Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1406/2024 22.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 iyul 2024-cü il tarixli, EP seriyalı,0157630 nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Cəmiyyəti Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) 50000,00 Avro məbləğində vəsaiti 07 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 50000,00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 08 iyun 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, protokolu tərtib etmiş orqan və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən protokolu tərtib etmiş orqanın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) 50000,00 Avro məbləğində vəsaiti 07 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 50000,00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyi və valyuta vəsaiti geri qaytarılmadığı müəyyən edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materialları öyərnilərkən müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər natamadır və bu səbəbdən baxılması mümkün deyildir. Belə ki, inzibati xəta haqqında protokolun sonunda inzibati xəta törətmiş şəxsin həmin protokolu almasını təsdiq edən imza qrafasında heç bir məlumat qeyd edilməmişdir. Yəni əgər barəsində inzibati xəta törətmiş şəxsin nümayəndəsi həmin protokolu almışdırsa, imza etməli, əgər protokol inzibati xəta törədən şəxsə təqdim edilməmişdirsə, səbəbi göstərilməklə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən müvafiq qeydiyyat aparılmalıdır. Bundan əlavə inzibati xəta haqqında materiallar araşdırılarkən məlum olmuşdur ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin göstərilən ünvanda (Masallı rayonu, Təzəkənd kəndi) fəaliyyət göstərməsini təsdiq edəcək heç bir sənəd və sübut materiala əlavə edilməmişdir. İnzibati xəta haqqında tərtib edilmiş protokolda hüquqi şəxsin məsul şəxsinin əlaqə nömrəsi kimi qeyd edilmiş ********** mobil nömrəsi ilə əlaqə saxlanılarkən mobil nömrənin sahibi həmin şirkətdə əvvəllər işlədiyini, şirkətin ləğv edildiyini bildirmiş, hazırda hüquqi şəxsin ləğv prosesinin hansı mərhələdə olması ilə bağlı heç bir məlumatının olmadığını qeyd etmişdir. Qeyd edilən səbəbdən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin hazırda ləğv edilib-edilməməsi, ləğv edilmişdirsə, hansı əsasla ləğv edilməsi, şirkətin ləğvedicisinin olub-olmaması ilə bağlı araşdırma aparılmadan inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, hüquqi şəxsin hazırki hüquqi vəziyyəti ilə bağlı araşdırma aparılmalı, hüquqi şəxsin hərəkətləri üçün məsuliyyət daşıyan məsul şəxslər müəyyən edildikdən sonra protokola baxılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra protokolun baxılması üçün yenidən məhkəməyə göndərilməsinin mümkünlüyü səlahiyyətli orqana izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1406/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1406/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver