Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1431/2025 25.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Salyan rayonunda doğulmuş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 92, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 27 may 2025-ci il tarixdə saat 11:17 radələrində idarə etdiyi “MERCEDES BENZ E300 BLUETEC HİBRİD minik” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, verdiyi izahatlarındada qeyd etmişdir ki, 27 may 2025-ci il tarixdə saat təxminən doqquza işləmiş Masallı rayonuna qonaq kimi gəlmiş onbirə işləmiş Masallı rayonundan çıxdığı zaman mobil telefonuna zəng gəlmiş bu səbəbdəndə o, avtomobili yolun sağına çəkib saxlamışdır. Telefonla danışdıqdan sonra yoluna davam etmişdir. Onu saxlamış yol polisi əməkdaşı o, avtomobili ilə hərəkət etdikdən sonra qoşa xəttin tələbini pozaraq onun ardıyca gələrək avtobana giriş edən zaman polis maşınını onun avtomobilinin qarşısına verərək onu saxlatdırmışdır. Daha sonra polis əməkdaşı ona izah etmişdir ki, avtomobili saxladığı yerdə dayanmaq olmaz. Oda polis əməkdaşına bildirmişdir ki, həmin ərazidə elə bir yol nişanı yoxdur ki, o, avtomobilini həmin ərazidə saxlaya bilməz, o, avtomili saxlayıb harasa getməmiş, avtomobildə oturub telefonla danışmışdır. Polis əməkdaşı ilə dialoq edən zaman polis əməkdaşı onu qanunsuz yerə saxladığını bilib ona “səndən iy gəlir” demişdir. O, isə nə iyi gəlir soruşmuş, polis əməkdaşı isə spirt iyi gəldiyini demişdir. O, polis əməkdaşına “iy gələ bilər, sən mənim davranışımda, hərəkətimdə hər hansısa bir pozuntu görürsənmi” demişdir. Polis əməkdaşı isə yox cavabı vermişdir. Sonra polis əməkdaşı ona alkotestr müayinəsindən keçməyi təklif etmiş, oda etiraz etməmişdir. Daha sonra polis əməkdaşı digər polis əməkdaşına zəng vurmuş və 45 dəqiqə sonra alkotestr gətirmişlər. Polis əməkdaşı alkotestri hazır vəziyyətdə ona tərəf yönəltmiş və üfüləməsini demişdir, o, isə polis əməkdaşına alkotestrin başlığını dəyişməsini bildirmişdir. Çünki alkotestrdə olan başlıqdan spirt iyi gəlmişdir. Lakin polis əməkdaşları alkotestr başlığını dəyişməyib, onu yanında olan qonağı ilə birlikdə polis şöbəsinə gətirmişlər və telefonlarıda onlardan almışlar. Polis şöbəsində bildirmişlər ki, yanındakı xanımda izahat verəcəkdir, evlərinə məktub göndəriləcək, Masallı rayonuna niyə gəlmişlər. o, polis əməkdaşına “nə etmək istəyirsən məni sərxoş çıxarmaq istəyirsən, sən məni sərxoş çıxarsanda belə mən gedəcəm Lənkərana, çünki son sözü məhkəmə deyir, məndə məhkəməyə əsaslı bir sənəd verəcəm, çünki mən özümə arxayınam” demişdir. Bu minvalla polis əməkdaşları onu spirtli alkotestrə üfütdurmuşlər və bildirmişlər ki, “biz sənə demirik işkilisən sadəcə bura yazki ekranda sızır dörd promili mən gördüm”. Belədə ona yazdırmışlar. Sonra isə barəsində inzibati protokol tərtib edib avtomobilinidə özünə qaytarmışlar. O, polis əməkdaşlarına sərxoş adama maşın verilirmi demiş, polis əməkdaşları isə sənə hörmət edirik demişlər. Daha sonra polis şöbəsindən çıxmış və çıxdıqdan 45-50 dəqiqə sonra Lənkərana çatmışdır. Müayinədən keçmişdir həmin müayinə aktını təqdim edir. O, polis əməkdaşlarından onu yoxlamaya aparmasını istəmiş, lakin onlar aparmamışlar. Polis şöbəsindən çıxdıqdan sonra qanunsuzluqlarla bağlı DİNnin 102 xidmətinə məlumat vermişdir. Protokolla razı deyil. Odur ki, işə xitam verilməsini xahiş etdi. İşə əlavə olunmuş Masallı rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş 27 may 2025-ci il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 27 may 2025-ci il tarixdə saat 11:17 radələrində idarə etdiyi “MERCEDES BENZ E300 BLUETEC HİBRİD minik” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli alkotestrdən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 0.446 %, saat 11:17-də) Məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında 27 may 2025-ci il tarixli 000725 saylı aktda qeyd olunmuşdur ki, 27 may 2025-ci il tarixdə, saat 16:55-də Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında 27 may 2025-ci il tarixli 000725 saylı aktı digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək Şəxs təqsirsiz olması baxımından sübut kimi qəbul etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri inzibati materiala əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs 27 may 2025-ci il tarixdə, saat 16:55-də sərxoş vəziyyətində olmadığını bildirən aktın mövcudluğu, həmin şəxsin eyni tarixdə, saat 11:17-də birmənalı olaraq sərxoş vəziyyətdə olmadığını deməyə əsas vermir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə tərtib olunmuş 27 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən xx.xx.2025-ci il tarixli qəbz, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Bakı şəhər Nizami rayon İcra şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1431/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1431/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver