Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1422/2023 13.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (xx xxxx 1971-ci ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Masallı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Masallı Rayon Prokurorluğu tərəfindən fiziki şəxs Şəxs barəsində 29 avqust 2023cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və inzibati material baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda fiziki şəxs Şəxs tərəfindən aksiz markası ilə markalanmalı olan malların marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan idxal edərək ümumi qiyməti 7.50 manat təşkil edən az miqdarda 3 qutu “Manchester” markalı tütün məmulatı (siqaret) yaşadığı kəndin girişində özünə məxsus piştaxtanın üzərində satışını həyata keçirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izhatında bildirdi ki, o, özünə məxsus piştaxtada 3 ədəd olmaqla siqareti olmuşdur. Qeyd edilən siqaretləri özü çəkmişdir. Kənddə siqaretlərin satışını ədədlə satmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq aksiz markası olmadam siqaretlərin satılmasının qadağan olduğunu qeyd etmişlər və onun barəsində inzibati xəta haqqında qərar qəbul ediləcəyini bildirmişlər. Hazırda etdiyi əməldən peşmandır. İş materaillarında olan Masallı Rayon Prokurorluğunun 29 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərardan görünür ki, hadisə yerinə baxış zamanı Elsevər Abışova məxsus satış məqsədilə piştaxtaya qoyulmuş 3 qutu “Manchester” markalı tütün məmulatı (siqaret) aşkar edilmiş, sonuncu həmin tütün məmulatlarını araşdırmaya könüllü təqdim etmişdir. Aşkar olunmuş tütün məmulatının 1 qutusunun satış qiyməti 2.50 manat, 3 qutusu 7.50 manat təşkil edir. Odur ki, xx.xx.1971ci ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, deməsinə görə məhkumluğu olmayan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 508-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi, qərar inzibati tənbeh tədbirin tətbiq olunması məsələsinə baxılması üçün Masallı rayon məhkəməsinə göndərilməsi, qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi qərara alınmışdır. İş materaillarında olan Masallı Rayon Prokurorluğunun 29 avqust 2023-cü il tarixli cinayət işinin balanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı X2 həmkəndlisi Şəxs Xırmandalı məktəbinin qarşısında qeyri qanuni olaraq kiçik obyektinin olduğunu və orada qanunsuz tütün məhsullarının istehlakı ilə məşğul olduğunu bildirmişdir. Belə ki, aksiz markası ilə markalanmalı olan lakin markalanmamış tütün məhsullarını məktəbin qarşısında satışı ilə məşğul olduğunu qeyd etmişdir. Aksiz markası ilə markalanmamış tütün məmulatlarının satışı qaçaq yolla həyata keçirildiyini, harda olsa satışı ilə məşğul olduğunu, hansı yollarla gömrükdən keçirilməsi sual doğurduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən qanunamüvfiq tədbirlər görülməsini xahiş etmişdir. Araşdırma zamanı Şəxs göstərmişdir ki, rayonun Xırmandalı kəndində xırda ticarət ilə məşğul olurmuşdur. X3 həmkəndlisidir. Bir ildir ki, aralarında torpaq mübahisələri vardlr. O, təxminən 1 ildir ki, xırda ticarət ilə məşğuldur. Tütün məhsulları və tum satır. Aztəminatlı ailə olduğu üçün bunu məcburiyətdən etmişdir. Əlavə olaraq baxış zamanı aşkar olunmuş 3 paket “Manchester” adlı aksizsiz tütün məmulatını bazardan adını bilmədiyi şəxsdən aldığını, alarkən tütün məmulatının aksizinə fikir vermədiyini və aldığı şəxsi tanımadığını qeyd etmişdir. 18 yaşına çatmayan şəxslərə tütün məmulatları, enerji içkisi və spirtli içki satışı həyata keçirməmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şikayətdə qeyd edilən satış obyekti rayonun Xırmandalı kəndinin girişində, iyaşə obyektlərinin qarşısında yerləşir. Baxış zamanı piştaxtanın üzərində tum və tütün məmulatları müşahidə olunmuşdur. Tütün məmulatlarına baxış keçirilərkən 3 qutu “Manchester” adlı aksiz markasız tütün məmulatı (siqaret) aşkar olunmuşdur. Habelə spirtli içkilərin satışı müəyyən olunmamışdır. Həmçinin obyektin Elsevər Abışova aid olduğu və satışın həmin şəxs tərəfindən həyata keçirildiyi məlum olmuşdur. Odur ki, 192- C-23 nömrəli material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılması, qərarın surəti Masallı rayon məhkəməsinə göndərilməklə, qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək hüququnun olması izah edilməsi, material Masallı Rayon Prokurorluğunda saxlanılması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərardan, cinayət işinin balanılmasının rədd edilməsi haqqında qərardan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 508-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə-aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür. Odur ki, məhkəmə fiziki şəxs Şəxs götürülmüş 3 qutu “Manchester” markalı tütün məmulatı (siqaret) dövlət nəfinə müsadirə edilməsini və onun cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş 3 qutu “Manchester” markalı tütün məmulatı (siqaret) müsadirə edilsin və o, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis Şöbəsinə və Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1422/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1422/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver