Məhkəmə qərarları › İş №3(050)-1440/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1440/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1440/2025 07.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Masallı Rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Masallı Rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Masallı Rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati xəta haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. O, həmin qərardan razı deyil, o, heç bir qayda pozmadan polis əməkdaşı tərəfindən saxlanılmış, düz xətti taptalamaqda günahlandırılmışdır. O, polis əməkdaşından törətdiyi inzibati xətanın videogörüntüsünü tələb etsə də, ona heç bir görüntü göstərməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Masallı Rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Heç bir inzibati xəta törətmədiyinə baxmayaraq cərimə protokolu tərtib edib vətəndaşı cərimə etmək ədalətsizlikdir. Qanunun tələblərinə görə X3 qəbul etdikləri protokol və qərarlar Ədalət və Humanizm prinsiplərini özündə əks etdirməlidir. Qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hər ay uşaqların profilaktiki qeydiyyatı ilə bağlı rayon mərkəzi xəstəxanasına gəlir. Bu dəfədə rayon mərkəzi xəstəxanasına gəlib peyvəndləri götürüb qayıdan zaman Viləş çayı üzərində olan körpünün yanında polis əməkdaşları ona dayanma-durma işarəsi vermişlər oda avtomobilini saxlamışdır. Saxlanıldığı zaman zənədlərini təqdim etmiş və sənədlərində heç bir problem olmamışdır. Lakin polis əməkdaşı ona düz xətti əzdiyini və cərimənin 100 manat olduğunu bildirmişdir. O, polis əməkdaşına xətti əzmədiyini demiş, lakin polis əməkdaşı ona xətti əzdiyini, cəriməsinin 100 manat olduğunu, 30 iş günü ərzində ödəsə əgər 90 manat ödəyəcəyini, lakin onlara pul verəcəyi təqdirdə onun etmiş olduğu xətanı görməməzlikdən gələ biləcəklərini demişlər. O, onların bu sözündən şübhələnmiş və onların dediklərini öz şəxsi telefonuna səs yazısı ilə yazmışdır və onların şəkillərinidə çəkmişdir. Sonra polis əməkdaşı Nəriman ona şəkilləri pozmasını demişdir. O isə etiraz edərək şilməyəcəyini demişdir. Bundan sonra polis əməkdaşları onu zorla polis maşınına salaraq şöbəyə gətirmişlər. Şöbəyə gəldikdən sonra isə polis əməkdaşı Nəriman onun üzündən şillə ilə vurmuş və qabırğalarında yumruqla vurmuşdur. Ona telefondan şəkkilləri silməsini demişdir. Oda telefonu açmış və polis əməkdaşları şəkilləri silmişlər. Şöbədən çıxdıqdan sonra isə rayon prokurorluğuna, icra hakimiyyətinə və məhkəməyə şikayət etmişdir. Videogörüntüləri tələb etmiş olsa da, videogörüntüləri ona göstərməmişlər. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 11 iyun 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 09:52 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin pozduğuna görə 40 manat məbləğində cərimə edilmişdir. Hadisə ilə bağlı təqdim edilmiş Diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə sürücü X5 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etmə qaydalarını pozmuşdur. Eləcədə barəsində inzibati qaydada ptorokol tərtib olunarkən sürücü ilə yol polis əməkdaşı diskusiya etdikləri zaman sürücü bildirir ki, “eləmə sən Allah imkanım yoxdu sən Allah, 4 uşaq atasıyam eləmə, hörmət eləyərəmdə, bilməmişəm, ptorokolu tərtib eləmə sən Allah”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd edilmişdir ki, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı Rayon Dövlət Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, inzibati Xəta haqqında qərarla, hadisə ilə bağlı təqdim edilmiş Disklə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Masallı Rayon Dövlət Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar