Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1400/2024 05.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X9, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Sərçuvar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-634/2021 saylı icra sənədinə əsasən Şəxs 4800 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 4830 manat məbləğində tutularaq X1 ödənilməlidir. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 376/2022 saylı icra sənədinə əsasən 15495 manat məbləğində pul Şəxs alınaraq X3 ödənilməlidir. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 563/2024 saylı icra sənədinə əsasən cavabdeh X2 8000 manat və dövlət rüsumuna görə ödənilmiş 102 manat alınaraq alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu icra sənədləri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, hər üç icra sənədi üzrə ümumlikdə 28.427 manat məbləğində aliment borcunu ödəməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X12 məhkəmə iclasında bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-634/2021 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-376/2022 saylı və Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(050)-563/2024 saylı icra sənədlərinə əsasən Şəxs ümumilikdə 28.427 manat məbləğində borcu var. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmişdir. Bundan başqa borcluya icra sənədləri üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrasına dair bildiriş göndərilmiş, tərəfdən izahatı alınmış və icra tələbinin icra edilməsi barədə onunla söhbət aparılmışdır. Lakin borclu indiyədək icra sənədlərini icra etməmişdir. Odur ki, qeyd edilən icra sənədi tam icra edilmədiyi səbəbindən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-634/2021 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-376/2022 saylı və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-563/2024 saylı icra sənədlərindən məlumatlıdır. Barəsinə tərtib edilmiş inzibati protokolla razıdır. Hal-hazırda borcunu ödəmək iqtidarında deyil. Lakin gələcəkdə işləməklə aliment borcunu ödəyəcəyinə söz verir. Himayəsində azyaşlı övladlarının və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-563/2024 saylı icra sənədinə əsasən cavabdeh X2 8000 manat və dövlət rüsumuna görə ödənilmiş 102 manat alınaraq alınaraq ona ödənilməlidir. Hazırda Şəxs icra sənədi üzrə 8102 manat borcu yaranmışdır. Borclu işləməklə ona olan borcunu ödəyə bilər. Odur ki, borcunu tələb edir və borcun ödənilmədiyi tədqirdə ona qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-634/2021 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 06 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-376/2022 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 06 iyun 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-563/2024 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 05 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)- 634/2021 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-376/2022 saylı və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-563/2024 saylı icra sənədlərini icra etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 3(050)-1070/2021 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək, 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(050)-927/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-cü il təvəllüdlü X7 adlı iki övladı var. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-634/2021 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-376/2022 saylı və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-563/2024 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində 2 azyaşlı uşağının olması onun məsuliyyətinin yüngülləşdirən halları kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, o cümlədən onun əvvəllər icra sənədləri üzrə öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün barəsində bir neçə dəfə inzibati qaydada həbs tənbeh tədbiri seçilməsinə baxmayaraq, indiyədək icra sənədini üzrsüz səbəbdən icra etmədiyini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh növünün tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 05 iyul 2024-cü il tarixdən saat 13:20-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Əkbərov X5 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1400/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1400/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver