Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1412/2023 13.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakları ilə. X2 Masallı Rayon Polis X12 xidmətinin polis kapitanı X3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə, Masallı rayon məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Masallı Rayon Polis X12 xidmətinin polis kapitanı X3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 istifadəsində “KİA OPTİMA” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə istifadə edir. Hadisə günü yol patrul xidmətinin əməkdaşları onu saxlatdıraraq avtomobilin arxa stopuna vilin çəkildiyini bildirmişlər və bunun əlavə avadanlıq olduğunu bildirmişlər. O, ppolis əməkdaşlarının yanında arxa əyləc işığından vinili sökmüşdür. Lakin ona İXM-nin 342.2.2ci maddəsi üzrə protokol tərtib olunmuş, o, protokola etiraz olaraq imza etməmişdir. Bundan sonra heç bir araşdırma aparılmadan o, 150 manat cərimə edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 məhkəmə iclasında şikayətə eyni məzmunda əsaslandıraraq, vinilin çəkilməsinin əlavə avadanlıq hesab edilmədiyini, ona görə də şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı qəbul edən Masallı Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə şikayətə baxılmasını mümkün hesab etmişdir. İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X6 04 avqust 2023cü il tarixdə saat 08:51 radələrində “KİA OPTİMA” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı rayon ərazisində idarə edərkən Azərbaycan Respublikası DİN-in BDYPB-in YPX-in Masallı Rayon Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü X2 İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən 150 manat cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İnzibati xəta haqqında qərardan və inzibati icraat haqqında protokoldan göründüyü kimi, vinelin avtomobilin arxa əyləc işığına çəkilməsi əsası ilə, X7 Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. Lakin işin hallarına əsasən, plyonkanın əlavə avadanlıq kimi hansı əsasla nəzərə alınması müəyyən deyil. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tələbinə görə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi, səlahiyyətli şəxs X4 inzibati məsuliyyətə cəlb olunmasını kifayət qədər araşdırmamış, məhkəmə sorğusu əsasında təqdim olunmuş sənədlərlə də, bu öz təsdiqini tapmamışdır. “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X13 nəzarəti qaydaları barədə” Təlimata 1 saylı əlavədə qeyd olunmuşdur ki, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkilməsi əlavə avadanlıq hesab olunur. Leksik məna baxımından “vinil” və “plyonka” ayrı-ayrı ləvazimatların adlarıdır və vinilin nə dərəcədə əlavə avadanlıq kimi qiymətləndirilməsi DYP-nin əməkdaşı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 134.1.-ci maddəsində qeyd oluinmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; -134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; -134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; -134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; -134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 135.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxsin inzibati xəta törətmiş X6 barəsində gədiyi nəticə üçün müəyyən edilmiş onun normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi iş üçün əhəmiyyətli olan hal kimi sübuta yetməmişdir. Belə olan halda İXM-nin 134.1.2. və 135.1.3.-cü maddələrinə əsasən qərar dəyişdirilməli, X9 Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Göstərilənlərə əsasən və İXM-in 115, 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Masallı Rayon Polis X12 xidmətinin polis kapitanı X3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X6 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1412/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1412/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver