Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1404/2024 09.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs dişləyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ölçü götürmək üçün getdiyi mağazada həmkəndlilərini görmüşdür. Onlar onu axtardıqlarını demişlər. O, isə onlara ondan uzaq durmalarını, müştərisi olduğunu demişdir. Daha sonra işlədiyi mağazaya qayıtmışdır. Təxminən yarım saat sonra Müqəddəsin işlədiyi dükandan müştərilər çıxıb onun işlədiyi dükana gəlib ondan mal istəmişlər. Eyni ölçülü, eyni paltarı istəmişlər. O, isə həmin paltarı onlara verməmişdir. Lakin onunla bir dükanda işləyən işçi qız həmin paltarı sonradan onun xəbəri olmadan həmin şəxslərə vermişdir. Təxminən 2-3 saat sonra dükanı bağlayıb evə getmək istəmişdir. Dükanı bağlayan zaman Müqəddəsin atası onun yanına gələrək onu söyməyə başlamış və nəyə görə onların satmadığı malı satdıqlarını demişdir. Oda onun vermədiyini, yanında işləyən digər işçi qızın verdiyini, onun bundan xəbəri olmadığını demişdir. Evə getdiyi zaman isə Müqəddəs bazarın ortasında kişilərin içində onu söyüb təhqir etməyə başlamışdır. O, Müqəddəsə ağzının danışığını bilməsini demişdir. Bundan sonra o, malın sahibi olan müdirinə zəng vurmuşdur ki, bu adam bazarda camaatın içində onu söyür. Müdir ona cavabında “gözlə indi zəng vuracam” demişdir. Müqəddəs isə telefonunu açmamışdır. Daha sonra müdir ona zəng vuraraq telefonu Müqəddəsə verməsini demişdir. Oda telefonu Müqəddəsə vermişdir. Müqəddəs isə söyüş söyə söyə onun boğazından yapışmışdır və yumruqla bir neçə dəfə onun başından vurmuşdur. Təpiklə isə qarnına və ayağına vurmuşdur. Başına çox vurduğu üçün gözləri qaralmış və orada olan “manikenlərə” yapışmışıdır. Daha sonra əlinə üzünə su vurmuşlar o, özünə gəlmişdir. Lakin Müqəddəsin orada olmadığını görmüşdür. Həmin vaxt boynunda olan sep yoxa çıxmışdır. Müqəddəs onu vurduğu zaman təbii ki, oda özünü müdafiət etməli olmuşdur, çünki boğazından tutduğu üçün boğulurdu. Bu səbəbdən əlini atmışdır ki, Müqəddəs onu buraxsın. Ondan başqa o, ona cırmaq atmamışdır. Sacədə əlini sifətinə atmışdır ki, onu buraxsın. Lakin buraxmamışdır. Orada olan şəxslər onları ayrımışlar. Lakin o, yenə onun üzərinə hücum çəkmiş, ona təpik atmışdır. Vəziyyəti pis olmuş, həmin gün xəstəxanaya getmişdir. O, Müqəddəsi vurmamışdır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, bazarda Vəsilənin müdirində mal götürüb satmışdır. İşlətdiyi mağazada Vəsilənin müdirinindir, o, həmin mağazanı icarəyə götürmüş, satdığı mallarıda həmin şəxsdən götürüb satmışdır. Vəsilə neçə vaxtdır ki, planlar qurmuşdur ki, onu işlədiyi mağazadan çıxarsın və özü qardaşı ilə birlikdə onu işlətdiyi mağazaya keçsinlər. Məqsədi bu olmuşdur. Lakin o, bilməmişdir. Onun işlədiyi dükanda müştəri olmuş, ondan paltar istəmiş, lakin ona deyilmişdir ki, paltarı vermə. Müştərilər dükanda olduqları zaman Vəsilə dükana gəlmişdir ki, malın ölçüsünü götürsün, lakin heç bir şey götürməyib çıxıb getmişdir. Oda təxminən saat 13:30-14:00 radələrində evə getmişdir. O, çıxıb getdikdən sonra həmin müştəriyə həmin malı vermişlər. Hansıki ona vermə demişlər. O, saat 16:00-da mağazaya qayıtmış və geyimlərə yer düzəltməyə başlamışdır. Sonra mağazadan çıxmış və Vəsilənin getdiyini görmüşdür. Vəsilə gedən zaman Vəsiləyə “bu nə alçaqlıqdır edirsiz, məni çörəyimdən edirsiz, hamı 5-10 manat qazanc əldə etməyə gəlir, malı satıram qaytarırsız” demişdir. Çünki ilk dəfə olmamışdır, bir neçə dəfə olmuşdur. O, Vəsiləyə söz dedikdən sonra Vəsilə getmiş, 10 dəqiqə sonra qayıdıb mobil telefonunu ilə ona yaxınlaşıb “al-al gör Vüqar nə deyir” demişdir. Oda telefonu almışdır. Sonra Vəsilə ona əl-qol atıb onu cırmaqlamışdır. Üzündən qan gəlmişdir. Oda əli ilə onu uzaqlaşdırmışdır ki, çıxsın dükanından, şərini ondan uzaq eləsin. Birdə cırmaq atmışdır ona. Daha sonra o, onun telefonu ilə danışa-danışa arxa tərəfə keçmişdir. Sonrada Vəsilənin işlədiyi dükana tərəf qayıdıb telefonunu ona vermişdir. Telefonu ona verən zaman “sənə Vüqarı mən sübut edəcəm” demişdir. Vəsilə onun üzünü, sinəsini, kürəyini cırmaqlamışdır. Barışmamışdır. Məhkəmədən qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 513 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs yuxarı dodağın bayır hissəsinin, döş qəfəsinin sağ yarısının ön hissəsinin və sol yarısının arxa hissəsinin sıyrıqları və yuxarı dodağın dişlərə baxan hissəsinə qansızma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə vurulma və cırmaqlama nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 06 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Mehman Fərhadlı tərəfindən 09 iyul 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1404/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1404/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver