Məhkəmə qərarları › İş №3(050)-1419/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1419/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1419/2023 31.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Yardımlı rayonu, Zevin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olan və Masallı şəhəri, Z.Əliyev küçəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 19 iyul 2023-cü il il tarixdə yaşadığı evin qarşısında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X4 izahatında göstərdi ki, Azərbaycan Respublikası "xxxx" ASC-nin 3 №-li Regional Sukanal İdarəsinin Masallı Sukanal sahəsindən tərtib edilmiş aktda Su təsərrüfatında nəzarətçi Şahid1 Masallı şəhərində Mənzurə adlı şəxs tərəfindən daş parçası ilə vurularaq xəsarət alması, Mənzurənin övladının isə xidməti avtomobilə maddi ziyan vurması, idarənin əməkdaşlarının nalayiq ifadələrlə söyülüb təhqir edilmələri barədə Masallı RPŞ-yə ünvanladığı müraciət Masallı RPŞ TB-nin təhqiqatçısı Bəhmən Əsgərlinin icraatına daxil olmuşdur. Aparılmış araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, Şahid2 xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Masallı Z.Əliyev küçəsində yerləşən yaşadığı evin qarşısındakı küçədə Şahid1 ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunun bel nahiyəsindən daş parçası ilə vuraraq ona fiziki ağrı yetirmişdir. Bundan başqa, aparılmış araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023 cü il tarixdə saat 11 radələrində Masallı şəhəri, Z.Əliyeva küçəsində yaşadığı evin qarşısındakı küçədə X2 idarə etdiyi “Chevrolet Niva" markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşına qəsdən təpiklə vuraraq yararsız hala salması nəticəsində sonuncuya 450 manat ziyan vurmuşdur. Həmçinin, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023 cü il tarixdə saat 11 radələrində Masallı şəhəri, Z.Əliyeva küçəsində yerləşən yaşadığı evin qarşısındakı küçədə ictimai qaydanı kobud sürətdə pozaraq, cəmiyyətə acıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Faktla bağlı araşdırma aparılmış, lakin nəticədə əməldə cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 232-1 və 510-cu maddələrinin tərkibi olduğunan qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Araşdırmanın nəticəsi olaraq Şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı şəhəri, Z.Əliyeva küçəsində fərdi yaşadığı evin Azərbaycan Respublikası “Azərsu" ASC 3 №-li Regional Sukanal İdarəsi Masallı Sukanal sahəsinə 72 manat borcu olmasına baxmayaraq, onlara heç bir xəbərdarlıq olunmamışdır. xx.xx.2023 cü il tarixdə saat 11 radələrində yaşadığı evdə anası Mənsurə evdə olan qabları yuduğu zaman suyun gəlmədiyini görmüş, anası Mənsurə ona demişdir ki, tez çıx yola yəqin ki, su idarəsinin işçiləri evə gələn suyu kəsiblər. Həmin vaxt anası Mənsurə ilə küçəyə çıxmışlar, o, “Chevrolet Niva” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşıb sürücüsündən suyu qoşmasını istəmiş, avtomaşından yerə düşən su idarəsinin işçisi Şahid1 onun anası Mənsurə ilə mübahisə edərək, borclu olduğu 72 manat pulu ödəmələrini demişdir. X5ra xəbərdarlıq etmədən niyə su borusunu kəsməsini demişdir. Həmin vaxt Ümüd ilə anası Mənsurə ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Ümüd onun anası Mənsurəni nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Həmin vaxt Ümüd onun anası Mənsurədən üzr istəməyib “Chevrolet Niva” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmiş, o, avtomaşına yaxınlaşaraq Ümüdün hərəkətinə görə avtomaşını təpiklə vurmuşdür. Bundan sonra həmin şəxslər yaşadığı evin qarşısında olan küçəni tərk etmişlər. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, 2022-ci ilin iyun ayından Azərbaycan Respublikası "xxxx" ASC 3 №-!i Regional Sukanal İdarəsi Masallı Sukanal sahəsində sürücü vəzifəsində işləyir. Masallı sukanal sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri Gülbala Xankişiyev, sürücü vəzifəsində işləyən Rüfət Rufullayev, fakturalama qrupunun mühəndis qrup rəhbəri Elmin Nuri, sukanal sistemlərinin təhlil qrupunun təmirçi çilingəri Fərhad Eynulayev ilə birlikdə 19 iyul 2023 cü il tarixdə saat 10 radələrində xidməti ərazidə su və kanalizasiya xidmətinə görə borclu əhali abonentləri tərəfindən xidmət haqqını bir neçə ay ödəməyən abonentlərin su xidmətinin dayandırılması üçün tədbirlərin görülməsi işlərinə başlanılmışdır. Masallı şəhəri, Z.Əliyeva küçəsində abonent kodu **********000 olan X1 məxsus evin 19 iyul 2023 cü il tarixinə 72.00 manat borçu olduğu üçün abonentə su xidmətinin dayandirılması bildirilmişdir. Həmin gün saat 11 radələrində Mənsurənin yaşadığı evə getmişlər, ev sahibini nə qədər çağırmalarına baxmayaraq, evdən heç kim çıxmamış, bu səbəbdən evə daxil olan su sayğacının borusu kəsilmişdir. Həmin vaxt evin sakinləri Mənsurə və onun 2 oğlu və bir qızı tərəfindən onların ünvanına nalayiq küçə söyüşləri söyülmüş, Mənsurə yerdə olan daş parçasını götürərək daş parçasını onun bel nahiyəsinə vuraraq fiziki ağrı yetirmiş, Mənsurənin adını bilmədiyi oğlu ünvansız söyüşlər söyməklə Rüfət Rufullayevin idarə etdiyi “NİVA CHEVROLET” markal **-AH-*** dövlət nömrə nişanlı xidməti avtomaşına ayağla zərbələr endirərək avtomobilə zərər vurmuşdur. Bundan sonra onlar həmin yeri tərk etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, Masallı şəhəri, Z.Əliyeva küçəsində fərdi yaşadığı evin Azərbaycan Respublikası "xxxx" ASC 3 №li Regional Sukanal İdarəsi Masallı Sukanal sahəsinə 72 manat borcu olmasına baxmayaraq, ona heç bir xəbərdarlıq olunmamışdır. xx.xx.2023 cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olan qabları yuduğu zaman suyun gəlmədiyini görmüş, o, oğlu Rəhmana demişdir ki, “tez çıx yola yəqin ki, su idarəsinin işçiləri evə gələn suyu kəsiblər”. Həmin vaxt Rəhman ilə küçəyə çıxmışlar, Rəhman “Chevrolet Niva” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşıb sürücüsündən suyu qoşmasını istəmiş, avtomaşından yerə düşən su idarəsinin işçisi Şahid1 onunla mübahisə edərək, borclu olduğu 72 manat pulu ödəməsini demişdir. O, Ümüddən ona xəbərdarlıq etmədən niyə su borusunu kəsməsini demişdir. Həmin vaxt Ümüd ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Ümüd onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Ümüd ondan üzr istəməyib “Chevrolet Niva” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmiş, oğlu Rəhman həmin avtomaşına yaxınlaşaraq Ümüdün əyləşdiyi avtomaşına təpiklə vurmuşdur. Bundan sonra həmin şəxslər yaşadığı evin qarşısında olan küçəni tərk etmişlər. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin TB toplanmış HK-1/2088 nömrəli materiallar uzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X4 tərəfindən 31 avqust 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs əməli protokolu tərtib etmiş şəxin və şahidlərin izahatı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar