Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1405/2024 09.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Seybətin küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Masallı rayonu, Təzə Alvadı kənd sakini Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Nümayəndə izahatında göstərdi ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Müqəddəs adlı şəxs tərəfindən döyülməsini göstərmişdir. Bundan başqa Masallı şəhəri, Seybətin küçəsi ev 3-də yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs onu döyməsini göstərmişdir. Toplanmış material üzrə Masallı RPŞ-nin TB-də araşdırma aparılmış, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci və 510-cu maddələrinin tərkibi olduğundan Şəxs barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş, İXM-nin 510-cu maddəsi ilə isə Polis şöbəsində baxılaraq 50 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Vəsilə ilə Masallı şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən “Təzə Bazar” adlanan bazarda qadın geyimləri sataraq çörək pulu qazanır. Eyni zamanda onun işlədiyi mağazada olan geyim əşyaları Vüqar adlı şəxsə məxsusdur. O, Vüqardan geyim əşyalarını alaraq üzərinə əlavə qazanc qoyub satır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində mağazada olduğu zaman Vəsilə onun işlədiyi mağazaya gələrək, orada qadın geyimlərinə aid razmer axtaran zaman, adını bilmədiyi üzlə tanıdığı qadın Vəsilədən ona məxsus mağazada işləyib işləmədiyini soruşmuş, Vəsilə həmin qadına öz işlədiyi mağazanın yerini demişdir. Bundan sonra Vəsilə istədiyi geyimin razmerini tapa bilmədiyi üçün həmin yeri tərk edib öz işlədiyi mağazaya getmişdir. Onun mağazasında olan adını bilmədiyi şəxs Vəsilənin arxasıyca mağazadan çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, adını bilmədiyi şəxsin ondan icarəyə götürmək istədiyi geyim əşyasını, Vəsilə həmin şəxsə vermişdir. Həmin gün saat 16 radələrində mağazada olduğu zaman Vəsilənin mağazanın qarşısı ilə keçdiyini görüb ondan niyə elə hərəkət etməsini soruşmuşdur. Vəsilə ona heçnə etmədiyini demişdir. O, Vəsiləyə demişdir ki, bu birinci dəfə deyil, dəfələrlə onun satdığı geyim əşyalarını geri qaytarıb özünüz həmin şəxsə geyim əşyası satmısınız. Onun bu sözündən sonra Vəsilə həmin yeri tərk etmişdir. Həmin vaxtdan 15 dəqiqə sonra Vəsilə onun işlədiyi mağazaya gələrək yüksək səslə danışaraq mobil telefonunu ona verib Vüqar ilə danışmağısını istəmişdir. O, Vəsilədən mobil telefonu alıb Vüqar ilə danışan zaman Vüqar ona demişdir ki, sən niyə Vəsiləyə deyirsən ki, Vüqar ilə mənə deyirsiz ki, geyim əşyasını icarəyə vermə lakin siz özünüz həmin əşyanı icarəyə verirsiniz. Həmin vaxt Vəsilə qışqıraraq üzərinə gəlib nə deyirsən deməyə başlamışdır. O, Vəsiləyə demişdir ki, mən sənin üçün Vüqar deyiləm qışqırma. Həmin vaxt Vəsilə cırmaqla onun dodaq nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt əl ilə Vəsilənin sol çiyin nahiyəsindən geri itələmiş, o, geriyə çevirilib Vüqar ilə telefon vasitəsi ilə danışmaq istəyən zaman Vəsilə yenə də cırmaqla onun bel nahiyəsinə xəsarət yetirmişdir. O, Vəsilənin istiqamətə döndüyü zaman Vəsilə cırmaqla onun sağ sinə nahiyəsinə xəsarət yetirmişdir. O, Vüqar ilə mobil telefon vasitəsi ilə danışa-danışa bazarın arxa hissəsinə keçmişdir. Orada telefon ilə danışıb geri qayıdıb Vəsiləyə bədəni üzərində olan xəsarətləri göstərib etdiyi əməli ona sübut edəcəyini demişdir. Vəsiləni döyməmişdir. Vəsilə qərəzli olaraq ondan şikayət etmişdir. Barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2018-ci ilin aprel ayından Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Təzə bazar” adlanan yerdə Vüqar adlı şəxsə məxsus qadın geyimləri mağazasında satıcı işləyir. Müqəddəs adlı şəxsi də həmin vaxtlardan tanıyır, onunla münasibəti heç vaxt yaxşı olmamışdır, aralarında bir neçə dəfə narazılıq yaranmışdır. Narazılığın yaranmasına səbəb Müqəddəsin ona əxlaqsız təkliflər etməsi olmuşdur. Vüqar adlı şəxsin həmin yerdə 2 ədəd mağazası vardır, Müqəddəs Vüqara məxsus digər mağazada satıcı işləyir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində mağazada olduğu zaman müştəri böyük öldüçdə geyim istədiyi üçün, Vüqara məxsus digər mağazaya gedib oradan həmin geyimin razmerinə baxmaq istədiyi zaman adını bilmədiyi üzlə tanıdığı qadın onu görüb onu axtardığını demişdir. O, həmin qadına fikir verməyib geyim əşyasının razmerini axtararkən Müqəddəs ondan nə istədiyini soruşmuş, o, Müqəddəsə geyim göstərib digər razmerinin olub-olmamasını soruşmuşdur. Müqəddəs həmin geyimin razmeri olmadığını dediyi üçün öz işlədiyi mağazaya geri qayıtmışdır. Həmin vaxtdan 10 dəqiqə sonra Müqəddəsin mağazasında rastlaşdığı qadın onun işlədiyi mağazaya gəlmiş, ondan həmin şəxsə geyim əşyası satmağını istəsə də, o, həmin şəxsə digər müştərilər ilə məşğul olduğunu dediyi üçün, həmin müştəriyə digər satıcı işləyən Aytəkinin yaxınlaşmasını istəmişdir. Həmin qadın Aytəkindən geyim əşyası aldıqdan sonra həmin yeri tərk etmişdir. Həmin gün saat 17 radələrində mağazadan çıxıb yaşadığı evə getmək istədiyi zaman Müqəddəs onun barəsində nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən Mağazanın sahibi Vüqarın istifadəsində olan mobil telefona zəng edərək, Müqəddəsin onun barəsində nalayiq ifadələr işlətməsini demişdir. Vüqar ona demişdir ki, mən özüm Müqəddəs ilə danışaram. Həmin vaxtdan 2 dəqiqə sonra Vüqar onun istifadəsində olan mobil telefona zəng edərək, mobil telefonu Müqəddəsə verməsini istəmişdir. O, Müqəddəsin işlədiyi mağazaya daxil olub mobil telefonunu Müqəddəsə vermişdir. Müqəddəs onun telefonunu alıb Vüqar ilə danışdıqdan sonra onu nalayiq ifadələrlə söyüb təhqir edərək, əli ilə boğazını sıxıb, yumruq ilə baş nahiyəsinə təpiklə isə qarın, bud nahiyələrinə vurmuşdur. Bundan sonra həmin yeri tərk edib yaşadığı evə gedərkən boynunda olan qızıldan olan boyunbağının naməlum şəraitdə düşərək itdiyini görmüşdür. Hazırda Müqəddəslə barışmamışdır. Ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci və 510-cu maddələrinin tərkibi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi, Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 504 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bud, sağ bazu və boyun nahiyəsinin qançırları müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, əllə və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN 194.5219 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Masallı rayonu, Təzə Alvaı kənd sakini Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı zərərçəkmiş şəxsə qarşı zor tətbiq edilməsi nəticəsində bud nahiyəsində böyük ölçülü qançır xəsarəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə şəxsə cəza təyini ilə bağlı məsələyə baxarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Barəsində icraat aparılan şəxs izahat verərkən özünü müdafiə xarakterli izahat verərək əməlini tam şəkildə etiraf etməmiş, yalnız zərəçəkmiş şəxsi əli ilə itələdiyini bildirmişdir. Halbuki, onun zərəçəkmiş şəxsə qarşı fiziki ağrılar yetirməklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduğunu və bədənin bir neçə nahiyəsinə xəsarətlər yetirdiyi araşdırma nəticəsində alınmış izahatlar və ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi xəsarətləri əks etdirən fotoşəkillərdən də görünür ki, o, zərərçəkmiş şəxsə qarşı kəskin ağrılara səbəb olan zor tətbiq etməklə xəsarətlər yetirmişdir. Şəxs yalnız həmin xəsarətləri özünün yetirmədiyini qeyd edərək kifayətlənmişdir. Görünür ki, şəxs əməlindən səmimi peşman olmamış, şahidlərin izahatları ilə ictimai yerdə yol verdiyi əməli törətməsi tam təsdiqini tapdığı halda, qeyd edilən əmələ yol vermədiyini qeyd etməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd etmişdir. İnzibati xəta materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan da görünür ki, şəxs zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərkən həm də ictimai qaydanı kobud şəkildə pozduğundan barəsində xırda xuliqanlıq əməlinə görə 50 manat cərimə tənbehi tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, şəxsin qeyd edilən əməli törətməsini təsdiq edən kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq, səmimi peşmançılıq hissini keçirməməsi onun şəxsiyyətinin təhlükəliliyindən xəbər verir. Bir məqama da diqqət yetirilməlidir ki, özündən fiziki cəhətdən zəif olan qadına qarşı bu cür əməllərə yol vermiş şəxsin gələcəkdə daha təhlükəli əməllərə yol verməsi ehtimalı da çoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli inzibati qaydada tutulduğu gündən, yəni 09 iyul 2024-cü il tarixdən saat 16:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. İmanov X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1405/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1405/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver