Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1397/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol və əlavə edilmiş sənədlər baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Şəxs üzərindən qanunla qadağan edlmiş şəxsi istehlak miqdarından az olaraq narkotik vasitə olan 0,558 qram qurudulmuş marixuananı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin İTBnin polis sahə rəisi, polis kapitanı X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış zamanı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs üzərində şəxsi istehlak miqdarından artıq olmayan 0,83 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktına görə toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə xx.xx.2025-ci il tarixdə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Göstərilən səbəblərdən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ankoloji xəstə olmaqla bədənindəki ağrılar səbəbindən narkotik vasitədən istifadə edir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində olduğu zaman adını bilmədiyi və tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə 15 manata narkotik vasitə olan qurudulmuş marixana almışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Masallı şəhəri, Fizuli küçəsi ərazisində olduğu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, narkotik vasitə istifadə etməsində şübhəli olduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. O, rayon polis şöbəsinə gəldikdən sonra vəkil dəvət edilmiş, video çəkiliş ilə təhqiqatçının otağında üzərində şəxsi axtarış keçirilmiş, baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan narkotik vasitə olan marixuana aşkar olunmuş, bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qunbaşı kəndində tanımadığı şəxsdən 15 manata aldığını demişdir. Təqdim etdiyi şəffaf sellofanda bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,83 qram təşkil etmişdir. Aşkar olunmuş bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokolun doğruluğunu imzalar ilə təsdiq etmişlər. Hazırda əməlindən peşman olduğunu, himayəsində azyaşlı övladının olduğunu, özünün ankoloji xəstə olmasını bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində AR İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir; xx.xx.2025-ci il tarixli. 19/224 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş üzərində "Vət. Şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə...." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1-ədəd bükümdə təmiz çəkisi təmiz çəkisi -0,558 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0,558 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0, 508 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X2 X5 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 241 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs KANNABİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq və onkoloji xəstəliyi olduğu üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Ekspertiza xərcinə dair bildirişin surətindən görünür ki, keçirilmiş məhkəmə bioloji eksperizasının dəyəri 60 (altımış) manat məbləğində olmuşdur. Şəxs əməli özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin məcəllənin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndində qeyd edilmişdir ki, bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilmiş İ siyahıda qurudulmuş mariuxananın xeyli miqdarı 5 qaramdan 50 qrama qədər olan həddə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək, səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X2 X5 Yoxlamanın nəticələrinə dair tərtib edilmiş rəyində Şəxs onkoloji xəstə olması göstərilmişdir. Məhkəmə hesab edir ki, şəxsə tənbeh tətbiq edilərkən onun sağlamlıq vəziyyəti də nəzərə alınmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını, sağlamlıq vəziyyətini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün aşağı həddində tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X2 X5 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək qeyd edir ki, təqsirləndirilən şəxs Şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur, onun barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,508 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,508 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Coşqun Abdullayev.
Məhkəmə qərarları › İş №3(050)-1397/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1397/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver