Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1439/2025 19.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X3, X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsi ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərə Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin məsləhətçi-əmək müfəttişi X6 tərəfindən 03 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.1-1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 13 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, vəzifəli şəxs Şəxs MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 900 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 24 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının icrası ilə əlaqədar X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 17-5/2-2126/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirləri görməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, X1 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər natamamdır və bu səbəbdən baxılması mümkün deyildir, ona görə də protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiallardan görünür ki, “Green Mebel“ MMC-nin işəgötürəni X4 tərəfindən işçi X5 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin üçüncü hissəsinin tələbi pozularaq son haqq-hesab ödənişi ödənilmədiyi müəyyən edildiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 19 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə barəsində 900 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529.1-1. Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 150.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5. Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Göründüyü kimi, İXM-nin 529.1-1-ci maddə ilə inzibati məsuliyyətin yaranması üçün əvvəlcə çıxarılmış inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə minməli, həmin qərar qüvvəyə mindikdən sonra 30 gün müddət ərzində həmin qərar könüllü qaydada icra edilmədiyi halda, qərarı çıxaran orqan həmin qərarı icra edilməsi üçün barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin işlədiyi müəssisəyə göndərməli, həmin müəssisənin rəhbəri həmin qərarı qəsdən icra etməməlidir. Lakin, məhkəməyə təqdim edilmiş sənədlərlə yuxarıda göstərilən şərtlərin mövcudluğunu müəyyən etmək mümkün olmur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin səlahiyyətli şəxsi tərəfindən qərar qəbul edilməsinə baxmayaraq, 19 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarın X1 qeydiyyatda olduğu ünvana rəsmi olaraq poçtla göndərilməsi və ya qərarın bilavasitə Nəriman Quliyevin şəxsən özünə təqdim edilməsi, sonuncu qərarın alınması barədə qəbzi imzası ilə təsdiqləməsinə dair hər hansı sübut inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Halbuki, səlahiyyətli orqan tərəfindən sözü gedən qərar rəsmi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməli, qanunvericiliyin tələbinə əsasən şəxsə inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi müddəti və qaydası izah edilməli idi. Qərardan şikayət verilmədiyi halda qanuni qüvvəyə mindiyi gündən 1 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyi təqdirdə icraya yönəldilməli idi. Azərbaycan Respublikası İXM-nin 130.1.-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, şəxsin həmin qərarı aldığı vaxtdan 10 gün müddətində şikayət emtək hüququ vardır. İş materiallarında inzibati tənbehvermə haqqında qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəhla Məmmədovaya rəsmi olaraq təqdim edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən inzibati tənbehvemə haqqında qərarın qanuni qüvvəyə minib-minməməsi müəyyən etmək mümkün deyildir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin səlahiyyətli şəxsi tərəfindən Şəxs MMC-nin direktoru X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-2126/2025 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən X1 cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsi məqsədilə göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubunda X2 çatdırılmasını təsdiq edən sənədlər olmadığından qeyd edilən müddət ərzində sonuncunun qəsdən, yəni məktubdan xəbərdar olsa da, bununla bağlı tədbir görmədiyi nəticəsinə gəlinməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. X12
Məhkəmə qərarları › İş №3(050)-1439/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1439/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver