Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-14/2024 09.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə. X1 Masallı rayon İcra Hakimiyyətinin səlahiyyətli vəzifəli şəxslərinin 15 yanvar 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə, Masallı rayon məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Masallı rayon polis şöbəsinin əməkdaşlarının X1 barəsində xx.xx.2022-ci il tarixdə tərtib etdiyi ******* nömrəli İnzibati Xəta haqqında protokolun və həmin protokol əsasında Masallı Rayon İcra Hakmiyyətı tərəfindən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən 400 (dörd yüz) manat cərimə tətbiq olunması barədə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli Qərarın surətlərinin rəsmi qaydada hazırki günədək təqdim olunmadığı nəzərə alaraq İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxılmış hesab olunmaqla bərpa olunması, Masallı rayon polis şöbəsinin əməkdaşlarının mənim, yəni X1 barəsində 04.01,2022-ci il tarixdə tərtib etdiyi ******* №li inzibati Xəta haqqında protokolu əsasında Masallı Rayon İcra Hakimiyyəti tərəfindən mənə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən 400 (dörd yüz) manat cərimə tətbiq olunması barədə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli Qərarın ləğv olunaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayon polis şöbəsinin əməkdaşlarının X1 barəsində xx.xx.2022-ci il tarixdə tərtib etdiyi ******* №li İnzibatı Xəta haqqında protokolu əsasında Masallı Rayon İcra Hakmiyyəti tərəfindən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 -ci maddəsinə əsasən 400 (dörd yüz) manat cərimə tətbiq olunması barədə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. İnzibati Xəta haqqında protokol tərtib olunarkən, həm də həmin protokol əsasında ona inzibati tənbeh tətbiq olunarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıda qeyd olunan tələbləri pozulmuşdur. Masallı rayon polis idarəsinin əməkdaşları tərəfindən barəsində xx.xx.2022-ci il tarixli ******* №li İnzibati Xəta haqqında protokol tərtib olunan zaman onun iştirakı təmin olunmamış, ümumiyyətlə həmin protokolun tərtib olumasından xəbəri olmamışdır. Masallı rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi ******* №lı inzibati Xəta haqqında protokolundan və həmin protokol əsasında Masallı Rayon icra Hakimiyyəti tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 -ci maddəsinə əsasən 400 (dörd yüz) manat cərimə tətbiq olunması barədə 24.01,2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan yalnız 23 dekabr 2023cü il tarixdə poçt vasitəsi ilə aldığı Şirvan İnzibati Məhkəməsinin 2-1(102)- 2172/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ilə tanış olduqda məlumat almışdır. 23 dekabr 2023-cü il tarixdə poçt vasitəsi ilə aldığı Şirvan İnzibatı Məhkəməsinin 2-1-(102)- 2172/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ilə tanış olduqda ona məlum olmuşdur kı, barəsində inzibati xəta haqqında protokol və həmin protokol üzrə qərar ona heç bir aidiyyəti olmayan və X4 məxsus olan torpaq sahəsində tikinti obyektinin inşa edilməsinə görə tərtib və qəbul edilmişdir. Məhkəmə iclasında X2 şikayəti ərizəsinin məzmununa uyğun əsaslandıraraq, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolun surətindən məlum olur ki, X1 Masallı şəhəri, H.Əliyev prospekti ərazisində müvafiq icra hakimiyyətinin icazəsi qanunsuz tikinti işləri aparmasına görə İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsası ilə inzibati protokol tərtib edilmiş və protokolda olan qeydə əsasən X3 protokola imza etməkdən imtina etmişdir. İş materiallarında olan 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının iştirakı ilə qeyd edilən ərazidə tikinti işləri dayandırılmışdır. Masallı rayon İcra Hakimiyyətinin 24 yanvar 2022-ci il tarixli qərarının surətindən məlum olur ki, X2 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 395.1.-ci maddəsinin 24 yanvar 2022-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Məhkəmə işin faktiki hallarını istinad olunmuş maddi normalarlarla qarşılıqlı təhlil edərək qeyd edir ki, şikayət vermiş Nadir Abıyeva istinad edilmiş tikinti 8 x 6 m ölçüdədir. Qanunun tələbindən göründüyü kimi, həmin ölçüdə tikinti işləri üçün müvafiq icra hakimiyyəti orqanından icazə tələb olunur. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunarkən, ilk öncə həmin Məcllənin 116-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Belə ki, İXM-nin 116.1.-116.4.-cü maddələrinin tələblərinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göründüyü kimi səlahiyyətli şəxslər inzibati tənbeh barədə qərar qəbul edərkən, İXMnin 116-cı maddəsinin tələblərinə riayət etməmişlər. Ona görə də qəbul edilmiş qərar ləğv olunmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, inzibati xəta haqqında qərarın surətini Nadir Abıyevin rəsmi alması barədə təsdiqedici sənəd yoxdur, ona görə də onun şikayəti müddət ötürülmədən verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) türətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta türədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin güstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.4.-cü maddələrinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından biridir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxslər İXM-nin 116-cı maddəsinin tələbinə əməl etməməklə, qanunun normasını düzgün tətbiq etməmişlər. Həmin norma prosessual xarakter daşımaqla, məcburilik xüsusiyyətindədir. Səlahiyyətli orqan və ya şəxs inzibati cərimənin yalnız şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxardıqdan sonra, hüquqpozmanı aradan qaldırması üçün bir və ya iki ayadək müddət nəzərdə tutulmalı, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməməli, əks halda cərimə ödənilməlidir. İşin hallarından da göründüyü kimi, hələ inzibati protokol tərtib ediməzdən əvvəl özbaşına tikinti işləri dayandırılmışdır. Belə olan halda, Nadir Abıyevin birbaşa cərimə olunması da, İXM-nin 116-cı maddəsinin tələbinə ziddir. Bundan başqa məhkəmə qəbul edilmiş qərarı əsassız hesab etdiyinə görə, prosessual qənaət prinsipinə əsasən, inzibati icraata müddətin keçməsinə görə xitam verilməsini məqsədəuyğun hesab edir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.Həmin Məcəllənin 38.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: -53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Göründüyü kimi, müddətin ötməsi baxımından, yuxarıda qeyd olunan prosessual ardıcıllığa əməl ediməsi üçün, materialların səlahiyyətli oraqana göndərilməsinə əsas yoxdur. Müddət ötürüldüyü üçün inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, ona görə də qərar ləğv olunmaqla bərabər, inzibati icraata həmçinin xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 395.1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Masallı rayon İcra Hakimiyyətinin səlahiyyətli vəzifəli şəxslərinin 24 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edə: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-14/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-14/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver