Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1448/2024 16.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Şəxs haqqında Masallı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs haqqında Masallı Rayon Polis Şöbəsinin YPX-in inspektoru tərəfindən 22 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333-1.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 12 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə sat 02:05 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Qeyd edilən material 22 iyun 2024-cü il tarixdə tarixdə baxılması üçün məhkəməyə göndərilmiş, 27 iyun 2024-cü il tarixdə qərardad qəbul edilərək material natamam olduğundan baxılmadan geri qaytarılmışdır. Məhkəmənin qərardadında qeyd edilən pozuntular aradan qaldırılmadan yenidən məhkəməyə göndərilmişdir. Belə ki, geri qaytarılma qərardadında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatının alınmasının vacib olması vurğulansa da, araşdırma aparan orqan tərəfindən izahat blankının anket məlumatları hissəsi doldurulmuş, izahatın alınma hissəsində isə izahat verməkdən imtina etdi kimi qeydlər aparılmışdır. Lakin izahat verən şəxsin imtinasının səbəbi göstərilməmiş, imtinanın səbəbləri barədə izahat alan səlahiyyətli şəxs tərəfindən müvafiq qeydlər və imza aparılmamışdır. Eyni zamanda izahat verməsi üçün polis şöbəsinə dəvət edilməsi ilə bağlı hər hansı məktub materiallara əlavə edilməmişdir. Buradan da belə bir nəticəyə gəlmək olar ki, şəxs izahat verməsi üçün polis şöbəsinə dəvət edilməmiş, ona izahat verilməsi təklif edilməmiş, şəxsin iştirakı olmadan qeyd edilən izahat forması səlahiyyətli şəxs tərəfindən tərtib olunmuşdur. Eləcə də iş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs iştirakı ilə tibbi müayinə aparılmaqla müayinənin nəticəsində THC pozitiv kannabinoid sərxoluşluğu aşkar olunması qeyd edilsə də, lakin yoxlanılan şəxsin müayinə nəticəsi ilə tanışlığı haqqında və ya müayinə nəticəsi ilə tanışlığı haqqında qeydin qarşısında barəsində inzibati icraat aparılan şəxs tərəfinən hər hansı qeyd aparılmamışdır. Ona görə də şəxsin çağrılıb izahatı alınarkən qeyd edilən xüsusata da diqqət yetirilməli, tibbi müayinənin nəticəsi ilə razı olubolmaması məsələsi dəqiqləşdirilməlidir. Qeyd edilənlərdən savayı, məhkəmənin 27 iyun 2024-cü il tarixli qərardadında qeyd edilən digər nöqsanlar da aradan qaldırılmalıdır. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda araşdırma orqanının nəzərinə çatdırır ki, qeyd edilən çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalı, yenidən formal olaraq sənədlərin tərtib ediləcəyi aşkar ediləcəyi halda, qeyd edilən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət ediləcəkdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material natamamlığın aradan qaldırılması üçün geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1448/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1448/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver