növünün aşağı həddində tənbehin tətbiq edilməsi məqsədəyğun və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1396/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1396/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver