Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1430/2023 14.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi X2, X1nun iştirakı ilə, X3 barəsində qəbul edilmiş Masallı RPŞ-nin inzibati tənbeh vermə haqqında 25 avqust 2023cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 barəsində tərtib edilmiş, Masallı RPŞ-nin YPX-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X1 şikayətində bildirmişdir ki, o, Masallı RPŞ-nin YPX-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarına əsasən İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Lakin hesab edir ki, onun əməlində göstərilən inzibati xəta əməlinin tərkibi olmadığı üçün mövcud qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, qeyd olunan inzibati xətanı törətməmişdir. O, idarə etdiyi “Toyota Corolla” markalı ** VY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 07:55 radələrində Masallı rayonu, Banbaşı kəndi ərazisində hərəkətdə olarkən Masallı YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanma səbəbi soruşduqda əks istiqamətli zolağına çıxmaqla ötmə qaydalarının pozulması göstərilmişdir. Bununla bağlı YPX əməkdaşına bildirmişdir ki, o, belə bir qayda pozuntusuna yol verməmişdir. Əgər etmişdirsə ona görüntü təqdim edilməsini xahiş etmişdir. Əgər hər hansı problemi olmuş olarsa cəriməni ödəyəcəyini qeyd etmişdir. Lakin ona görüntünün olmadığı və cərimə olunacağını bildirilmişlər. Halbuki bütün YPX maşınlarına kamera var, həmin kamera fasiləsiz görüntü çəkir. O, əgər pozuntu etmişdirsə, ona həmin görüntünü göstərmək vəzifələridir. Lakin onu əsassız olaraq cərimə etmişlər. O, qeyd olunan inzibati xətanı törətməmişdir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də həmin protokol və onun əsasında qəbul edilmiş qərar tamamilə qanunsuzdur və həmin iş üzrə icraata xitam verilməlidir. X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 80 manat məbləğində cərimə ona əsassız və sübutsuz yazılmışdır. Belə ki, həmin zaman hər hansı ötmə əməliyyatı aparmamışdır. Odur ki, şikayətinin təmin edilərək qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 11 avqust 2023-cü il tarixdə saat 07:55 radələrində Masallı rayonu Banbaşı kəndi ərazisində avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı RPŞ-nin inzibati tənbeh vermə haqqında 25 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki haları ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətmiş olması polis söbəsi tərəfindən təqdim edilmiş sənədlərlə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Bu səbəbdən göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində qəbul edilmiş Masallı RPŞ-nin inzibati tənbeh vermə haqqında 25 avqust 2023cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1430/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1430/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver