Məhkəmə qərarları › İş №3(050)-1416/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1416/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1416/2025 03.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3, Zərərçəkmiş şəxsin nümayəndəsi (icra sənədi üzrə tələbkar) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, səyyar-bələdçi işləyən, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(050)-949/2021 saylı icra sənədinə əsasən Şəxs 14000 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, X2 ödənilməlidir. Bundan başqa, Masallı Regional “Asan Xidmət” mərkəzində 8i-5505 nömrəli, 16 mart 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 622.16 manat tutularaq, tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Masallı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(050)- 2435/2021 saylı icra sənədinə əsasən Şəxs 31 may 2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1321.2 manat ödənilməmiş hissə, 132 manat cərimə, cəmi 1453,2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 1483.2 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Borclu yuxarıda qeyd edilmiş 3 icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X6 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 icra sənədi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Həmin icra sənədləri üzrə borclu barəsində inzibati qaydada protokol tərtib edilənədək bütün lazımi icra tədbirləri görülmüş, lakin heç bir nəticəsi olmamışdır. Əlavə olaraq onu qeyd edir ki, borclu icra çağırışından yayındığına görə barəsində axtarış verilmişdir. O, tapılaraq icra şöbəsinə gətirilmiş izahatı alınmış, o, borcundan heç bir ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Odur ki, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində olan 3 icra sənədindən məlumatlıdır. Barəsində tərtib edilmiş inzibati protokolla razıdır. Barəsində axtarış qərarı olduğu üçün işləyə bilmir. Bundan sonra işləməklə icra sənədi üzrə yaranmış borcdan hər ay 400 manat ödəyəcəyinə söz verir. Hal-hazırda borcunu ödəmək iqtidarında deyildir. Lakin gələcəkdə işləməklə ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi (tələbkarın nümayəndəsi) X4 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(050)- 2435/2021 saylı icra sənədinə əsasən Şəxs 31 may 2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1321.2 manat ödənilməmiş hissə, 132 manat cərimə, cəmi 1453,2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 1483.2 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Borclu yalnız ilkin ödəniş etmişdir. İcra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Odur ki, borcunu tələb edir və borcun ödənilmədiyi tədqirdə ona həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcraata başlamaq haqqında qərarlardan görünür ki, Masallı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(050)-949/2021 saylı, Masallı Regional “Asan Xidmət” mərkəzində 8i-5505 nömrəli, 16 mart 2024-cü il tarixli və Masallı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(050)-2435/2021 saylı icra sənədləri Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 03 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(050)-949/2021 saylı, Masallı Regional “Asan Xidmət” mərkəzində 8i-5505 nömrəli, 16 mart 2024-cü il tarixli və Masallı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(050)-2435/2021 saylı icra icra sənədlərini icra etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətinin yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh növünün tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on gün) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 03 iyun 2025-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar