Məhkəmə qərarları › İş №3(050)-1417/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1417/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1417/2023 15.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin inzibati tənbeh vermə haqqında 18 iyul 2023-cü il tarixli, MN ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 barəsində tərtib edilmiş, Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, onun Masallı rayonun Sığdaş kəndində pay torpaq sahəsi vardır. Həmin torpaqda buğda əkib ailəsini dolandırar. Həmin əkin sahəsinə görə dövlət tərəfindən subsidiya verilir. Bu il üçün də, o, dövlətdən 220 manat subsidiya alaraq yerini əkmişdir. Sonradan ona qərar gəlmişdir ki, o, təyinatı üzrə subsidiyadan istifadə etməmişdir və əkin əkməmişdir. Halbuki, o, əkin əkmiş və monitorinq keçirən şəxslər tam başqa sahəni gedib yoxlamışlar. Odur ki, barəsində inzibati icraat aparılarkən tam olaraq obyektiv və düzgün araşdırma aparılmamışdır. Bu səbəbdən əsassız yerə barəsində inzibati xəta haqqında qərar qəbul edildiyindən Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-ci il tarixli MN 293033 saylı qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsi barədə qərar qabul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətiçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin inzibati tənbeh vermə haqqında 18 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına görə xəbərdarlıq edildiyi halda vurulmuş ziyanı tam ödəmədiyi üçün vurulmuş ziyanın (220 AZN) iki misli 440 AZN cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə təqsirli bilinərək barəsində xəbərdarıq inzibati tənbeh əvəzinə vurulmuş ziyanın 2 misli cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən Fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə – xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin inzibati tənbeh vermə haqqında 18 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir, ona görə də 18 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab olunmaqla qüvvədə saxlanılmalı və şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin inzibati tənbeh vermə haqqında 18 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar