Məhkəmə qərarları › İş №3(050)-1398/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1398/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1398/2024 02.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, protokol tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X25 Xidməti X10 nümayəndəsi Nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ünvan 1 ünvanında fəaliyyət göstərən Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X25 Xidməti Lənkəran-Astara regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X25 Xidməti Lənkəran-Astara regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında 22 iyun 2024-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi X25 Xidməti Lənkəran regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-175/2-24921/2024 nömrəli göstərişi yerinə yetirməmişdir. Protokol tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X25 Xidməti X10 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Masallı rayonu Boradigah qəsəbəsində yaşayan X6 haqq hesabın ödənilməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X25 Xidməti X11 müraciət etmişdir. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, onunla 2008-ci ildə əmək müqaviləsi bağlanılaraq fəhlə kimi işə qəbul edilmiş və işə götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 01 nömrəli əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. Lakin onun əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı ödənilməmişdir. Odur ki, bununla bağlı Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xx.xx.2024-cü il tarixli 3-17-5/2-24921/2024 nömrəli icrası məcburi göstəriş verilmişdir. Həmin göstərişdə göstərilmişdir ki, X9 çatası son haqq hesabın ödənilməsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 gün müddətində təmin edilsin və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X25 Xidməti X11 məlumat verilsin. Həmçinin verilmiş göstərişdə qeyd edilmişdir ki, göstəriş icra olunmadığı təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyət tədbiri görüləcəkdir. Qeyd edilən göstəriş icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xəbərnaməli poçt vasitəsi ilə göndərilmiş və həmin məktub nümayəndəlik tərəfindən xx.xx.2024-cü il tarixdə alınmışdır. Qeyd edilən müddət ötdükdən sonra və ödəniş təmin olunmadığına görə şikayətçi Ellada Əsədullayeva dəfələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X25 Xidməti X10 əməkdaşları ilə əlaqə saxlayaraq son haqq-hesabın ödənilmədiyini bildirmişdir. Bu səbəbdən şöbə tərəfindən inzibati qaydada məsuliyyət tədbirinin görülməsindən ötrü icra nümayəndəliyinə bildiriş göndərilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi üzrə həm qəsəbə icra nümayəndəliyi və həmdə vəzifəli şəxs barəsində protokol tərtib edilmiş və hüquqi şəxs barəsində qərar qəbul edilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Vəzifəli şəxs isə 1000 manat məbləğində cərimə edilmişdir. Sonda hüquqi məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, X25 Xidməti Lənkəran-Astara regional şöbəsindən ilk dəfə bu məsələ ilə bağlı maraqlandıqları zaman X25 Xidməti X11 bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdə X1 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin abadlıq işçisi kimi işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə isə Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin abadlaşdırma smetasına vəsait ayrılmadığından öz ərizəsi ilə işdən azad olunmuş və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə DOST iş mərkəzində sosial işçi kimi işlə təmin olunmuşdur. X9 2017, 2018, 2019-cu illərdə əmək məzuniyyəti verilmiş və məzunyyət haqqı ona ödənilmişdir. 2007-2016-cı illərdə hər ay əmək haqqını almış, lakin məzuniyyətə buraxılması ilə bağlı aidiyyəti üzrə müraciət etməmişdir. 2019-cu ildə məzuniyyətə buraxılmış qayıtdıqdan sonra 7 gün işləmiş, əmək haqqını almış, ərizəsinə əsasən işdən azad olunmuşdur. İşdən azad olunduqdan sonra istifadə etmədiyi məzuniyyətlə bağlı ərazi nümayəndəliyinə heç bir müraciət etməmişdir. Həmin dövrlərdə abadlaşdırılma xidmətləri haqqının ödənilməsi xərc maddəsi üzrə ayrılan vəsait cari ilin xərcinin ödənilməsi üçün nəzərdə tutulmuşdur. X6 haqq hesab ilə bağlı nümayəndəliyə müraciət etməmişdir. Boradigah qəsəbə İƏDÜ nümayəndə vəzifəsində xx.xx.2005-ci ildən xx.xx.2014-cü ilədək X15, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu ilədək X23 işləmişlər, xx.xx.2019-cu ildən isə hal-hazıra kimi həmin vəzifədə o, işləyir. Boradigah qəsəbə İƏDÜ nümayənin büdcəsinə abadlaşdırma 10.7.1 paraqrafında 222.9-cu maddəsinə əsasən vəsait ayrılacağı təqdirdə ona istifadə etmədiyi məzuniyyət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. DƏMX X10 xx.xx.2024-cü il tarixdə Boradigah qəsəbə İƏDÜN-ə ünvanladığı məktubda göstərilmişdir ki, Ellada Əsədullayevanın əmək müqaviləsinə xitam verilən zaman əmək məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulması halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xataya səbəb olmuşdur. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. E.Əsədullayevanın müraciəti inzibati xətanın törədildiyi gündən 4 ildən çox müddət ötdüyündən və bu xəta uzanan inzibati xəta olmadığından Masallı RİHBnın Boradigah qəsəbə İƏDÜ nümayəndəsi kimi barəsində inzibati tənbeh tədbiri görülməsi qanuna müvaviq sayılmadı. Ondan tələb olunur ki, E.Əsədullayevaya çatası son haq hesabın ödənilməsini təmin edib nəticəsi barədə 30 (otuz) gün müddətində DƏMX-nin X27 şöbəsinə məlumat verəsiniz. Əks təqdirdə barənizdə inzibati xətalar məcəlləsinin 539.1-1ci maddəsinə əsasən inzibati məsuliyyət tədbiri görüləcəkdir. Həmin məktub xx.xx.2024-cü il tarixdə Masallı rayon İHB-nın Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə Masallı rayonu üzrə Maliyyə Şöbəsinin müdiri cənab Azər Abdullayevə 5-66-3/2-105/2024 saylı məktub ünvanlayaraq bildirilmişdir ki, Masallı rayon İHB-nın Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin abadlıq smetasına 2020-ci il xərclər smetasında vəsait ayrılmadığından abadlıq işçiləri öz ərizəsi ilə işdən azad olunub DOST iş mərkəzində sosial işçi kimi işlə təmin olunmuşlar. Abadlıq işçisi X5 Əmək Müfəttişliyi Xidməti X11 2008-2020-ci illərdə məzuniyyət haqqı almaması ilə bağlı müraciət etmişdir. 2008-2016-cı illərdə ona hər ay əmək haqqı ödənilmiş, məzuniyyət əmri verilməmişdir. 2017, 2018, 2019-cu illərdə məzuniyyət əmri verilmiş, son məzuniyyəti 2019-cu ilin dekabr ayında olmuşdur. X9 2008-2016-cı illərdə verilməyən məzuniyyət haqqı ödənilməsi üçün abadlaşdırma 8.2.3 paraqrafı üzrə 222930 maddəsi üzrə vəsait ayrılsın. Daha sonra 14 may 2024-cü il il tarixdə X25 Xidmətinin X11 5-66-3/2-106/2024 saylı məktub ünvanlayaraq X8 müraciəti ilə bağlı ona verilməsi nəzərdə tutulan vəsaitin ayrılması ilə əlaqədar Masallı rayon Maliyyə Şöbəsinə müraciət edildiyini və Maliyyə şobəsi tərəfindən nümayəndəliyin büdcəsinə vəsait ayrılan zaman ona istifadə etmədiyi məzuniyyət haqqının ödənilməsi nəzərdə tutulduğunu bildirmişlər. Lakin xx.xx.2024-cü il tarixdə Masallı rayon Maliyyə Şöbəsindən cavab məktubu daxil olmuşdur ki, cari ildə Boradigah qəsəbə inzibati ərazi dairəsinin xərclər smetasında bu məqsəd üçün vəsait nəzərdə tutulmamışdır. Göründüyü kimi məcburi göstəriş onlara daxil olduqdan sonra hərəkətsiz qalmamışlar, son haqq-hesabın ödənilməsi ilə bağlı müvafiq qaydada addım atmışlar. Lakin Masallı rayon Maliyyə Şöbəsindən müvafiq vəsait ayrılmadığından ödəniş edə bilməmişlər. Sonda protokolun əsassız olduğunu qeyd edərək təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X25 Xidməti X10 xx.xx.2024-cü il tarixli 3-17-5/2-24921/2024 nömrəli göstərişindən görünür ki, (3-17-5/1Ə-14253/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətə dair) ünvan 6 ünvanda yaşayan X4 haqq-hesabının ödənilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X25 Xidmətinin X10 ünvanına daxil olmuş müraciətinə baxılmışdır. Araşdırma ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi üzrə nümayəndəsinin ünvanına təqdim edilmiş xx.xx.2024-cü il tarixli 5-66-3/2- 83/2024 nömrəli məktubuna və məktuba əlavə olunmuş sənədlərə əsasən müəyyən edildi ki, işəgötürənlə X12 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, fəhlə vəzifəsinə qəbul edilmiş və ərizəsini nəzərə alan işəgötürən özünün xx.xx.2020-ci il tarixli 01 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-cu maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam vermişdir. X3 Rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi üzrə nümayəndəliyində işlədiyi dövrdə ona, işəgötürənin xx.xx.2017-ci il tarixli 07 nömrəli əmri ilə 21 təqvim günü, xx.xx.2018-ci il tarixli 11 nömrəli əmri ilə 21 təqvim günü və xx.xx.2019-cü il tarixli nömrəli əmri ilə 21 təqvim gün əmək məzuniyyəti verilmişdir. Lakin işəgötürən E.Əsədullayevanın əmək müqaviləsinə xitam verən zaman ona istifadə etmədiyi məzuniyyət illərinə görə pul əvəzi ödəməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən "Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir". Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, "İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir". E.Əsədullayevanın əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulması halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən "İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər". E.Əsədullayevanın müraciəti inzibati xətanın törədildiyi gündən 4 ildən çox müddət ötdüyündən və bu xəta uzanan inzibati xəta olmadığından Masallı Rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi üzrə nümayəndəsi kimi barənizdə inzibati tənbeh tədbiri görülməsi qanuna müvafiq sayılmadı. Tələb olunur ki, X9 çatası son haqq-hesabın hesablanıb ödənilməsini təmin edib nəticəsi barədə 30 (otuz) gün müddətində X25 Xidmətinin X11 rəsmi məlumat verilsin. Əks təqdirdə barənizdə İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən (əmək və məzuniyyət haqlarının, müavinət və digər ödənişlərin ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) inzibati məsuliyyət tədbiri görüləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında X25 Xidməti X10 05 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 Masallı rayon Maliyyə şöbəsinə ünvanladığı 13 may 2024-cü il tarixli, 5-66-3/2-105/2024 nömrəli məktubdan görünür ki, Masallı rayon İHB-nın Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi məlumat üçün bildirmişdir ki, nümayəndəliyin abadlıq smetasına 2020-ci il xərciər smetasında vəsait ayrılmadığından abadlıq işçiləri öz ərizəsi ilə işdən azad olunub DOST iş mərkəzində sosial işçi kimi işlə təmin olunmuşlar. Abadlıq işçisi X5 Əmək Müfəttişliyi Xidməti X11 2008-2020-ci illərdə məzuniyyət haqqı almaması ilə bağlı müraciət etmişdir. 2008-2016-cı illərdə ona hər ay əmək haqqı ödənilib məzuniyyət əmri verilməmişdir. 2017.2018.2019-cu illərdə məzuniyyət əmri verilmiş, son məzuniyyəti 2019cu ilin dekabr ayında olmuşdur. X9 2008-2016-cı illərdə verilməyən məzuniyyət haqqı ödənilməsi üçün abadlaşdırma paraqrafı 8.2.3 paraqrafı üzrə 222930 maddəsi üzrə (manatla) məzuniyyət haqqı ödənişi-635, məcburi dövlət sığorta haqqları 140, icbari tibbi sığorta 13, işsizlikdən sığorta 3, yekun 791 manat vəsaitin verilməsinə köməklik göstərməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019cu il tarixli, 167 nömrəli Əmrdən görünür ki, "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.7 maddəsini və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.1.8 maddəsini rəhbər tutaraq Nümayəndə2 14 avqust 2019-cu il tarixdən 6 (altı) ay müddətinə stajçı kimi Dövlət qulluğuna və Masallı rayon İcra hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməsi, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X7 Racim Fazil oğlunun staj dövründə kuratoru təyin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 X25 Xidməti X11 ünvanladığı 14 may 2024-cü il tarixli, 5-66-3/2-106/2024 nömrəli məktubdan görünür ki, təşkilatın xx.xx.2024-cü il tarixli 3-17-5/2-24921/2024 nömrəli məktuba cavab olaraq bildirmişdir ki, X8 müraciəti ilə bağlı ona verilməsi nəzərdə tutulan vəsaitin ayrılması ilə əlaqədar Masallı rayon Maliyyə Şöbəsinə müraciət edilmişdir. Maliyyə şöbəsi tərəfindən nümayəndəliyin büdcəsinə vəsait ayrılan zaman ona istifadə etmədiyi məzuniyyət haqqının ödənilməsi nəzərdə tutulduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayonu üzrə Maliyyə şöbəsinin Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə2 ünvanladığı 17 may 2024-cü il tarixli 3-23-44/2-125/2024 nömrəli məktubdan görünür ki, nümayəndəliyin 13 may 2024-cü il tarixli 5-66-3/2-105/2024 saylı məktubuna cavab olaraq bildirirlər ki, cari ildə Boradigah qəsəbə inzibati ərazi dairəsinin xərclər smetasında bu məqsəd üçün vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.0.2-ci mаddəsinə əsаsən inzibаti хətа tərkibi оlmаdıqdа inzibаti хətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə хitаm vеrilməlidir. 114.1.3-cü mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin 2-ci bəndidə əsasən Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 4-cü bəndidə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 143-cü maddəsinin 1-ci bəndidə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarından görünür ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Son haqq hesab - işçinin son iş ayındakı işlədiyi günlərə görə əmək haqqı + istifadə etmədiyi məzuniyyətə görə kompensasiya + əmək müqaviləsinin xitamına görə müvanət + digər öhdəliklər (misal üçün bonus, mükafat və s.) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən

1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

2. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. Göründüyü kimi 113-cü maddə məzuniyyətin verilməsi üçün baza kimi hansı dövrün nəzərə alınmasını açıqlayır. Yəni əmək məzuniyyəti təvqim ilinə görə yox, iş ilinə görə verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.

7. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Bu maddədən aydın olur ki, əmək məzuniyyətini hesablamaq üçün son 12 tam təqvim ayı nəzərə alınmalıdır. Tam təqvim ayları dedikdə tam oktyabr, tam noyabr, tam dekabr və s. tam aylar nəzərdə tutulur. Belə ki, işə baxılarkən müəyyən edilmişdir ki, X12 xx.xx.2007-ci il tarixdə icra nümayəndəliyinə abadlıq işçisi kimi isə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə Boradigah qəsəbə icra nümayəndəliyinin abadlıq smetasına vəsait ayrılmadığından öz ərizəsi ilə işdən azad olunmuşdur. Ona 2017, 2018, 2019-cu illərdə əmək məzuniyyəti verilmiş və məzuniyyət haqqı ona ödənilmişdir. 2007-2016-cı illərdə hər ay əmək haqqı almış, lakin məzuniyyətə buraxılmamışdır. X12 məzuniyyətə çıxmadığı günlərə görə işdən çıxan zaman onunla son haqq hesab edilməmiş, pul ödənilməmişdir. Qeyd edilən vəsaitin X9 ödənilməsi ilə bağlı X25 tərəfindən göndərilmiş yazılı göstəriş icra edilmədiyindən hüquqi şəxs Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün Masallı Rayon Məhkəməsinə müraciət edilmişdir. X2 xx.xx.2020-ci il tarixdə işdən azad olunduğu zaman 2007-2016-cı illərdə əmək məzuniyyətinə çıxmaması ilə bağlı işə götürənə məlimat verməli idi. Çünki işə baxılan zaman müəyyən edilmişdir ki, onun qəsəbə icra nümayəndəliyində işlədiyi müddət ərində üç icra nümayəndəsi işləmiş və sonuncu olan hazırkı icra nümayəndəsi isə 2019-cu ildən fəaliyyət göstərir. Eləcədə 2017-2018-ci illərdə də işçi əmək məzuniyyətinə buraxılmışdır. Bu səbəbdən işçi işdən azad olunan zaman həmin hazırda icra nümayəndəsi olan şəxsin onun uzun illər əvvəl əmək məzuniyyətində olmamasını bilməyədə bilərdi. Həmçinin 2019-cu ildən bütün Dünyanı bürümüş “Covid 19” virusu ölkəmizdən də yan ötməmişdir. Həmin bəlanın ölkə ərazisində yayılmasının qarşısının alınmasında ötrü bütün dövlət müəssisə və təşkilatlarının nümayəndələri, ələxsusda kənd-qəsəbə ərazi nümayəndələri cəlb olunmuşlar. Odur ki, X12 işdən azad olunan zaman (xx.xx.2020-ci il tarixdə) ona son haqq-hesabın verilməsi məsələsinin unudulmuş hesab edilməsidə başa düşüləndir. Hazırda isə X22 vermiş olduğu məcburi göstərişin icrası ilə bağlı hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs işçiyə ödənilməsi nəzərdə tutulan son haqqhesabın ödənilməsi ilə bağlı lazımı addımları atmış, yəni məcburi göstəriş nümayəndəliyə daxil olduqdan sonra həmin göstərişin icra olunması və vətəndaşa ödəniləsi məbləğin ödənilməsi ilə bağlı maliyyə qurumuna müvafiq qaydada müraciət etmiş, lakin maliyyə qrumunun cari il üçün həmin vəsaitin ödənilməsi ilə bağlı vəsait ayıra bilməməsi nəticəsində X25 tərəfindən verilmiş məcburi göstərişi icra edilməmişdir. Bu halda onu göstərir ki, X25 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məcburi göstəriş hüquqi şəxs və onun təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin imkanları xaricində olmuşdur. Buda o deməkdir ki, yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Beləliklə, məhkəməyə təqdim оlunmuş inzibаti xəta haqqında mаtеriаldа barəsində inzibаti хətа hаqqındа iş üzrə icrааt аpаrılаn Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci mаddəsində göstərilən məsuliyyətə cəlb olunmasına əsaslar yoxdur. Belə ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə ünvanlanmış göstəriş ondan asılı olmayan səbəblərə görə icra edilə bilməmişdir. Odur ki, məhkəmə nəticəyə gəlir ki, inzibati xətanı törətməkdə təqsirləndirilən Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci mаddəsinin tərkibi оlmаdığındаn bаrəsində bаşlаnılmış inzibаti хətа hаqqındа işin icrааtınа хitаm vеrilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar